• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » İlahiyyat İnstitutu haqqında Masallı məktəbliləri məlumatlandırılıb

    İlahiyyat İnstitutu haqqında Masallı məktəbliləri məlumatlandırılıb


    Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) fəaliyyəti, təhsil imkanları barədə ictimaiyyətin məlumatlandırılması, eyni zamanda, 2023-2024-cü tədris ili üzrə ali təhsil müəssisəsinə yüksəkintellektli və savadlı gənclərin cəlb olunmaları məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirləri davam edir.

    İnstitutun növbəti səfəri Masallı rayonuna olub. Tədbirdə abituriyentlər, orta məktəb müəllimləri, aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

    Tədbirdə giriş nitqi ilə çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova ölkəmizdə dövlət-din münasibətlərinin inkişafı istiqamətində atılan məqsədyönlü addımlar barədə məlumat verib. Azərbaycan İlahiyyat İnstitutunun qarşısında mühüm vəzifələrin dayandığını qeyd edən A.Qafarova ali təhsil müəssisəsinə gələcək fəaliyyətində uğurlar arzulayıb.

    Masallı rayonu təhsil sektorunun müdiri Qoşqar Hətəmov çıxışında bildirib ki, ölkəmizdə təhsilalanların hərtərəfli inkişafı, milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi və keyfiyyətli təhsil almaları üçün lazım olan bütün şərait yaradılıb.
    Aİİ rektoru Aqil Şirinov müasir Azərbaycanda dövlət-din münasibətlərinin sağlam təməllər üzərində qurulduğunu diqqətə çatdırıb. Bildirib ki, ölkəmizdə din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verilir. Bu sahədə ulu öndər Heydər Əliyev tərəfindən yaradılan müdrik siyasi-mənəvi xətt Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Rektor vurğulayıb ki, ölkəmiz bütün sahələrdə olduğu kimi, din sahəsində də nümunəvi ölkəyə çevrilib.

    A.Şirinov daha sonra bildirib ki, ölkəmizdə dinlərarası və məzhəblərarası sabitliyi pozmağa çalışan yad qüvvələr bilməlidirlər ki, xalqımız belə təhdidlərə qarşı hər zaman birlikdə mübarizə aparacaq.
    Aİİ rəhbəri İnstitutun məqsəd və hədəfləri haqqında ətraflı məlumat verib. Ali təhsil müəssisəsində mövcud ixtisaslar, keçirilən fənlər barədə söhbət açıb. A.Şirinov yüksəkixtisaslı mütəxəssis kadrların hazırlanması üçün Azərbaycan İlahiyyat İnstitutunda tam şəraitin yaradıldığını, təhsilin tamamilə ödənişsiz olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, qəbul olan abituriyentlər nəinki ödənişsiz təhsil alacaqlar, hətta yeməkpulu və pulsuz dərsliklərlə də təmin olunacaqlar. İlahiyyat İnstitutu sağlam dini düşüncəli, Vətənini, xalqını sevən, zəngin dünyagörüşlü gənclərimizin yetişməsi üçün bütün imkanlarını səfərbər edir.

    Ali təhsil müəssisəsinin rektor köməkçisi Emin Orucov abituriyentlərə İnstituta qəbul qaydaları barədə məlumat verib. Bildirib ki, Aİİ-də magistratura və doktorantura səviyyələri üzrə də qəbul aparılır. E.Orucov xarici dillərə yiyələnmək imkanları; təqaüd proqramları; xaricdə təhsil; tələbələrin sosial həyatı; yay və qış məktəbləri haqqında ətraflı bəhs edib.

    Tədbirdə Aİİ-nin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.











    “Yeni həyat” qəzeti
    www.yeniheyet.az


       шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    2. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    3. 12:28 Vətənə xidmətdə keçən ömür
    4. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    5. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    6. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    7. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    9. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    11. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    12. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    13. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    14. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    15. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    16. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    17. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    18. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    19. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    20. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    21. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    22. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    23. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    24. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    25. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    26. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    27. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    28. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    29. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    30. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    31. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    32. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    33. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    34. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    35. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    36. 11:15 DİQQƏT! DİQQƏT!
    37. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    38. 13:51 Masallı rayonunun 95-ci ili
    39. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    40. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ