• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda “Nurlu ömrün salnaməsi” mövzusunda tədbir keçirilib

    Masallıda “Nurlu ömrün salnaməsi” mövzusunda tədbir keçirilib

    Masallıda “Nurlu ömrün salnaməsi” mövzusunda tədbir keçirilib 

     Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə görkəmli akademik, həkim oftolmoloq Zərifə xanım Əliyevanın 98-ci ildönümü münasibəti ilə “Nurlu ömrün salnaməsi” mövzusunda tədbir keçirilib. Mövcud Pandemiya ilə bağlı karantin qaydalarına uyğun şəkildə keçirilən tədbirdə Mərkəzin əməkdaşları və Masallı rayon Mərkəzi Xəstəxanasının göz həkimi Gülnarə Məmmədova iştirak edib.
     İlk öncə Şəhidlərimizin və akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla tədbir iştirakçıları tərəfindən yad edilib.
    Tədbiri giriş sözü ilə açan Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, bu gün Azərbaycan tibb elmində silinməz izlə r qoymuş, səhiyyəmizə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümüdür. O, yaddaşlarda gözəl alim, qayğıkeş insan, ləyaqətli ziyalı, sədaqətli ömür yoldaşı, gözəl ana kimi əbədiləşib.
    Sonra çıxış üçün söz Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadəyə verilib. O, geniş məruzəylə çıxış edərək bildirib ki, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Zərifə Əziz qızı Əliyeva XX əsrin payına düşən görkəmli Azərbaycan qadınlarından və alimlərindən biri idi. Analıq isə onun ömrünün zirvəsi idi, onun qadın gözəlliyini, qadın zənginliyini tamamlayırdı.
    Zərifə xanım Əliyeva, övladlarına vətəni sevməyi öyrətmişdi. Tədbir çərçivəsində Gülcahan Vəkilzadə qeyd edib ki, Azərbaycanın 30 illik işğaldan sonra əldə etdiyi böyük zəfərdə bir ananın verdiyi bu öyüdün, bu tərbiyənin zirvəsini gördük.
     Daha sonra Masallı rayon Mərkəzi Xəstəxanasının həkimi Gülnarə Məmmədova çıxış edib. O qeyd edib ki, Zərifə Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvanın Şərur rayonunun Şahtaxtlı kəndində görkəmli alim, elm adamı, dövlət xadimi Əziz Əliyevin ailəsində doğulub. Atasına sevgisi onun
    sənət seçimini də müəyyən edib. Azərbaycan Tibb İnstitutunda, sonra Moskvada təhsil alıb. Malyariya və traxomaya qarşı fədakarlıqla mübarizə aparan atasının estafetini uğurla davam etdirib. Sonra oftalmologiyanın elmi cəhətdən az öyrənilən sahəsi – görmə orqanının patologiyası ilə məşğul olub. İlk dəfə sənayenin müxtəlif sahələrində göz xəstəliklərinin profilaktikasına dair geniş tədqiqatlar aparıb, ilk elmi-tədqiqat  laboratoriyası yaradıb, “Peşə oftalmologiyası”nın əsasını qoyub. Moskvada doktorluq dissertasiyası müdafiə edib. 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülüb. O, keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın idi. Əcnəbi həmkarları onu “Oftalmologiyanın mirvarisi” adlandırıblar.
    Tədbirin sonunda həkim Gülnarə Məmmədova ilə göz xəstəlikləri haqqında diskussiya aparılıb. Həkim Gülnarə Məmmədova iştirakçılar tərəfindən verilən sualları cavablandırıb.

    www.yeniheyet.az
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 09:48 Masallıda görkəmli bəstəkarın yubiley tədbiri keçirilib
    2. 19:19 İlham Əliyevin Prezident Vladimir Putinlə təkbətək görüşü olub
    3. 19:17 İlham Əliyev Rusiyaya işgüzar səfərə gəlib
    4. 19:13 Azərbaycan Prezidentinə yazırlar
    5. 19:09 Masallı şəhərində ağacəkmə aksiyası təşkil olundu
    6. 21:13 Dövlət İmtahan Mərkəzi daxili müsahibə elan edir
    7. 19:11 Masallıda özünəməşğulluğa cəlb edilmiş şəxslər barədə
    8. 19:04 Masallıda “Təbii fəlakətlər zamanı əhalinin davranışı və onların hazırlanmasında ictimaiyyətin rolu” mövzusunda maarifləndirici tədbir
    9. 19:00 Rayon rəhbərinin 19 aprel 2024-cü il tarixdə növbəti vətəndaş qəbulu
    10. 12:14 Şirvan kanalının əhəmiyyəti göz önündə olacaqdır
    11. 23:00 Rayon ərazisində asfalt örtüyündə təmir işləri aparılır
    12. 22:30 Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin yığıncağı
    13. 21:00 Azərbaycan dövləti güclü dövlətdir, öz gücünə, öz imkanlarına arxalanan dövlətdir
    14. 16:22 YAP Masallı Rayon Təşkilatı aparatında ərazi partiya təşkilat sədrləri ilə müşavirə keçirilmişdir
    15. 16:16 Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin 2019-2024-cü illərdəki fəaliyyətinə dair hesabat-seçki yığıncağı keçirilib
    16. 23:30 Yenidən qurulacaq Şirvan suvarma kanalı bu sahəyə yeni nəfəs gətirir
    17. 20:10 Şəhid İnqilab Nağıyevin xatirəsi anılıb – Masallıda
    18. 20:05 Masallıda kənd təsərrüfatı istehsalında artım
    19. 20:00 Masallı RİH Başçısı 17.04.2024-cü il tarixdə Lürən ərazisinin sakinləri ilə görüşdü
    20. 19:56 Masallıda ağacəkmə aksiyaları davam etdirilir
    21. 20:27 Masallının 2 məktəblisi ən yüksək bal toplayıb
    22. 14:51 Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi hər kəsə bəlli bir nümunəvi yoldur
    23. 14:35 Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Zərifə əliyeva haqqında xatırələri
    24. 23:30 Akademik Zərifə Əziz qızı Əliyevanın 15 aprel anım günü
    25. 16:14 Nurlu ömür - MASALLIDA TƏDBİR
    26. 12:33 Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
    27. 16:43 Masallı sakinindən 10 kiloqram narkotik aşkarlanıb
    28. 16:28 Masallı RİH Başçısı 09.04.2024-cü il tarixdə Təklə ərazisinin sakinləri ilə görüşdü
    29. 22:30 Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik
    30. 16:07 Masallıda bayram öncəsi yollarda təmir işləri
    31. 16:04 Masallının ərazilərində bayram təmizliyi və abadlıq işləri
    32. 15:31 Masallının ərazilərində bayram təmizliyi və abadlıq işləri
    33. 09:44 Qoşulmama Hərəkatına sədrlik dövründə ölkəmizin ədalət prinsipi
    34. 23:00 Masallıda Ramazan bayramı sovqatı
    35. 21:30 Prezident İlham Əliyevin Konqo Respublikasının Prezidenti Deni Sassu -Nqessunun Azərbaycana rəsmi səfəri ilə əlaqədar bəyənatı
    36. 22:30 Bakı Təşəbbüs Qrupu bu gün dünya miqyasında böyük hörmətə malik olan qurumdur
    37. 16:58 YAP Masallı rayon təşkilatının ərazi partiya təşkilatında növbəti görüşü keçirilib
    38. 16:51 “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası
    39. 21:00 Aprel döyüşlərinin şəhidi Nurlan Bayram oğlu Əsgərlinin 8-ci ildönümü
    40. 16:28 Rayon rəhbərinin 05 aprel 2024-cü il tarixdə növbəti vətəndaş qəbulu
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ