Ağacəkmə aksiyası keçiriləcək
- 23-02-2022, 11:37
- Maraqlı
- 0
- 400
Masallı Yaşıllaşdırma Müəssisəsinin kollektivi fevralın 25-də Xocalı faciəsinin 30 illiyi ilə əlaqədar ağacəkmə aksiyası keçirəcək.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin əməkdaşı Həsənağa Əliyev xəbər verir ki, növbəti aksiya zamanı Göyəçöl kəndində, yolların kənarında 300 ədəd şam tingi əkiləcək, Hüseynhacılı və Musaküçə dairələrində səliqə-sahman yaradılacaq.
www.yeniheyet.az