• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » “Mədəniyyət kəndlərdə”. Növbəti dəfə Ərkivan qəsəbəsində...

    “Mədəniyyət kəndlərdə”. Növbəti dəfə Ərkivan qəsəbəsində...

    10 iyun 2022-ci il tarixdə Masallı Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və dəstəyi ilə həyata keçirilən “Mədəniyyət kəndlərdə” mədəniyyət-yaradıcılıq layihəsinin daha bir tədbiri reallaşıb.

    Masallı rayonu ərazisindəki qədim və böyük yaşayış məntəqələrindən olan Ərkivan qəsəbəsində təşkil edilmiş tədbirdə Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, Masallı RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Abbas Abbaszadə, Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, mədəniyyət işçiləri, şəhid ailələri, gənclər və qəsəbə ictimaiyyəti iştirak edib.

    Əvvəlcə Ərkivan qəsəbəsində yerləşən “Şəhidlər abidə kompleksi”nin önünə gül dəstələri qoyulub, sonra Birinci Qarabağ və 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tədbiri giriş sözü ilə açan Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov iştirakçıları salamlayaraq layihənin məqsədlərindən danışıb.

    Qəsəbə sakini Əyyar Tahirov tədbirin keçirildiyi Ərkivan qəsəbəsinin tarixi barədə qısa arayış verib. Tədbirdə çıxış edən şəhid Anar Novruzovun qardaşı Sücəddin Novruzov , şəhid Famil Əlizadənin atası Habil Əlizadə belə tədbirlərin kəndlərdə keçirilməsinin təqdirəlayiq olduğunu vurğulayaraq, təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

    Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan “Yeni həyat” qəzetinin və eyni adlı saytın Baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əlihüseyn Şükürov xəbər verir ki, rəsmi hissədən sonra Masallı rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələri tərəfindən qurulmuş sərgiyə və istedadlı gənclərin əl işlərinə baxış keçirilib. Sərgidə qədim məişət əşyaları, təsərrüfat alətləri, müxtəlif xalq sənətkarlığı sahələrinə aid nümunələr, həmçinin gənclərin rəsm və digər maraqlı əl işləri nümayiş etdirilib.
    Tədbir Masallı rayon Mədəniyyət Mərkəzinin incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib. Eyni zamanda, konsertdə məktəblilər tərəfindən rəqslər ifa edilib, vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib. Yeniyetmə idmançılar isə nümunəvi idman nömrələri göstəriblər.

    Yekunda tədbirlərdə aktiv iştirak edən mədəniyyət işçiləri və məktəblilərə Masallı Regional Mədəniyyət İdarəsinin “Təşəkkürnamə”ləri təqdim edilib.

    Məlumat üçün bildirək ki, “Mədəniyyət kəndlərdə” mədəniyyət — yaradıcılıq layihəsi kəndlərdəki mədəniyyət müəssisələrinin fəaliyyətinin genişləndirilməsi, idarəetmənin təkmilləşdirilməsi və istedadlı gənclərin aşkar edilərək, dəstəklənməsi məqsədilə keçirilir.








    “Yeni həyat” qəzeti,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    7. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    8. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    10. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    11. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    12. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    13. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    14. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    15. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    16. 12:28 Vətənə xidmətdə keçən ömür
    17. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    18. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    19. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    24. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    26. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    27. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    28. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    29. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    30. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    31. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    32. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    33. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    34. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    36. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    37. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    38. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    39. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ