Tüklə ərazisində iki ton tütün tədarük edilib
- 20-10-2020, 19:24
- İqtisadiyyat / Aqrar
- 0
- 690
![](/uploads/posts/2020-10/medium/1603211149_9d8194a6cfb86eeaff6f021dbf4f73fb.jpg)
Masallı rayonunun Tüklə kəndində 20 oktyabr 2020-ci il tarixə kimi istehsal olunan iki tondan çox quru tütün tədarük müəssisəsinə təhvil verilib.
Dövlətimiz bu sahənin inkişafı üçün fermerlərə hər cür dəstək verir. Hazırda quru tütünün 1 kiloqramı 2 manat 40 qəpiyə təhvil verilir.
Oktyabrın axırına qədər tütün yığımı davam edəcək.
Qeyd edək ki, Tüklə əməkçiləri 2020-ci ilin məhsulu üçün iki hektar sahədə tütün əkib becərmişlər.
“Yeni həyat”,
www.yeniheyet.az