• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda “Tərəqqi” medallı Əməkdar müəllim Mirqabil Hüseynovun 70 illik yubiley tədbiri keçirilib

    Masallıda “Tərəqqi” medallı Əməkdar müəllim Mirqabil Hüseynovun 70 illik yubiley tədbiri keçirilib

    • 22-11-2019, 15:12
    • Təhsil
    • 0
    • 1 670
    Masallıda “Tərəqqi” medallı Əməkdar müəllim Mirqabil Hüseynovun 70 illik yubiley tədbiri keçirilib

    Noyabrın 21-də Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində “Tərəqqi” medallı Əməkdar müəllim Mirqabil Hüseynovun 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
    Yubiley tədbiri Mirqabil Hüseynovun həyat və fəaliyyətindən bəhs edən filmin izlənilməsi ilə başlayıb.
    Masallı Dövlət Regional Kollecinin direktoru Vidadi Nəzərov tədbir iştirakçılarını salamlayıb və yubilyar haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Mirqabil Mirhüseyn oğlu Hüseynov 1949-cu il noyabrın 19-da Masallı şəhərində anadan olub. Şəhər 1 və 2 nömrəli orta məktəblərində təhsil alıb. 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix-fəlsəfə fakültəsini bitirib. Həmin ildən şəhər 1 nömrəli orta məktəbində tarix müəllimi və şəhər qiyabi məktəbində metodist kimi fəaliyyətə başlayıb. Hərbi xidmətini başa vurduqdan sonra – 1971-ci ildən şəhər 1, 2 və 3 nömrəli tam orta məktəblərində direktor müavini, 1976-cı ildən şəhər 1 nömrəli tam orta məktəbin direktoru işləyib. 1990-1993-cü illərdə Masallı RİHB-nin müavini vəzifəsində çalışıb. 1993-cü ildən yenidən şəhər 1 nömrəli orta məktəbin direktoru işləyib. 41 il bu təhsil ocağına rəhbərlik edib.

    Ömrünün 50 ilini Azərbaycan təhsilinin inkişafına həsr edən M.Hüseynov “Tərəqqi” medalı (04.10.2005) ilə təltif olunub, Əməkdar müəllim (03.10.2013) fəxri adına layiq görülüb.
    Tədbirdə iştirak edən Masallı Rayon İcra Hakimiyyətinin cabiq başçısı Rafil Hüseynov ümummilli lider Heydər Əliyevin və onun siyasi davamçısı Möhtərəm Prezidentimiz İlham Əliyevin təhsilə, ağsaqqallara olan diqqət və qayğısından danışıb, Mirqabil Hüseynovun rayonun ictimai-siyasi həyatındakı fəaliyyətini yüksək qiymətləndirib, yubilyarı təbrik edib.
    YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, QMİ-nin bölgə qazisi Mirqiyas Təhməzov Mirqabil Hüseynovun Masallıda təhsilin inkişafında, eləcə də rayon Ağsaqqallar Şurasının sədr müavini, şəhər Ağsaqqallar Şurasının, şəhər “Cümə” məscidi dini icmasının sədri kimi fəal mövqeyindən bəhs ediblər.
    “Respublika” qəzetinin bölgə müxbiri Əlisəfa Həsənov, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva, DQİDK Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, MƏSQVT rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, Lənkəran şəhər Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru, Əməkdar müəllim Mənsur Ağayev, Biləsuvar şəhər 6 nömrəli tam orta məktəbin direktor müavini Gülağa Hüseynov, Milli Məclisin deputatı Nəriman Əliyevin köməkçisi Mirnizam Vahabov, Masallı RMX-nın həkimi Maqsud İsrafilov, Masallı şəhər 1 nömrəli tam orta məktəbinin müəllimi Sahil Fərzəliyev, şəhər “Cümə” məsidinin axundu Hacı Məftun Hüseynov və başqaları yubilyarın təhsil sahəsindəki xidmətləri ilə yanaşı insani keyfiyyətlərindən, Azərbaycanda vətəndaş cəmiyyətinin qurulmasındakı rolundan danışıb, ona uzun ömür, cansağlığı arzulayıblar.
    Natiqlər bildiriblər ki, nüfuzlu ağsaqqal, təcrübəli pedaqoq M.Hüseynov gənclərimiz üçün əsl örnəkdir.
    “Yeni həyat” qəzetinin baş ədəbi işçisi Akif Ağayev çıxışında vurğulayıb ki, Ulu Tanrının xalqımıza bəxşişi olan ümummilli liderin ətrafında sıx birləşən Mirqabil müəllim kimi Vətən, millət fədailərinin köməyilə ötən qanlı-qadalı illərdən azad, müstəqil illərə polad dayaqlı mənəvi körpü salınıb. Sevindiricidir ki, M.Hüseynov məhz bu gün də  dünyanın bir çox ölkəsində əlçatmaz olan firavan, əmin-aman həyatımız naminə Möhtərəm Prezidentimizin sadiq silahdaşları sırasındadır.
    Yubilyar tədbirin təşkilatçılarına, iştirakçılara minnətdarlığını bildirib.
    Tədbirdə M.Hüseynova Fəxri fərman və qiymətli hədiyyələr verilib, ona ünvanlanan təbrik teleqramları oxunub.
    Tədbir Masallı şəhərinin "İlqar Plaza" şadlıq sarayında davam edib.
    Əlihüseyn Şükürov,
    Həsənağa Əliyev,
    Akif Ağayev,
    Vəkil Ağayev və Elsevər Əliyev (foto),
    “Yeni həyat”,
    www.yeniheyet.az
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    2. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    3. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    4. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    5. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    6. 12:28 Vətənə xidmətdə keçən ömür
    7. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    9. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    14. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    16. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    17. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    18. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    19. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    20. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    21. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    22. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    23. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    24. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    25. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    26. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    27. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    28. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    29. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    31. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    33. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    34. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    36. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    37. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    38. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    39. 11:15 DİQQƏT! DİQQƏT!
    40. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ