• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » “Ailə Akademiyası” layihəsi çərçivəsində növbəti regional tədbir Masallı rayonunda keçirilib

    “Ailə Akademiyası” layihəsi çərçivəsində növbəti regional tədbir Masallı rayonunda keçirilib

    “Ailə Akademiyası” layihəsi çərçivəsində növbəti regional tədbir Masallı rayonunda keçirilib

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dövlət ailə siyasətinin dəstəklənməsi istiqamətində ailə institutunun təbliği, milli-mənəvi dəyərlərin gənc nəsilə aşılanması, eləcə də qadınların cəmiyyətdə fəallığının və iştirakçılığının artırılması məqsədilə yerlərdə özünüidarəetmə orqanlarının imkanlarını nəzərə alaraq, bələdiyyə orqanları ilə birgə “Ailə Akademiyası” layihəsinə start verilmişdir.
    Layihənin Masallı rayonu üzrə regional açılış tədbiri 30 yanvar 2018-ci il tarixində Masallı Rayon İcra Hakimiyyəti və rayon üzrə yerli özünüidarəetmə orqanlarının iştirakı ilə Masallı şəhər Heydər Əliyev Mərkəzində və rayon Gənclər Mərkəzində keçirilib.
    Regional tədbirdə Salyan, Biləsuvar, Cəlilabad, Lerik, Yardımlı, Astara rayonlarının və Lənkəran şəhərinin yerli özünüidarəetmə orqanlarının fəalları iştirak etmişlər.
     

    Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısının müavini Aybəniz Qafarova tədbirin təşkilinə görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə minnətdarlığını bildirib. A.Qafarova çıxışında qeyd edib ki, ailə cəmiyyətin fundamental hissəsidir və Azərbaycanda ailə dəyərləri çox yüksək qiymətləndirilir. Aybəniz Qafarova “Ailə Akademiyası” layihəsinin xüsusilə də gənc nəslin maariflənməsində xüsusi rola malik olacağını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
    Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva tədbir iştirakçılarını salamlayaraq, tədbirin təşkilinə görə Masallı Rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirib. A.Sofiyeva bildirib ki, Azərbaycanın tarixən gözəl ailə ənənələri olub, həmin ənənələr bu gün də yaşadılmalı, gələcək nəsillərə çatdırılmalıdır . Bununla yanaşı, qloballaşan dünyada baş verən dəyişikliklərin Azərbaycan ailəsinə olan təsirlərini qeyd edərək, bu mənfi təsirlərin aradan qaldırılması istiqamətində Komitənin fəaliyyəti, Bakı şəhəri və ətraf rayonlarda, eləcə də regionlarda həyata keçirilən layihələr barədə tədbir iştirakçılarına məlumat verib. “Ailə Akademiyası”nın bu istiqamətdə yeni layihə olduğunu bildirən Aynur Sofiyeva layihənin daha geniş miqyasda həyata keçirilməsi işində bələdiyyələri fəal olmağa çağırıb. “Ailə Akademiyası” layihəsinin ictimai əsaslarla yaradıldığını vurğulayan A.Sofiyeva əsas hədəfin gənclər, yeni qurulan ailələr və sosial aktivliyi zəif olan insanlar olduğunu qeyd edib.
    Sosial şəbəkələrin gənc nəsilə olan təsirləri barədə çıxış edən Aynur Sofiyeva layihənin bu istiqamətdə də faydalı olacağını və gənc nəslin sağlam ruhda yetişməsində mühüm əhəmiyyət kəsb edəcəyini bildirib.
    Respublikamızda ailə, qadın və uşaq məsələləri ilə bağlı həyata keçirilən Dövlət Proqramlarından, qəbul edilən qanunlardan söhbət açan Aynur Sofiyeva bildirib ki, aparılan davamlı və məqsədyönlü siyasət bütövlükdə ölkəmizdə ailə institutunun inkişafınamüsbət təsirini göstərmiş, milli adət-ənənələrimizə və mənəvi dəyərlərimizə əsaslanan Azərbaycan ailəsi möhkəm özüllü ailə modeli kimi cəmiyyətdə öz mövqeyini qoruyub saxlamışdır.
    “Ailə Akademiyası” layihəsini əks etdirən təqdimatla çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ailə problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova layihə ni əks etdirən təqdimatı nümnayiş etdirmişdir.
     
    Çıxış edən AMEA-nın Fəlsəfə İnstitutunun Müasir siyasətin fəlsəfəsi şöbəsinin müdiri, professor Rəna Mirzəzadə layihənin əhəmiyyətini qeyd edərək, gənc nəslin sağlam, savadlı və vətənpərvər vətəndaş kimi tərbiyə olunmasının gələcək sağlam ailələrin formalaşmasındakı vacibliyini xüsusi vurğulayıb. Rəna Mirzəzadə ailə institutuna olan təsirlərin aradan qaldırılmasında birbaşa cəmiyyətin əsas rolunun olduğunu və onların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.
    Daha sonra çıxış edən Lənkəran regional ədliyyə idarəsinin baş məsləhətçisi, kiçik ədliyyə müşaviri Çingiz Cavadov tədbirin təşkilinə görə təşkilatçılara öz minnətdarlığını bildirib. Azərbaycanda dövlət ailə siyasətinin uğurla davam etdiyini göstərən Çingiz Cavadov ailələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində atılan addımlar barədə tədbir iştirakçılarına məlumat verib.
    Məruzələr ətrafında Kolatan bələdiyyəsinin sədri Elçin Sadıqov, “Masallı ziyalıları” İctimai Birliyinin sədri Qardaş Fətullayev, Astara rayonu Ərçivan kənd bələdiyyəsinin sədri İradə Rzayeva, Lənkəran rayonu Səpnəkəran kənd bələdiyyəsinin sədri Raifə Məmmədzadə, Yardımlı rayonu Horavaz kənd bələdiyyəsinin sədri Əlibaba Hüseynov, veteran müəllim Soltanağa Cəfərov, Hacıtəpə kənd sakini, ağsaqqal Nəcəfqulu Quliyev və başqaları milli-mənəvi dəyərlərimizin qorunmasında ailənin rolundan bəhs ediblər.
    Sonda mövzu ətrafında müzakirələr aparılıb, tədbir iştirakçılarının təklifləri dinlənilib, sualları cavablandırılıb.
    Masallı Rayon İcra Hakimiyyətinin nümunəvi gənc ailəyə hədiyyəsi Sığdaşlı Əsmər Adıgözəlovaya təqdim edilib.
    “Ailə Akademiyası” layihəsi çərçivəsində regional tədbir Gənclər Mərkəzində davam etdirilib.Tədbirdə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə baş məsləhətçisi Kamil Bağırov, Masallı şəhər bələdiyyəsinin sədri Azər Baxışov, Masallı RİH-nin baş məsləhətçisi Əlimərdan Abdullayev və başqaları çıxış ediblər.
    Tədbiri Masallı Rayon İcra Hakimiyyətinin başçısının müavini Aybəniz Qafarova yekunlaşdırıb.

    Həsənağa ƏLİYEV,
    Yeni həyat”,
     
    www.yeniheyet.az 
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 17:07 Mahmudavar kəndində şəhid Ehtiram Abbasov adına küçəyə asfalt örtüyü döşənmişdir
    2. 17:05 Rayon rəhbəri şəhid anasını doğum günü münasibəti ilə evində ziyarət etdi
    3. 16:00 İyulun 4-də Baş prokuror Yardımlı rayonunda vətəndaşları qəbul edəcək
    4. 17:29 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-30 iyun 2025-ci il
    5. 17:28 Masallıda 01-30 iyun 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    6. 17:27 Masallının yollarında təmir işləri davam etdirilir 01-30 iyun 2025
    7. 17:25 Masallıda abadlıq və xeyriyyə işləri 01-30 iyun 2025
    8. 12:40 Masallıda 2025-cü ilin iyul ayına olan səyyar-görüş qəbulları barədə
    9. 09:39 Strateji tərəfdaşlıq əlaqələri
    10. 23:30 “8 Noyabr” elektrik stansiyasının açılışı  enerji siyasətinin yeni mərhələsidir  
    11. 23:30 Elektrik enerjisində stratejik əməkdaşlıq
    12. 18:16 Masallının Çaxırlı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 25.06.2025
    13. 18:14 Masallının Çaxırlı kəndində 25 iyun 2025-ci il tarixdə səyyar qəbul
    14. 18:08 Masallı rayon İcra Hakimiyyətinə 4 yeni təyinat
    15. 12:49 Sığdaş kəndində ziyarətgah yolu cari təmir olundu
    16. 08:41 Azərbaycan əsgərinin vətənpərvərlik ruhu  
    17. 08:37 Mütəşəkkil ordu böyük tarixi xidmətlərdən biridir
    18. 23:30 H.Əliyev və  ordu quruculuğu   
    19. 20:06 Masallıda Məhərrəm ayının başlanması ilə əlaqədar ümumrayon tədbiri
    20. 20:02 Masallıda "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş tədbir keçirilib
    21. 19:56 Qalıb Azərbaycan Ordusu
    22. 17:38 Rayon rəhbəri Xəstəxanada şəhid atasını ziyarət etdi
    23. 17:35 Masallının Dövlət qulluqçuları Ulu Öndərin abidəsi önünə gül dəstələri düzdülər
    24. 17:29 Masallıda Dövlət Qulluqçularının Peşə bayramı günü münasibətilə tədbir
    25. 11:29 ŞANLI AZƏRBAYCAN ORDUSU
    26. 11:24 Masallıda dövlət qulluqçularının sayı açıqlanıb - STATİSTİKA
    27. 23:30 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvələri Günüdür
    28. 23:30 Azərbaycan ordusu qələbənin, sülhün və suverenliyin dayağıdır
    29. 16:07 Masallı rayon İcra Hakimiyyətinin şöbə müdiri medalla təltif olundu
    30. 10:00 Peşəkar ordumuz
    31. 23:30 Güclü Ordu-Güclü Dövlətin təməlidir
    32. 21:16 Azərbaycan dövlətinin gücü və qüdəti daha da möhkəmlənir
    33. 21:11 Vətənə layiqincə xidmət edən Azərbaycan ordusu!
    34. 21:04 PEŞAKAR AZƏRBAYCAN ORDUSU
    35. 19:02 Ələşrəf Niftiyev 80
    36. 17:26 Masallıda rayon rəhbərinin 19 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    37. 19:01 Masallının Göyəçöl kəndində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    38. 18:59 Masallının Göyəçöl kəndində 18 iyun 2025-ci il tarixdə səyyar qəbul
    39. 16:54 Masallıda şəhid Zeynal Şahhüseynlinin şəhadətinin 4-cü ildönümü anıldı
    40. 16:52 Rayon rəhbəri Böyük Kolatan kəndində I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ