• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallılı tələbələr Prezident təqaüdünə layiq görülüblər

    Masallılı tələbələr Prezident təqaüdünə layiq görülüblər

    • 11-09-2019, 08:57
    • Təhsil
    • 0
    • 1 433
    Masallılı tələbələr Prezident təqaüdünə layiq görülüblər

    Prezident İlham Əliyevin “2019/2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” 2019-cu il 9 sentyabr tarixli Sərəncamı ilə təltif olunanlar arasında Masallı rayonunun ümumtəhsil məktəblərinin iki məzununun da adı var.
    Masallı rayonunun Həsənli kənd tam orta məktəbinin məzunu, 685,3 balla Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının hüquq fakültəsinə daxil olan Azər Musayev və Masallı şəhər 4 nömrəli tam orta məktəbin məzunu, 684,3 balla Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə fakültəsinə daxil olmuş Şəhriyar Səmədov Prezident təqaüdünə layiq görülüblər.
    Hər iki məzun tam orta məktəbdə təhsil aldıqları müddətdə dəfələrlə olimpiadalarda yüksək nəticə göstəriblər. Onlar 2018-2019-cu tədris ilində Təhsil Nazirliyinin keçirdiyi Respublika fənn olimpiadalarının qalibi kimi nazirliyin sertifikatlarına layiq görülüblər.
    Qeyd edək ki, bu il Masallı rayonunun ümumtəhsil məktəblərini bitirən 1311 məzundan 546 nəfəri tələbə adını qazanıb, onlardan 191 nəfəri qızlardır.
    Ali məktəblərə qəbul imtahanları zamanı "Dəfinə" məktəb-liseyin, Şərəfə və Hişkədərə kənd tam orta, Ərkivan qəsəbə 2, şəhər 1 və 4 nömrəli tam orta məktəblərin məzunları 600-dən yuxarı bal toplayıblar.
    Bu il, həmçinin rayonda doqquzillik təhsil bazası üzrə 144, on bir illik təhsil bazası üzrə 106 məzun kolleclərə qəbul olunub.
    Məzunlardan 14 nəfəri tam orta, 7 nəfəri ümumi orta təhsili fərqlənmə, bir nəfər isə tam orta təhsili xüsusi nümunəli attestatla bitirib. Sığdaş kənd tam orta məktəbin şagirdi Şəhla Sadıxova isə qızıl medala layiq görülüb.

    “Yeni həyat”,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:53 Ana dilimiz tarixdən gələn səsimizdir
    2. 23:30 Ana dilimiz tarixdən gələn səsimiz, gələcəyə gedən yolumuzdur
    3. 16:27 Rayon rəhbəri xəstəxanada şəhid ailəsini ziyarət etdi-01.08.2025
    4. 23:30 Prezident İlham Əliyev Azərbaycan dili haqqında
    5. 18:43 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 15-31 iyul 2025-ci il
    6. 18:41 Masallının yollarında təmir işləri davam etdirilir 15-31 iyul 2025
    7. 18:38 Masallıda 15-31 iyul 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    8. 18:09 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 iyul 2025
    9. 11:43 Rayonun Kolatan-Xanalıyan avtomobil yolu bərpa edilir
    10. 11:24 Masallıda rayon rəhbərinin şəhidlərə diqqəti 30.07.2025
    11. 11:22 Masallıda rayon rəhbərinin 31 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    12. 16:37 Dil - insanları birləşdirən ünsiyyət vasitəsidir
    13. 15:46 Masallı DAİM-də dəyirmi masa
    14. 16:17 Masallıda kartofçuluq və taxılçılıqla bağlı müşavirə
    15. 17:53 Rayonun Çayqıraq kəndinin yolu təmir edilir
    16. 17:50 Masallıda şəhid Sübhan Həsənovun doğum günü anılıb
    17. 15:28 Masallıda rayon rəhbərinin şəhid ailələri ilə növbəti görüşü-25.07.2025
    18. 13:37 Masallıda 2025-cü ilin avqust ayına olan səyyar-görüş qəbulları barədə
    19. 17:30 Masallıda “II Regional Gənclər Festivalı” keçirilmişdir
    20. 10:45 Masallıda rayon rəhbərinin 24 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    21. 19:34 Prezident İlham Əliyevin 3-cü Beynəlxalq Media Forumundakı Çıxışı: Yeni Reallıqlar və Qlobal Media Perspektivi
    22. 16:35 III  Şuşa Qlobal Media Forumu təkcə regional deyil, eyni zamanda, beynəlxalq əhəmiyyət daşıyan bir platforma kimi çıxış etdi
    23. 15:10 Masallının Yeyənkənd kəndində 23 iyul 2025-ci il tarixdə səyyar qəbul
    24. 15:05 Masallının Yeyənkənd ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 23.07.2025
    25. 11:05 III Şuşa Qlobal Media Forumu Qlobal baxışların kəsişdiyi strateji platformadır
    26. 23:30 Azərbaycan sağlam əməkdaşlığa hər zaman açıq olub
    27. 15:10 Masallıda 2025-ci ildə kartof məhsuldarlığı
    28. 14:36 Milli Mətbuat Günü ilə bağlı dəyirmi masa - MASALLIDA
    29. 13:58 Masallıda “Maariflənmə, müasirləşmə, ümummilli məqsədlərin təbliğində milli mətbuat və jurnalistikanın rolu” mövzusunda tədbir
    30. 12:03 Azərbaycan milli mətbuatının 150 illik yubileyidir
    31. 23:00 Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda çıxış etmişdir
    32. 17:30 Azərbaycan milli mətbuatının 150 illik yolu
    33. 23:30 22 İyul Milli Mətbuat Günü ilə əlaqədar
    34. 23:30 22 iyul Milli Mətbuat günü
    35. 10:06 Qəzet dövlət arxivi, dövlətçilik tarixidir
    36. 23:00 22 iyul Milli Mətbuat Günü 
    37. 16:16 AZƏRBAYCAN MƏTBUATI TARİXƏ İZ SALIB
    38. 15:48 Sığdaş kəndində əhalinin içməli su ilə təminatı yaxşılaşdırılır
    39. 14:18 Masallıda Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyi tərəfindən genişmiqyaslı abadlıq işləri 
    40. 11:06 Azərbaycan mətbuatı – 150
    «    Avqust 2025    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    DÜNYA XƏBƏRLƏRİ