• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Quşçuluq təsərrüfatları genişləndirilir

    Quşçuluq təsərrüfatları genişləndirilir


    Son illər bölgələrdə quşçuluq təsərrüfatları və damazlıq yumurta istehsalı intensiv inkişaf etdirilir. Belə nümunəvi təsərrüfatlardan biri də Masallı rayonunun Şatıroba kəndində fəaliyyət göstərir.                                                              

    Şatıroba kəndində yaşayan təsərrüfat sahibi Ceyhun Nəzərovun fermasında 18 min baş quş saxlanılır. Fermanın tutumu isə 50 min başdır. Müəyyən yaşa çatandan sonra quşların diri halda satışı həyata keçirilir. Təsərrüfat 5 il öncə yaransa da, rayonun quş əti ilə təminatında mühüm əhəmiyyət daşıyır. Hazırda burada ayda 32 tondan çox ətlik quş istehsalı həyata keçirilir. Buna baxmayaraq, son bir neçə ayda quş yemlərinin qiymətinin qalxması təsərrüfatçı üçün bir sıra çətinliklər yaradır.

    Təsərrüfat sahibi Ceyhun Nəzərov deyib: “Yemin qiymətində yanvar ayından artım müşahidə olundu. Bu, bizim işimizdə də müəyyən çətinliklər yaradır. Buna baxmayaraq çalışırıq ki, ölkəmizin quş əti ilə təminatında çətinlik yaranmasın. Bilirsiniz ki, mal ətindən çox, quş əti istifadə olunur. Yemin qiymətinin aşağı olması bizim daha çox qazanc əldə etməyimizə gətirib çıxaracaq. Fermalarımızda daha çox toyuq saxlamaq imkanımız olacaq. Qiymətlər bahalaşanda isə gəlir götürməyimiz riskli olur”.

    Onun sahibinin sözlərinə görə, quşların bəslənməsində heç bir geni dəyişdirilmiş qidalardan istifadə olunmur. Quşlar tam orqanik şəraitdə yetişdirilir. Ceyhun Nəzərov gələcəkdə Masallı rayonunda müasir quş əti emalı müəssisəsi də yaratmaq istəyir. “Yemlər geni dəyişilməmiş yemlərdir. Yəni, insan orqanizminə heç bir mənfi təsiri olmayan yemlər alırıq. Cənub bölgəsində müasir tipli quş əti emalı müəssisəsi açmaq fikrimiz var. Gün ərzində 3000-4000 baş quş istehsal etmək istəyirik”, - deyə o əlavə edib.

    Masallı rayonunda iri və şəxsi quş təsərrüfatları ilə birlikdə ümumi olaraq 957 min baş quş saxlanılır. Bunlardan 150 mini rəsmi qeydiyyatdan keçən iki böyük quşçuluq müəssisəsində bəslənilir. Masallı Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, gələcəkdə quşçuluq müəssisələrinin inkişaf etdirilməsi üçün bir sıra planlar nəzərdən tutulur.

    Mərkəzin baş məsləhətçisi Hasil Hüseynov: “Yaxın gələcəkdə bu sahənin daha da inkişafı üçün əlavə dəstək tədbirləri nəzərdən keçirilir. Məlumdur ki, quş yemləri bahalaşıb. Bahalaşma təkcə quşçuluqda deyil, bir çox sahələrdə, həmçinin maldarlıq sahəsində də özünü büruzə verir. Bu da nəticədə ətin, yumurtanın bahalaşmasına gətirib çıxarır. Gələcəkdə Masallıda kiçik yem sexlərinin yaradılması planlaşdırılıb ki, yemlər rayonun özündə istehsal olsun. Fermerlər baha yox, ucuz qiymətə yem ala bilsinlər”.

    Qeyd edək ki, görülən bu işlərdə əsas məqsəd regionlarda quşçuluğun inkişaf etdirilməsi, yerli toyuq və yumurtaya artan tələbatın ödənilməsidir. Quşçuluq təsərrüfatlarının saxlanılmasında yaranan çətinlikləri aradan qaldırmaq üçün xırda quşçuluq təsərrüfatlarının kooperativlər halında birləşdirilməsi də diqqətdə saxlanılır.    

                                   



    İsmayıl Cəfərli,
    Azərtac.

    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az

    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    7. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    8. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    10. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    11. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    12. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    13. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    14. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    15. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    16. 12:28 Vətənə xidmətdə keçən ömür
    17. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    18. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    19. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    24. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    26. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    27. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    28. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    29. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    30. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    31. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    32. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    33. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    34. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    36. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    37. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    38. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    39. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ