• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri İkinci Dünya müharibəsi veteranı Fatma Səttarovaya

    Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri İkinci Dünya müharibəsi veteranı Fatma Səttarovaya

    Hörmətli Fatma xanım,

    Əlamətdar yubileyiniz – anadan olmağınızın 100 illiyi münasibətilə Sizi ürəkdən təbrik edirəm.
    Siz şərəfli ömür yolu keçərək bütün həyat və fəaliyyətinizi doğma Vətəninizə xidmətə həsr etmiş, İkinci Dünya müharibəsi illərində yenilməz iradə və qətiyyət nümayiş etdirmisiniz.

    Cəbhəyə könüllü yollanaraq Leninqrad şəhərinin mühasirəsi zamanı və Moskva ətrafında gedən döyüşlərdə fəal iştirakınız fədakarlıq və şücaətin bariz nümunəsi idi. Xalqımızın məhz Sizin kimi yüz minlərlə mərd övladlarının cəsarəti, igidliyi, əzmkarlığı sayəsində Azərbaycanın adı faşizmə qarşı mübarizənin ön cərgəsində yer almış dövlətlər sırasındadır.

    Sonrakı dövrlərdə Siz ölkəmizin ictimai həyatında yaxından iştirak etmiş, gənclərin vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinə, layiqli vətəndaşlar kimi yetişməsinə töhfə vermisiniz. 44 günlük Vətən müharibəsi zamanı təmsil etdiyiniz Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı dövlətimizin, ordumuzun yanında olmuş, qazilərimizə, şəhid ailələrimizə mənəvi dəstək vermiş, diqqət və qayğı göstərmişdir.

    Hörmətli Fatma xanım,
    Sizin həyat və mübarizə yolunuz Vətənə, xalqa sədaqət və ləyaqətlə xidmət nümunəsi, gənclərə və gələcək nəsillərə örnəkdir.
    Belə bir xoş gündə Sizə bir daha ən səmimi təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik və fəaliyyətinizdə uğurlar arzulayıram.

    Hörmətlə,
    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti


    Bakı şəhəri, 24 yanvar 2022-ci il


    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    2. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    3. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    5. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    6. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    7. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    8. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    9. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    10. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    11. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    12. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    13. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    14. 11:15 DİQQƏT! DİQQƏT!
    15. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    16. 13:51 Masallı rayonunun 95-ci ili
    17. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    18. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    19. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    20. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    21. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    22. 15:25 MASALLI RAYONUNUN SOSİAL İQTİSADİ İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ AÇIQLANMIŞDIR - STATİSTİKA
    23. 07:36 Boradigah qəsəbəsində şəhid ailəsi üçün təmir edilən evə baxış keçirilib
    24. 07:35 Rayon rəhbəri Boradigah qəsəbəsində görülən işlərlə tanış oldu
    25. 11:53 Ana dilimiz tarixdən gələn səsimizdir
    26. 23:30 Ana dilimiz tarixdən gələn səsimiz, gələcəyə gedən yolumuzdur
    27. 16:27 Rayon rəhbəri xəstəxanada şəhid ailəsini ziyarət etdi-01.08.2025
    28. 23:30 Prezident İlham Əliyev Azərbaycan dili haqqında
    29. 18:43 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 15-31 iyul 2025-ci il
    30. 18:41 Masallının yollarında təmir işləri davam etdirilir 15-31 iyul 2025
    31. 18:38 Masallıda 15-31 iyul 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    32. 18:09 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 iyul 2025
    33. 11:43 Rayonun Kolatan-Xanalıyan avtomobil yolu bərpa edilir
    34. 11:24 Masallıda rayon rəhbərinin şəhidlərə diqqəti 30.07.2025
    35. 11:22 Masallıda rayon rəhbərinin 31 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    36. 16:37 Dil - insanları birləşdirən ünsiyyət vasitəsidir
    37. 15:46 Masallı DAİM-də dəyirmi masa
    38. 16:17 Masallıda kartofçuluq və taxılçılıqla bağlı müşavirə
    39. 17:53 Rayonun Çayqıraq kəndinin yolu təmir edilir
    40. 17:50 Masallıda şəhid Sübhan Həsənovun doğum günü anılıb
    «    Avqust 2025    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    DÜNYA XƏBƏRLƏRİ