• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda “Mədəniyyət kəndlərdə” layihəsi

    Masallıda “Mədəniyyət kəndlərdə” layihəsi


    Masallıda “Mədəniyyət kəndlərdə” layihəsinin cari ildə ilk tədbiri reallaşdırılıb

    Masallı Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və dəstəyi ilə həyata keçirilən “Mədəniyyət kəndlərdə” mədəniyyət-yaradıcılıq layihəsinin cari ildə ilk tədbiri reallaşdırılıb. Masallı rayonu ərazisində ilk modern tipli təhsil müəssisəsinin yaradıldığı, qəhrəmanlar yurdu kimi tanınan Viləş kəndində təşkil edilmiş tədbirdə rəsmilər, mədəniyyət işçiləri, gənclər, kütləvi informasiya vasitələri nümayəndələri və kənd ictimaiyyəti iştirak edib.

    Əvvəlcə, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda əbədiyyətə qovuşmuş Viləş kəndindən olan şəhidlərin və digər həmvətənlərimizin xatirəsi ehtiramla yad edilib.

    Tədbirdə çıxış etmiş Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov layihə çərçivəsində qarşıya qoyulmuş hədəflər barədə danışıb. Bildirilib ki, yerlərdəki müəssisələrin fəaliyyətinin yeni nəzəri-konseptual yanaşmalara və çağırışlara uyğun qurulması, həmçinin gənc istedadların aşkarlanaraq müəssisələrin işinə cəlb edilməsi prioritet vəzifələrdəndir.

    Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova çıxışında vurğulayıb ki, sözügedən mədəniyyət layihəsinin yerlərdə keçirilməsi gənclər arasında yaradıcılıq sahələrinə marağın artmasına səbəb olacaq. Qeyd olunub ki, layihə çərçivəsində istedadlı gənclər üçün geniş meydanın açılması onların öz yaradıcı potensiallarını nümayiş etdirmələri baxımından əlverişli imkanlar yaradır.  

    Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən "Yeni həyat" qəzetinin və eyni adlı saytın Baş redaktoru Əlihüseyn Şükürov Viləş kəndindən xəbər verir ki, həmin ərazidən olan iki şəhid anası Ziba Əsgərli isə tədbirin yaşadığı kənddə təşkil olunmasını böyük sevinc hissi ilə qarşıladığını deyib. O, həmçinin Viləş kəndinin ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş övladlarından söz açıb.

    Rəsmi hissədən sonra tədbir yaradıcılıq sərgisinə baxışla və bədii-musiqili proqramla davam etdirilib.
    Qonaqlar və yerli sakinlər N.Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzi Viləş kənd klubunun təşkil etdiyi geniş yaradıcılıq sərgisinə və istedadlı gənclərin zövqlə hazırlanmış əl işlərinə baxış keçiriblər. Sonra rayon Mədəniyyət Mərkəzinin istedadlı sənətçiləri geniş konsert proqramı ilə çıxış ediblər. Proqramboyu musiqi ifaları və “Halay” folklor Xalq ansamblının milli rəqs nömrələri maraqla qarşılanıb.

    Tədbirin sonunda mədəniyyət tədbirlərində fəal iştirak edən məktəblilərə Masallı Regional Mədəniyyət İdarəsinin “Təşəkkürnamə”ləri təqdim edilib.

    Xatırladaq ki, “Mədəniyyət kəndlərdə” mədəniyyət-yaradıcılıq layihəsi kəndlərdə fəaliyyət göstərən müəssisələrin işinin yeni mədəni-nəzəri yanaşmalara uyğun genişləndirilməsi, gənc istedadların aşkar edilərək dəstəklənməsi məqsədilə keçirilir.



    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    2. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    3. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    4. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    5. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    6. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    7. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    8. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    10. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    11. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    12. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    13. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    14. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    15. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    16. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    17. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    18. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    19. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    20. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    21. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    22. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    23. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    24. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    25. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    26. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    27. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    28. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    29. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    30. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    31. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    32. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    33. 11:15 DİQQƏT! DİQQƏT!
    34. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    35. 13:51 Masallı rayonunun 95-ci ili
    36. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    37. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    38. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    39. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    40. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ