Murmanskda 20 Yanvar şəhidlərinin xatirəsi anılacaq
- 8-01-2018, 15:21
- Siyasət
- 0
- 1 648
Murmanskda 20 Yanvar şəhidlərinin xatirəsi anılacaq
Murmanskda azərbaycanlı tələbələr, "Azərbaycan" milli-mədəniyyət muxtariyyətinin regional bölməsinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) yerli nümayəndəliyinin fəalları tərəfindən 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar tədbirlər keçiriləcək.
Tədbirlər çərçivəsində şəhidlərin xatirəsini anma mərasimləri, rəsm və fotolardan ibarət sərgilər təşkil olunacaq, faciə haqqında filmlər nümayiş etdiriləcək.
"Azərbaycan" milli-mədəniyyət muxtariyyətinin və RAGB-in yerli nümayəndəliyinin təşəbbüsü ilə yanvarın 20-də faciəyə həsr edilən elmi-praktik konfrans keçiriləcək. Tədbirdə bələdiyyə və hökumət orqanlarının əməkdaşları, Rusiyanın Murmansk Vilayəti İctimai Palatasının üzvləri, KİV və diaspor təşkilatlarının nümayəndələri iştirak edəcəklər.
"Azərbaycan" milli-mədəniyyət muxtariyyətinin Murmansk bölməsinin və RAGB-in yerli nümayəndəliyinin fəalları 1990-cı il yanvar hadisələrinin 28-ci ildönümü ilə bağlı dünya parlamentarilərinə Müraciət, habelə Rusiya Federasiyasının Murmansk Vilayəti Hökumətinin rəsmi saytında və bir sıra regional KİV-də dərc olunacaq press-reliz və məqalələr hazırlayıblar. AZƏRTAC.