• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Çexiyalı alimlər Masallıda

    Çexiyalı alimlər Masallıda

    Çexiyalı alimlər cənub bölgəsinin faunasını araşdırırlar

    Avropanın ən qədim təhsil ocaqlarından olan Çexiyanın Karlov Universiteti və Bakı Dövlət Universiteti ilə bağlanmış müqavilə əsasında çexiyalı alim və tələbələr növbəti dəfə cənub bölgəsinə səfər edərək tədqiqatlara başlayıblar. Yardımlı, Masallı və Lənkəran rayonlarının ərazisindəki çay və göllərdə yaşayan balıqlar, həmçinin meşə ərazilərində olan zərərvericilər aparılan elmi-tədqiqatlar işlərinin əsas mövzusu olub.
    Yeniheyet.az  AZƏRTAC-a istinadən xəbər verir ki, artıq 40 ildən çoxdur universitetlər arasında davam edən əməkdaşlıq hər iki ölkə tələbələrinin qarşılıqlı elmi-tədqiqat işləri aparmasına xidmət edir. Qrupun rəhbəri Miroslav Şvatora bildirib ki, Yardımlı və Masallı rayonlarının ərazisindən axan Viləşçayda müxtəlif növ balıqları tutaraq, onlardan nümunələr götürüb laboratoriyalarda analiz edəcəklər: “Biz qrupumuzla birlikdə cənub bölgəsinin müxtəlif rayonlarının ərazisində olan çay və göllərdə yaşayan balıq növləri və digər suda yaşayan canlıları ovlayarıq. Götürülən nümunələr üzərində DNT analizi səviyyəsində elmi-tədqiqat işləri aparılır. Bu yolla ixtiofaunada baş verən dəyişikliklər tədqiqatlar nəticəsində araşdırılır. Daha sonra bu nəticələr həm çexiyalı, həm də azərbaycanlı tələbələrə öyrədilir”.
    Çexiyalı qonaqlar təhlükəli həşəratları və məməlilər cinsindən olan gəmiriciləri də ovlayaraq, onlardan nümunələr götürüb çalışdıqları universitetdə analiz edəcəklər. Karlov Universitetinin zoologiya kafedrasının professoru Daniel Frintanın sözlərinə görə, Azərbaycanın cənub bölgəsində meşəlik ərazilərin geniş olması burada elmi-tədqiqat işlərinin aparılmasına yaxşı şərait yaradır: “Biz burada, eyni zamanda, təhlükəli həşəratlar, ağcaqanadlar və kiçik məməli heyvanları tutaraq, onların üzərində tədqiqat işlərinin tətbiqi üçün laboratoriyalara aparırıq. Bununla biz bu növlərin populyasiyasını, hansı ərazilərdə daha çox yayılmasını, genetik cəhətlərini öyrənirik. Həmçinin burada yaşayan kiçik fauna növləri ilə Avropada yaşayan növlərin müqayisəsini edirik. Bütün bu tədqiqat işləri Azərbaycan-Çexiya universitetləri arasında bağlanmış müqavilə əsasında həyata keçirilir”.
    Daha sonra çexiyalı alim və tələbələr Lənkəranda Hirkan Milli Parkında olublar. Qonaqlara parkın biomüxtəlifliyi barədə məlumat verilib. Burada adı “Qırmızı kitab”a düşmüş nadir heyvan və bitki növləri elm adamlarında böyük maraq oyadıb.
    Qeyd edək ki, hər il Bakı Dövlət Universitetinin zoologiya kafedrasının müəllim-tələbə heyəti də təcrübə-tədqiqat işləri aparmaq üçün Çexiyanın Karlov Universitetində olurlar.



     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    7. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    8. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    10. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    11. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    12. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    13. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    14. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    15. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    16. 12:28 Vətənə xidmətdə keçən ömür
    17. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    18. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    19. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    24. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    26. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    27. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    28. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    29. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    30. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    31. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    32. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    33. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    34. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    36. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    37. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    38. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    39. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ