• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallı şəhər 1 saylı tam orta məktəbində “Son zəng”

    Masallı şəhər 1 saylı tam orta məktəbində “Son zəng”

    • 14-06-2021, 19:57
    • Təhsil
    • 0
    • 1 234
    Masallı şəhər 1 saylı tam orta məktəbində “Son zəng” 

    İyunun 14-də Masallı şəhər Rafiq Əlihəsənov adına 1 saylı tam orta məktəbində “Son zəng” tədbiri keçirilib.
    Nazirlər Kabineti yanında Operativ Qərargahın razılığı ilə qəbul edilmiş qaydalara, Təhsil Nazirliyi tərəfindən rayon təhsil şöbələrinə verilmiş müvafiq tapşırıqlara əsasən təşkil edilən tədbir dövlət himninin oxunması başlanılıb.
    Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Məktəbin direktor əvəzi Vəli Ağayev sərbəst həyata qədəm qoyan məzunlara göstərilən etimadı layiqincə doğrultmaq üçün bu şərəfli yolda böyük uğurlar diləyib.
    Qeyd edilib ki, məktəb üzrə 111 şagird 11-ci sinif, 169 nəfər isə 9-cu sinif üzrə məzun olur. Xatırladaq ki, təhsil ocağında 1957 şagird təhsil alır.
    Məzunları bu xoş gün münasibətilə təbrik edən Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova qeyd edib ki, Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gedən hərtərəfli inkişaf təhsil sahəsinin də maddi-texniki bazasının gücləndirilməsinə səbəb olmuşdur: ”Ümidvarıq ki, məzunlarımız müasir tələblərə cavab verən təhsil şəraitinə ali məktəblərə uğurlu imtahan verməklə, əsl vətəndaş kimi yetişməklə cavab verəcəklər.”
    Gələcəyimiz olan bugünkü məzunların rayonumuzun adını daima ucalara qaldıracaqlarına əminliyini bildirən A.Qafarova işğaldan azad edilən torpaqlarımızda da tezliklə zəng səslərinin eşidiləcəyini, birincilərin yeni tikilib istifadəyə verilmiş gözəl məktəblərə addım atacaqlarını vurğulayıb.
    Məktəbin direktor müavini, şəhid Niyaməddin Sultanzadənin anası Mehriban Əzizova, Masallı Gənclər evi sosial xidmət müəssisəsinin direktoru Fuad Mənsimov, “Tərəqqi” medallı pedaqoq Əminə Abıyeva, müəllimlərdən Elmira Sadıqova, Aybəniz Cəfərova, Vətən müharibəsi iştirakçısı Əli Alışov və başqaları məzunlara qarşıdakı çətin sınaqlarda müvəffəqiyyətlər, onlara gələcək həyat yolunda mübariz olmalarını, ali məktəblərə qəbul imtahanlarının ilk mərhələsində yüksək bal toplayanlara növbəti mərhələdə uğurlar arzulayıblar.
    Məktəb rəhbərliyi tərəfindən təhsildə fərqlənən müəllim və şagirdlərə fəxri fərmanlar təqdim edilib.
    Son zəng çalınıb.
    Sonda məktəbin məzunu, şəhid Niyaməddin Sultanzadənin məzarı ziyarət olunub.
    Qeyd edək ki, tədbir iki mərhələdə günün müxtəlif vaxtlarında keçirilib.


     
    Akif AĞAYEV,
    “Yeni həyat”,      
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    2. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    3. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    4. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    5. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    6. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    7. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    8. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    10. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    11. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    12. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    13. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    14. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    15. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    16. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    17. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    18. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    19. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    20. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    21. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    22. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    23. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    24. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    25. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    26. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    27. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    28. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    29. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    30. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    31. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    32. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    33. 11:15 DİQQƏT! DİQQƏT!
    34. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    35. 13:51 Masallı rayonunun 95-ci ili
    36. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    37. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    38. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    39. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    40. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ