• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda hektara 70 ton məhsul verən çiyələk sortu əkilir

    Masallıda hektara 70 ton məhsul verən çiyələk sortu əkilir

    • 25-11-2021, 20:11
    • Aqrar
    • 0
    • 672
    Masallıda hektara 70 ton məhsul verən çiyələk sortu əkilir

    Rayonun Şərəfə kənd sakini Rafət Abbasov uzun illərdir 20 hektar sahədə taxıl, pomidor, çiyələk və digər kənd təsərrüfatı bitkiləri əkir. O, gəlirli sahə olduğundan çiyələk əkininə daha çox üstünlük verir. Üç hektara yaxın yer ayırdığı çiyələk sahəsində əvvəllər əsasən “Albion” və “Salanderiya” sortlarından istifadə olunurdu ki, bunların da məhsuldarlığı hektara 35-40 ton olurdu. Bir neçə gündür əkininə başladığı çiyələk sortu isə daha yüksək məhsuldarlığı olan “Samra” sortudur. “Bu şitilin üstün cəhətləri daha məhsuldar olmasındadır. Həmçinin bu sort çiyələk daha şirindir. Xəstəliyə və soyuğa dözümlüdür. Ona görə bu şitilə üstünlük vermişik. Bir şitil ildə 1 kiloqrama qədər məhsul verə bilir. Bu da hektara 60-70 tona yaxın məhsul deməkdir”, - deyə o əlavə edib.
     
    Yeniheyet.az AZƏRTAC-a istinadən xəbər verir ki, təsərrüfat sahibi sortu seçərkən məhsulun xarici bazarlara çıxışını da nəzərə alıb. Uzaq məsafəyə daşınması əlverişli olduğundan Rusiya bazarlarında bu sort çiyələyə tələbat da çoxdur.
    Fermer Rafət Abbasov: “Əkindən qabaq biz sahədə alaq otlarını yandırmaq üçün dərmanlardan istifadə edirik. Dərmanları verəndən 10 gün sonra əkinə başlayırıq. Əkinimiz əsasən açıq sahələrdə aparılır. Çiyələk şitili soyuğa davamlı olduğu üçün demək olar ki, açıq sahələrdən noyabrın sonuna kimi məhsul yığırıq”.
    “Samra” sort şitillər digər şitillərə nisbətən daha sıx əkilir. Sıx əkin həm məhsuldarlığın artmasına, həm də kölgə yaratdığından suya tələbatın azalmasına səbəb olur. Əkin başa çatdırıldıqdan bir ay sonra sahələrdə aqrotexniki qulluq işləri aparılacaq. Yazqabağı xəstəlik və zərərvericilərə qarşı kimyəvi dərmanlarla profilaktiki tədbirlər görüləcək.
     
    Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisi Niyaz Mirzəyevlə söhbət zamanı deyib: “Biz sahələrdə fermerlərə bitki mühafizəsi barədə məlumatlar veririk, müşahidələr aparırıq. Hansı xəstəliklər, hansı zərərvericilər aşkar olunarsa, onunla bağlı tədbirlər görürük. Çiyələkdə əsas xəstəlik alternaliozdur. Vegitasiya dövründə çiyələk nəsil verməyə yaxınlaşanda yarpaqlarında ağ ləkələr olur. Fermerlərə bu cür xəstəliklərə qarşı mübarizə yollarını öyrədirik”.
    Kimyəvi mübarizə zamanı hansı dozanın tətbiq edilməsi, təmiz, şəffaf sudan istifadə olunması məsləhət görülür. Ötən il təsərrüfat sahibi çiyələk sahəsindən 100 tona yaxın məhsul toplayıb ki, bunun da 60 faizi Rusiya bazarlarına göndərilib. Yeni sort çiyələkdən bu il 200 tondan çox məhsul tədarükü proqnozlaşdırılır.
     
    Masallıda bu il ümumilikdə 230 hektar sahədə çiyələk əkilməsi planlaşdırılır. Çiyələyin yığımına isə aprelin axırları - mayın əvvəllərində başlanacaq.
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    2. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    3. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    4. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    5. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    6. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    7. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    8. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    10. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    11. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    12. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    13. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    14. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    15. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    16. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    17. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    18. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    19. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    20. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    21. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    22. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    23. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    24. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    25. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    26. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    27. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    28. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    29. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    30. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    31. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    32. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    33. 11:15 DİQQƏT! DİQQƏT!
    34. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    35. 13:51 Masallı rayonunun 95-ci ili
    36. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    37. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    38. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    39. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    40. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ