Masallıda “Breyn rinq” intellektual bilik yarışı keçirilib
- 1-03-2019, 17:20
- Təhsil
- 0
- 1 485
Masallıda “Breyn rinq” intellektual bilik yarışı keçirilib
Martın 1-də Masallı şəhər ASAN İntellektual İnkişaf Mərkəzində 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş məktəbli qızlar arasında “Breyn rinq” İntellektual bilik yarışı üzrə rayon birinciliyi keçirilib.
Rayon gənclər və idman idarəsinin, təhsil şöbəsinin birgə təşkilatçılığı ilə təşkil olunan yarışlarda X-XI sinif şagirdləri biliklərini sınayıblar.
Bilik yarışmasında E.Ağayev adına Hişkədərə kənd tam orta məktəbin komandası birinci, Sığdaş kənd tam orta məktəbin komandası ikinci, Mahmudavar kənd tam orta məktəbin komandası isə üçüncü yerə layiq görülüb.“Dəfinə” məktəb-liseyinin komandası xüsusi fəallığına görə diplom və hədiyyə ilə mükafatlandırılıb.
Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov, rayon təhsil şöbəsinin metodisti Abbas Abbaszadə qalibləri təbrik edib, məktəblilərə təhsildə uğurlar arzulayıblar.
Qalib komandalar təşkilat komitəsinin kubok, diplom və hədiyyələrilə təltif edilib.
“Yeni həyat”,
www.yeniheyet.az