• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Ailənin təhsil ənənəsi

    Ailənin təhsil ənənəsi

    • 16-11-2017, 20:17
    • Təhsil
    • 0
    • 1 552
     

    Ailənin təhsil ənənəsi

    Masallı qəsəbə tam orta məktəbinin məzunu Aysun İltifatlının test imtahanlarında 695 bal toplaması, Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olunması ölkəmizdə hər bir gəncin təhsilinə dövlət qayğısının təzahürüdür. Bu eyni zamanda vətəndaşların təhsil hüququndan maksimum bəhrələnməsidir.
    Bu şansın yaradılması üçün Aysunun valideynləri ilk növbədə ölkə rəhbərinə minnətdarlıqlarını bildirdilər. İlk müsahibimiz məzunun atası Novruz Əliyev oldu. Novruz həkim ailəsində təhsilə böyük maraq olduğunu bildirdi. Dedi ki, ailəsindən ali təhsilə ilk cığırı böyük qızı Günəş açıb. O, yüksək balla Bakı Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunub. İkinci qızı Aysun bu il rekordu, necə deyərlər, təzələyib. Test imtahanlarında 695 ballıq nəticə göstərib. Ata sənətini seçən Aysun barədə həkim Novruz çox razılıqla danışır:
    -Aysun, eləcə də digər övladlarım həkim ömrünün narahat saatlarından xəbərdardırlar. “Təcili tibbi yardım” stansiyasının anistezioloq-reanimatoloq həkimi kimi işim barədə məlumatları var. Bilirlər ki, günün istənilən vaxtı çağırışa gedirəm. Ümumiyyətlə, həkim üçün dəqiq iş vaxtı, rahat ömür yoxdur,- desəm sözümü mübaliğə saymayın. Bununla belə övladımın sənətimi seçməyinə açığını deyim ki, sevindim də. Görünür narahat ömrümün elə çaları var ki, uşaqlarımı çox razı salır. Bunun nəticəsidir ki, onların biri taleyini bu sənətə bağlayıb.
    Həkimin ömürlüyünü varaqlayanda onu ilk növbədə vətənpərvər bir insan kimi tanıdıq. 1984-cü ildə N.Nərimanov adına ATU-ya qəbul olunub. Universiteti bitirib ordu sıralarında həkim kimi xidmət edib. Əsasən Qarabağda döyüş bölgələrində olub. Ağdərəni qarış-qarış gəzib...
    1990-cı ilin Yanvar hadisələri də ömrünə yazılan tarixdir. Həmin günlər Semaşko adına xəstəxanada tibb işçisi işləyərkən neçə-neçə yaralını ölümün pəncəsindən qurtarması həkim ömrünün şərəfli, qürurverici anlarıdır. Görünür bu anlar barədə övladlarının təsəvvürləri yaxşıdır.
    Statistikada həkim ömrünün az olduğunu bildirən Novruz bu həyatın işıq, nur kimi insanların taleyində əksini tapdığını deyib, qürurla bildirdi ki, yaşamaq yanmaqdır. Sonra Bəxtiyar Vahabzadənin məşhur misralarını misal gətirdi:
    Şam əgər yanmırsa, yaşamır demək,
    Onun yaşamağı yanmağındadır!
    Ailənun üçüncü övladı Elnurdur. Hələ onuncuda oxuyur. O, da təhsil estafetinin uğurlu davamçısıdır...
    Aysun ümman sevincini babası İbadulla Ağayevlə daha çox bölür:
    -Elə digər nəvələrim də təhsil yollarına mənim xeyir-duamla çıxıblar,- deyə İbadulla əlavə edir. Ölkəmizdə təhsilə böyük önəm var. Hələ ulu öndər Heydər Əliyev respublikaya rəhbərlik etdiyi dövrlərdə azərbaycanlı tələbələrin Rusiyanın ən məşhur ali məktəblərində təhsil alması istiqamətində dövlət tədbirləri görülürdü. İndi də xarici ölkələrdə təhsil alanlarımız çoxdur. Ailəmizdə də təhsilə maraq böyükdür. Təhsil almaqda övladlarım bəhsə girib desəm, inanın. Şahin, Rövşən ali təhsil alıb, Rahim kommersantdır...
    “11 nəvəmin təhsili həyat yoldaşım Kərbəlayi Səmayənin və mənim əsas qayğılarımızdır. Xüsusilə, Cənub bölgəsi haqqında səslənən qızların erkən ailə qurması fikri ilə razılaşa bilmirik. Nəvələrimiz, yaxın adamlarımız timsalında çalışırıq ki, övladlarımız oxusun, kamil insan kimi həyatını qursun. Nəvəmiz Günəş test imtahanlarından 625 bal toplayıb Bakı Dövlət Universitetinə qəbul olunanda fərəhimiz ümmana döndü. Hazırda universiteti əla qiymətlərlə oxuyur. Üçüncü kursa keçib. Bu il Aysunun uğuru qəlbimizi sevindirib.” –deyə babası İbadulla sözünə davam edir.
    Uzun müddət vəzifələrdə çalışmış, Təklə kənd sovetinin sədri, ərazi nümayəndəsi işləmiş İbadulla Ağayev daha sonra bildirdi ki, bu gün qızlarımız üçün, eləcə də hər bir Azərbaycan qadını üçün nümunə ola biləcək şəxsiyyət var. O, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadır. Valideyn kimi arzumuz budur ki, nəvələrimiz öz təhsilləri, həyata baxışları ilə onun ardıcılları olsunlar.
    İbadulla nəvəsi, Rusiya Federasiyası Nijni Novqorod Dövlət Universitetinin hüquq şöbəsini bitirmiş, hazırda magisturaturada davam etdirən Elşən haqqında da ürək dolusu danışıb bildirdi ki, bu günlər gündəmdə olan Aysunun nailiyyətidir.
    Əlavə etdi ki, bu gün tələbələrin uğurlarından söz düşəndə rayon rəhbəri tərəfindən nəvəsinin də adının çəkilməsi onları bir valideyn kimi daha çox sevindirir.
    İbadulla bildirdi ki, avqust ailəmiz üçün ad günləri ayıdır. Avqustun 7-si oğlum Rahimin, 10-u, 11-i, 13-ü, 20-si nəvələrim Lamiyənin, Elşənin, Yadullanın, Səmayənin ad günləridir.
    Rəsul RZAYEV.
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    2. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    3. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    4. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    5. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    6. 12:28 Vətənə xidmətdə keçən ömür
    7. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    9. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    14. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    16. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    17. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    18. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    19. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    20. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    21. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    22. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    23. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    24. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    25. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    26. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    27. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    28. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    29. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    31. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    33. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    34. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    36. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    37. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    38. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    39. 11:15 DİQQƏT! DİQQƏT!
    40. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ