4 Masallı taekvondoçusu İlk Liqa Kubokunun mükafatını qazanıb
- 15-04-2018, 18:04
- İdman
- 0
- 1 366
4 Masallı taekvondoçusu İlk Liqa Kubokunun mükafatını qazanıb
Bakıda taekvondo üzrə İlk Liqa Kubokuna yekun vurulub.
Yarış “Ümid” Taekvondo Klubunun təşkilatçılığı və Azərbaycan Taekvondo Federasiyasının dəstəyi ilə gerçəkləşib.
“Daedo international” elektron sistemilə təchiz edilən yarışlar Azərbaycan Boks Federasiyasının idman zalında keçirilib.
37 komandadan 625 uşaq, yeniyetmə və gənc taekvondoçunun iştirak etdiyi turnirdə ilk dəfə komanda döyüşləri də təşkil olunub.
İki gün (14-15 aprel) davam edən yarışlarda Masallı idmançıları yaxşı nəticə göstəriblər. 10 nəfərlik heyətlə təmsil olunan komandanın məşqçisi Sadiq Ağayevin verdiyi məlumata görə tatamiçilərimizdən Samir Məhərrəmov (63 kq), Rahid Vəliyev (33 kq) birinci, Əli Həsənov (33 kq) və Sevda Əzizova isə (37 kq) üçüncü yerə layiq görülüblər.
Qaliblər təşkilat komitəsi tərəfindən müvafiq diplom və medallarla təltif olunublar.
“Yeni həyat”,
www.yeniheyet.az