Kartofçuluq sərfəli sahədir
- 15-03-2022, 10:07
- İqtisadiyyat
- 0
- 359
Kartofçuluq Masallı rayonunun iqtisadiyyatında mühüm yer tutur. İkinci çörək sayılan bu sahə fermerlərin diqqətindədir. Hər il 1000 hektara yaxın sahədə kartof yetişdirilir, bol məhsul əldə edilir. Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən «Yeni həyat» qəzetinin əməkdaşı Həsənağa Əliyev xəbər verir ki, bu sahədə Təzə Alvadı, Təklə, Xırmandalı kartofçularının uğurları sevindiricidir. Təzə Alvadılılar yeni mövsümdə 240 hektarda kartof əkmişləır ki, bu da əvvəlki ildəkindən 90 hektar çoxdur. Hazırda sahələr durğun sulardan qorunur, növbəti becərmələrə hazırlıq görülür.
"Yeni həyat" qəzeti,
www.yeniheyet.az