Azərbaycan bayraqlı ilk qatar Türkiyə ərazisində
- 6-12-2017, 16:45
- İqtisadiyyat
- 0
- 1 322
Azərbaycan bayraqlı ilk qatar
Türkiyə ərazisində
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) məxsus olan vaqonlardan ibarət ilk yük qatarı dekabrın 5-də Bakı-Tbilisi-Qars dəmir yolu ilə yola salınıb.
Bu barədə QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin Hərəkətin təhlükəsizliyi üzrə müfəttişlik aparatının rəisi Kazım Şərifov bildirib ki, Axalkalaki stansiyasında vaqonların təkər arabacıqlarının dəyişdirilməsi - 1520 mm standartlı izdən 1435 mm standartlı izə keçirilməsi prosesi başa çatandan sonra qatar Qarsa yola salınıb. Artıq Azərbaycan bayraqlı ilk qatar Türkiyə ərazisindədir.
Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı bu il oktyabrın 30-da keçirilib. Artıq bu marşrutla Qazaxıstandan Türkiyənin Mersin şəhərinə iki qatar yola salınıb. Otuz konteynerdən ibarət birinci qatar noyabrın 4-də Mersinə çatıb. Həmin qatarla 600 ton buğda daşınıb. İkinci yük qatarı noyabrın 27-də Qazaxıstandan yola düşüb. Qatar artıq Gürcüstana çatıb. AZƏRTAC.