Masallıda Xocalı soyqırımının 31-ci ildönümünə həsr edilmiş şahmat turniri
- 23-02-2023, 21:15
- İdman
- 0
- 239
Masallıda Xocalı soyqırımının 31-ci ildönümünə həsr edilmiş şahmat turniri keçirilib.
Masallı rayon Gənclər və İdman İdarəsinin və Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının otuz birinci ildönümünə həsr edilmiş şahmat idman növü üzrə məktəbli oğlan və qızlar arasında turnir keçirilib.
Masallı UGİŞM-də təşkil olunan yarışlardan əvvəlcə faciə qurbanlarının xatirəsi ehtiramla anılıb, məktəblilərə XX əsrin sonlarında insanlığa qarşı törədilmiş ən dəhşətli qətliam barədə məlumat verilib.
Maraqlı və gərgin mübarizə şəraitində keçən turnirin yekun nəticələrinə əsasən ilk üç yeri tutan zəka sahibləri təşkilat komitəsinin müvafiq dərəcəli diplomları ilə mükafatlandırılıb.
Qeyd edək ki, yarışların keçirilməsində məqsəd qan yaddaşımız olan Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, uşaq, yeniyetmə və gənclər arasında şahmat idman növünün kütləviliyinin artırılması, məktəblilərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, onların zərərli vərdişlərdən yayındırılması və idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsidir.
“Yeni həyat” qəzeti,
www.yeniheyet.az