Masallı rayonunda 2026-cı ilin taxıl biçini başa çatmışdır
- Bu gün, 12:58
- İqtisadiyyat / Manşet
- 0
- 23

Masallı Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, avqustun 3-nə olan məlumata əsasən, 13149,0 hektar sahə biçilmişdir.
🌾 Sahələrdən 31520,1 ton məhsul yığılmış, orta məhsuldarlıq hektardan 24,0 sentner olmuşdur.
Yığılan məhsulun:
▪️ 18256,0 tonu buğda
▪️ 6671,5 tonu arpa
▪️ 6592,6 tonu digər dənli və dənli-paxlalı bitkilərdir.
Ötən ilin müvafiq tarixi ilə müqayisədə ümumi məhsul yığımı 19,1 faiz artmışdır.




























