Masallıların nəzərinə!
- 28-02-2021, 12:36
- İqtisadiyyat
- 0
- 617
Vətəndaşların nəzərinə!
Bildiririk ki, Masallı Rayon İcra Hakimiyyətinin sifarişi əsasında “İntegris” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 aprel 2019-cu il tarixli, 140 nömrəli Qərarı ilə təsdiq edilmiş Masallı şəhərinin 2034-cü ilə qədərki dövrdə inkişafına dair Baş Planında nəzərdə tutulmuş tikintinin birinci mərhələsində tikiləcək 198 hektar ərazinin Müfəssəl Planının hazırlanması” layihəsinin ilkin variantı hazırlanmışdır.
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 27.3-cü maddəsinin tələblərinə əsasən 01 mart 2021-ci il tarixindən rayon icra hakimiyyətinin inzibati binasında Müfəssəl Planının ilkin variantı yerləşdirilərək ictimai müzakirəyə çıxarılacaqdır. Şəhərimizin daha da gözəlləşməsi, ərazi planlaşdırılması sənədinə uyğun yenidən qurulması ilə bağlı Müfəssəl Planının təklif olunan variantına rəy və təkliflərinizin verilməsində yaxından iştirak etməyinizi xahiş edirik.
Masallı RİHB aparatının
Memarlıq və Tikinti şöbəsi
Əlaqə nömrəsi: 025-21-5-29-05