• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda aqrar sahənin inkişafına xüsusi diqqət var

    Masallıda aqrar sahənin inkişafına xüsusi diqqət var

    Masallıda aqrar sahənin inkişafına xüsusi diqqət var

    “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli 759 nömrəli Fərmanının icrası ilə əlaqədar cari ildə istehsalçılara subsidiyanın verilməsi (EKTİS) Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsi ilə həyata keçirilmişdir. Bu məqsədlə Nazirliyin aidiyyatı şöbələrinin mütəxəssisləri tərəfindəm Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşlarına müvafiq təlimlər keçirilmiş, eyni zamanda fermerlər arasında marifləndirici təbliğatlar aparılmışdır.
    Masallı DAİM-dən verilən məlumata görə 2019-cu ildə 2020-ci ilin məhsulu üçün payızlıq əkinlərin ümumi həcmi 12314 hektar olmuşdur ki, bu əkinlərin 6917 hektar buğda, 2717 hektar arpa, 2680 hektar  isə vələmir əkinləri təşkil etmişdir.
    Rayon üzrə orta məhsuldarlıq buğda sahəsində 23,5 sentner olmaqla 16271,7 ton, arpa sahəsində isə 21,5 sentner olmaqla 5844,7 ton məhsul istehsal olunmuşdur.
    İstehsalçılar tərəfindən payızlıq əkinlərdən 6369,5 ha buğda, 1728,5 ha arpa, 1964,3 ha vələmir əkinləri Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan edilmiş, onlara 1864758,4 manat subsidiya hesablanmışdır.
    2020-ci ilin məhsulu üçün rayonda ümumuilikdə 4204,10 ha yazlıq əkin aparılmışdır. Yazlıq əkinlərdən 1747 ha tərəvəz, 244,8 ha göyərti, 880,5 ha kartof, 570,4 dənli paxlalılar, 253,9 ha çəltik, 332,8 ha bostan bitkiləri, 51 ha tütün, 43,2 ha günəbaxan, 27,1 ha zəfəran, 19,5 ha süpürgə, 17,0 ha yonca təşkil edir.
    Hal-hazırda rayon ərazisində tərəvəz və bostan bitkilərinin yığımı başlanmışdır. 24.07.2020-ci il tarixə soğan 1840 ton, sarımsaq 1457 ton, kələm 501 ton, xiyar 9170 ton, pomidor 10520,3 ton, badımcan 13375 ton, kartof 15303 ton, yemiş və qarpız ümumilikdə 1683 ton, digər tərəvəz məhsullarının istehsalı 2523 ton təşkil edir. Rayon ərazisində tərəvəz və bostan bitkilərinin yığımı davam etdirilir.
    Rayonda ənənəvi əkinçilik sahəsi olan çəltikçiliyin inkişafı etdirilməsi məqsədi ilə görülmüş tədbirlər nəticəsində çəltik əkinləri əvvəlki ilə nisbətən 2020-ci ildə 36,7 hektar artırılaraq 253,9 hektar çatdırılmışdır. Bu ilki vegetasiya dövründə çəltik sahələrində normal çıxış əldə olunmuşdur. Çəltik sahələri suvarma suyu ilə təmin olunaraq, yabanı alaq otlarına qarşı mübarizə tədbirləri davam etdirilir. Hazırkı vaxtadək ləklərin suvarma suyu ilə təmin olunmasında ciddi problemlər yaranmamışdır.
    Çayçılıq və tütünçülük Masallı rayonunda ənənəvi əkin sahələrindəndir ki, rentabelli və əmək tutumlu olan bu sahələrinin genişləndirilməsi rayonun iqtsadiyyatının inkişafina öz müsbət təsirini göstərəcəkdir.
    Rayon ərazisində 51 ha sahədə tütün əkini aparılmış və hal-hazırda tütün yığımına başlanılmışdır. Artıq fermerlər tərəfindən 153 ton yaş, 15 ton quru tutun yarpağı tədarük olunmuşdur. Yaxın vaxtda quru tütünün Şəki və Zaqatala rayonlardında yerləşən tütün qəbulu məntəqələrinə təhvil verilməsi planlaşdırılır. Tütün yığımı davam etdirilir.
    Azərbaycan Respublikasında “Çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün qəbul olunmuş Dövlət Proqramı”nın icrası ilə bağlı rayonda çay əkin sahələrinin həcmi 125 hektar çatdırılmışdır.
    Bu sahələrin 4 hektarı Kolatan kəndində əvvəllki dövrlərdən saxlanılmış, 16 hektarı fermerlər tərəfindən, 100 hektarı isə 2015-2018-ci illər ərzində “Azərsun-Holdinq” tərəfindən yeni salınmış çay plantasiyalarıdır.
    Hazırda Tüklə ərazisində sahibkar Seyran Nəcəfov tərəfindən mülkiyyətində olan 30 hektar sahənin aqrotexniki qaydada hazırlanması işlərinə başlanılmış, (plantaj şum və hamarlanmsı) ilkin mərhələdə, cari ilin payız aylarında 5 ha sahədə yeni çay plantasiyasının salınması nəzərdə tutulmuşdur. Dövlət Proqramına icrası ilə bağlı sahibkar tərəfindən növbəti illərdə çay plantasiyasının genişləndirilməsi həyata keçiriləcəkdir.
    Yay şumunun vaxtında və keyyfiyyətli vurulmasının ziyanvericilərin və süfrələrinin məhf olmasına, torpağın münbitliyinin artırılmasına və növbəti ilərdə məhsuldarlığın yüksəldilməsinə müsbət təsiri barədə fermerlərlə aparılmış marifləndirici tədbirlər nəticəsində artıq rayonun inzibati ərazi vahidləri üzrə ümumilikdə 1300 ha sahədə yay şumu vurulmuş və torpaq sahələrinin şumlanması davam etdirilir.
    2020-ci ildə rayona 140 qutu tut ipəkqurdu gətirilərək 57 nəfər kümçüyə paylanmış, 2228,20 kq sort qarışıqları və 59,3 kq karapaçax növ barama olmaqla ümumilikdə 2287,5 kq yaş barama “Azər-İpək” MMC-yə təhvil verilmişdir. Təhvil verilmiş yaş baramanın hər kiloqramına görə hesablanmış məbləğin yaxın vaxtlarda kümdarların bank və ya kart hesablarına köçürüıməsi təmin olunacaqdır.
    2018-ci ildən başlayaraq Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə görə 10 manat məbləğində subsidiya verilməsi və Dövlət tərəfindən arıçılara dəstək göstərilməsi əhali arasında bu sahəyə marağı artırmışdır. 2019-cu ildə arıçılıqla məşğul olan 483 nəfər arıçıya ümumilikdə saxladıqları 7821 arı ailəsinə (pətəyə) görə 78210 manat vəsait ödənilmişdir.
    2020-ci ildə isə 564 arıçı saxladıqları 9918 arı ailəsini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistmində (EKTİS) qeydiyyatdan keçirilmişdir. Yaxın vaxtlarda Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən hər arı ailəsinə görə hesablanmış subsidiya məbləğinin arıçıların kart hesablarına köçürülməsi təmin olunacaqdır. .
    01.07.2020-ci il tarixə rayon üzrə iri buynuzlu mal-qaranın sayı 73219, xırda buynuzlu mal-qaranın sayı 93337 baş olmuşdur.
    Rayonumuzda heyvandarlığın cins tərkibinin yaxılaşdırılması istiqamətində də işlər davam etdirilir. Belə ki, cari ilin 6 ayı ərzində rayon üzrə 1245 baş ana mal süni yolla mayalandırlmış və həmçinin süni mayalanma yolu ilə 1318 baş sağlam buzov doğulmuşdur. Hər buzova görə 100 manat olmaqla 131800 manat vəsait hesablanmış və bu məbləğin bir hissəsi artıq vətəndaşların hesabına köçürülmışdır.
                         
    “Yeni həyat”,      
    www.yeniheyet.az

     

    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    2. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    3. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    4. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    5. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    6. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    7. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    8. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    9. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    10. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    11. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    12. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    13. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    14. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    15. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    16. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    18. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    19. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    20. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    21. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    22. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    23. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    24. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    25. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    26. 11:15 DİQQƏT! DİQQƏT!
    27. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    28. 13:51 Masallı rayonunun 95-ci ili
    29. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    30. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    31. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    32. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    33. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    34. 15:25 MASALLI RAYONUNUN SOSİAL İQTİSADİ İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ AÇIQLANMIŞDIR - STATİSTİKA
    35. 07:36 Boradigah qəsəbəsində şəhid ailəsi üçün təmir edilən evə baxış keçirilib
    36. 07:35 Rayon rəhbəri Boradigah qəsəbəsində görülən işlərlə tanış oldu
    37. 11:53 Ana dilimiz tarixdən gələn səsimizdir
    38. 23:30 Ana dilimiz tarixdən gələn səsimiz, gələcəyə gedən yolumuzdur
    39. 16:27 Rayon rəhbəri xəstəxanada şəhid ailəsini ziyarət etdi-01.08.2025
    40. 23:30 Prezident İlham Əliyev Azərbaycan dili haqqında
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ