• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda kənd təsərrüfatı prioritet sahəyə çevrilir

    Masallıda kənd təsərrüfatı prioritet sahəyə çevrilir

    • 12-03-2020, 19:40
    • Aqrar
    • 0
    • 1 145
    Ərkivanda çay plantasiyası salınır

    İllər öncə dövlət çay sahələrini sahiblərinə qaytardı, amma, onun çox cüzi bir hissəsi qorundu, zəhmətkeş əhalinin böyük əksəriyyəti min bir əzabla başa gəlmiş “yaşıl qızıl” sahələrini bir göz qırpımında yönümünü dəyişdirib, əkin-biçin, mal-qara üçün örüş sahəsinə çevirdi, kolları qırıb oduncaq kimi istifadə etdilər.
    Hazırda Masallıda kənd təsərrüfatı yenidən prioritet sahəyə çevrilir, çayçılığa xüsusi diqqət yetirilir. 2013-cü ildə burada 5 hektar çay sahəsi olduğu halda, 2018-ci ildə 103 hektar sahə qeydə alınıb. Sovetlər dövründə çayçılıqla məşğul olmuş kəndlərdə bu çoxillik bitkinin yenidən dirçəldilməsi istiqamətində aparılan maarifləndirmə işləri, göstərilən səylər uğurla davam edir.
    Dövlət Aqrar İnkişaf Mərkəzinin Masallı rayon şöbəsindən verilən məlumata görə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL) çərçivəsində həyata keçirdiyi layihə “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”na əsaslanır. Aqrar Kredit və İnkişaf Agentliyinin icra etdiyi layihə çərçivəsində rayonumuzun Ərkivan qəsəbəsində 2,28 hektar, Hişkədərə kəndində 0,6 hektar, Tüklədə 1,6 hektar, Kolatanda isə 10 hektar sahədə çay şitilləri əkilib.
    “Çayçılığın inkişafı istiqamətində ailə təsərrüfatlarının, kiçik və orta sahibkarlığın genişləndirilməsi pilot layihəsi” çərçivəsində çay bitkisinə qulluq, zərərvericilərə qarşı mübarizə və bitki mühafizəsi tədbirləri aparmaq üçün lazım olan maşın, avadanlıq və alətlər fermerlərin istifadəsinə verilir. Layihədən faydalanan fermerlərə bilik və bacarıqlarının artırılması məqsədilə təlimlər keçilir.
    Ərkivan qəsəbəsində də çayçılığın inkişaf etdirilməsi ilə bağlı ilk addımlar atılır. Uzun illərdən sonra qəsəbədə çay plantasiyası salınıb.
    Ərazi nümayəndəsi İsrail Tağıyev bildirir ki, qəsəbənin zəhmətkeş insanlarında bu sahəyə maraq var. Artıq bir neçə payıbəlli torpaq sahibləri bizə qoşulmaq istəyir. Torpaq mülkiyyətçiləri ilə maarifləndirmə işləri aparılıb, aidiyyəti təşkilatlarla ilkin razılaşmalar əldə olunarsa çay əkinlərini sürətli şəkildə aparmaq mümkündür.
    Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi pilot layihə çərçivəsində 42 min çay tingi qəsəbə fermerləri — Rahib Mazanov və Səlim Kərimova məxsus 2,28 hektar ərazidə əkilib.
    Rahib Mazanov deyir ki, ötən ilin payızından əkinə başlamışıq. Təsərrüfatda 11 işçi çalışır. Gələcəkdə əkin sahəsini genişləndirmək fikrimiz var.
    Çayçı fermerlər yaxşı bilirlər ki, intensiv qulluq tələb edən çay bitkisinə yüksək dərəcədə xidmət göstərilməsi vacibdir. Əgər yeni salınmış çay sahələrinə ilk gündən etibarən düzgün aqrotexniki qulluq olunarsa, gələcəkdə məhsuldarlıq da yüksək olar.
    Fermerlər ümid edir ki, yaxın gələcəkdə təsərrüfatlarında yetişdirilən məhsul ölkə və dünya bazarında layiqli yer tutacaq.
    Nəzərə çatdıraq ki, bu ildən etibarən qüvvəyə minən subsidiya qaydalarına əsasən çay bitkisi ən yüksək subsidiya məbləği verilən bitkilərdəndir. Tinglər əkildiyi ildən etibarən 7 il müddətində fermer hər hektara görə 700 manat subsidiya alacaq. Yeddi ildən sonra subsidiya məbləği builki əmsallara görə hər hektara 240 manat təşkil edəcək.

    Akif AĞAYEV,
    “Yeni həyat”,
    www.yeniheyet.az
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    2. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    3. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    4. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    5. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    6. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    7. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    8. 12:28 Vətənə xidmətdə keçən ömür
    9. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    14. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    15. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    16. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    18. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    19. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    20. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    21. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    22. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    23. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    24. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    25. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    26. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    27. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    28. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    29. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    30. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    31. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    32. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    33. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    34. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    35. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    36. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    37. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    38. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    39. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    40. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ