• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • AZƏRBAYCAN QARTALI

    Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, torpaqlarımızda erməni işğalına son qoymaq məqsədilə başlanan əks-hücum əməliyyatımız hərb meydanında cəmi 44 gün sürdü. Vahid yumruq nümayiş etdirən xalqımız bu müddət ərzində əzəmətli Ordumuzun ard-arda qazandığı qələbələrə və düşmənin rüsvayçı bir duruma düşməsinə sevindi. Döyüş meydanında əsgər və zabitlərimiz misli görünməmiş igidlik nümunələri göstərdilər. Belə qəhrəmanlardan biri də əslən Masallı rayonunun Ağakişibəyli kəndindən olan “Qara qartal” ləqəbli polkovnik-leytenant Ramiz Sübhan oğlu Cəfərovdur.          

           Ramiz Cəfərov 1974-cü ildə Ukraynanın Donetsk vilayətinin Makeyevka şəhərində dünyaya gəlib. Ailədə 2 qardaş olublar. Bir müddətdən sonra Azərbaycana qayıdıb Sumqayıt şəhərində məskunlaşıblar. Əvvəlcə 11 saylı, sonra isə 17 saylı şəhər orta məktəblərində oxuyub.         Uşaqlıqdan hərbçiliyə böyük maraq göstərdiyi üçün təhsilini Naxçıvanski adına hərbi məktəbdə davam etdirib. 1992-ci ildə isə Rusiya Federasiyasındakı Ryazan Qvardiya Ali Hava-Desant Komandirləri Məktəbinin kursantı olub.

          Vətənə qırmızı diplom və leytenant rütbəsi ilə qayıdan Ramiz 1996-cı ildən Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb. Rusiya, Türkiyə, Almanya, ABŞ-da keçirilən hərbi təlimlərdə ölkəmizi layiqincə təmsil edib. Peşəkar zabitimiz ingilis, alman, rus dillərində də sərbəst danışırdı. O, 2016-cı ilin aprel döyüşlərində fəal iştirak etmiş, orduda qüsursuz, nümunəvi xidmətlərinə görə dəfələrlə mükafatlara layiq görülmüşdür.

          Döyüş zamanı hücuma keçərkən Ramiz heç vaxt “İrəli!” əmrini verməzdi. Həmişə birinci özü tabeliyindəkilərin önünə çıxıb “Ardımca!” deyə əmr edərdi. Qartal kimi düşmənin üzərinə şığıyar, şəxsi şücaəti ilə əsgərlərini də qələbəyə ruhlandırardı. Bu qəhrəmanlıqlarına görə səngər yoldaşları ona “Qara qartal” ləqəbi vermişdilər. Bu ad Ramizin özünün də xoşuna gəlmişdi və yeri gələndə: “Mən polkovnik-leytenantam, amma ən böyük titulum silahdaşlarımın mənə verdiyi qartal rütbəsidir” deyərək igidlərində ruh yüksəkliyini daha da artırardı.

          Ramiz Cəfərov 1998-ci ildə Sitarə xanımla ailə qurub. Bir oğul, dörd qız dünyaya gətiriblər. Qayğıkeş ata 2020- ci ilin sentyabrında həyat yoldaşı, uşaqları ilə görüşüb-sağollaşaraq hərbi hissəyə yollanıb. Ordumuzun əks-hücum əməliyyatı zamanı hərbi hissə komandirinin müavini kimi əsgərləri ilə birlikdə ən şiddətli döyüşlərdə iştirak edib. Oktyabrın sonunda ailəsi ilə axırıncı dəfə telefon əlaqəsi saxlayaraq bir həftə zəng edə bilməyəcəyini deyib. Sonuncu dəfə Şuşa ətrafından danışarkən oğlu Nurlana söz verib ki, “Az qalıb, oğlum! Şuşa bizimdir! İnşallah, qayıdacağam və səninlə balıq ovuna gedəcəyik...”

          Şuşa şəhəri uğrunda döyüşlərdə qorxu bilməyən Ramiz və silahdaşları işğalçı ermənilərə ağır, sarsıdıcı zərbələr vurublar. Gözlənilməyən istiqamətdən qəfil yaxalanan düşmən xeyli canlı qüvvəsini və texnikasını itirib.

          Çətin relyefli Şuşanı igid döyüşçülərimiz azad etdilər. Lakin bu tarixi uğur heç də qurbansız başa gəlmədi. Neçə-neçə cəsur, qorxmaz əsgər və zabitimiz illər uzunu həsrətlə gözlədiyi arzusuna çatsa da, qanlı savaşda mərdliklə vuruşaraq şəhid oldu. Bütün müharibə boyu düşmənə qan udduran Ramiz də canını Vətənə qurban verənlərin arasında idi.

          Ramiz Cəfərovun hərbçi həyatı, döyüş yolu 2020-ci il noyabrın 6-a keçən gecə Şuşa ətrafında başa çatsa da, mərd, qorxmaz zabitimiz qəlbimizdə özünə əbədi heykəl qoydu. Şəhidimiz noyabr ayının 11-də Bakıdakı ikinci Fəxri Xiyabanda böyük izdiham, sonsuz hörmət və ehtiramla torpağa tapşırıldı. Qanlı savaşda Ramiz Cəfərovun xidməti Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirildi və xüsusi təyinatlı polkovnik-leytenantımız ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adına layiq görüldü, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” döyüş medalları ilə təltif edildi.        

          Ömrünün 46-cı payızında şəhidlik zirvəsinə ucalan cəsur zabitimiz Ramiz Cəfərovun hərbə həsr etdiyi 28 il hədər getmədi. Ramiz kimi oğulların şücaəti, fədakarlığı, dözümü, məharəti, inamı, əzmi, gücü-qüvvəti, Vətənə sonsuz məhəbbəti qarşısında düşmən tab gətirə bilməyib basıldı, bütün dünya ictimaiyyəti ermənilərin işğalçılıq siyasətinin rüsvayçı sonluğunu gördü.       Xalqımızın qəhrəman oğulları, müqəddəs ziyarətgaha çevrilmiş məzarınızda rahat uyuyun! Bu gün qartal kimi qıy vurub uçan ruhlarınız Şuşa dağlarında, Qarabağ səmasında gecə-gündüz keşik çəkir. Bu o deməkdir ki, o cənnət torpaqlarımız bir daha düşmən tapdağına çevrilməyəcək, təcavüzə cəhd edənlər kimliyindən asılı olmayaraq cavablarını alacaqlar!

           

    Pərvanə ZİYADOVA,
    yazıçı-publisist.








    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    2. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    3. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    4. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    5. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    6. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    7. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    8. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    9. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    10. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    11. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    12. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    13. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    14. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    15. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    16. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    18. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    19. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    20. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    21. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    22. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    23. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    24. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    25. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    26. 11:15 DİQQƏT! DİQQƏT!
    27. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    28. 13:51 Masallı rayonunun 95-ci ili
    29. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    30. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    31. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    32. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    33. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    34. 15:25 MASALLI RAYONUNUN SOSİAL İQTİSADİ İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ AÇIQLANMIŞDIR - STATİSTİKA
    35. 07:36 Boradigah qəsəbəsində şəhid ailəsi üçün təmir edilən evə baxış keçirilib
    36. 07:35 Rayon rəhbəri Boradigah qəsəbəsində görülən işlərlə tanış oldu
    37. 11:53 Ana dilimiz tarixdən gələn səsimizdir
    38. 23:30 Ana dilimiz tarixdən gələn səsimiz, gələcəyə gedən yolumuzdur
    39. 16:27 Rayon rəhbəri xəstəxanada şəhid ailəsini ziyarət etdi-01.08.2025
    40. 23:30 Prezident İlham Əliyev Azərbaycan dili haqqında
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ