• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » BAŞ REDAKTORDAN - Yaz qayğıları ilə yaşasaq...

    BAŞ REDAKTORDAN - Yaz qayğıları ilə yaşasaq...


    Bu da qışın son günləri. Qarlı, şaxtalı, çovğunlu günlər görməsək də qışın özünəməxsus çətinlikləri olur. Bu fəslin ruhuna uyğyn çətinliklər adamları narahat edir. Hamı qışa məxsus qrip və soyuqdəymədən özünü qorumaq istəsə də buna tam nail ola bilmədi. Çünki qış özünü göstərməlidir. Həyatın başqa sahələrində də qış adamları sınağa çəkir.

    Şəhər, qəsəbə və kəndlərdəki quruculuq, səliqə-sahman işlərinə bəzən əlverişsiz hava şəraiti mane olurdu. İşığın və bəzən qazın dayanıqlığı pozulurdu.

    Ən nəhayət təsərrüfatlarda bu çətinliklər özünü daha bariz göstərir.Pandemiyanın tüğyan etdiyi son iki ildə iqtisadiyyatımıza az ziyan dəyməyib. Bunun nəticəsidir ki, son vaxtlar ərzaq qıtlığı ilə yanaşı bahaçılıq da həyatımızın reallığına dönüb. Çörəkdən tutub kartof, soğan və başqa ərzağa kimi bahaçılıq girdabına düşüb.

    Neçə illər yerində sayan ətin də qiyməti bahalaşdı. Bütün bunlar nədən xəbər verir? Qlobal bahalaşma dünyanın hər yerində tüğyan etsə də görüb eşitdiklərimizdən belə nəticə çıxır ki, buna görə narahat olan azdır. Dövlət bu problemlərin həlli üçün narahat olur, tədbirlər həyata keçirir. Subsidiyalar ayrılır, bəzi sahələri vergilərdən azad edir ki, bahalaşma və qida qıtlığına kömək olsun.

    Bu gün bazarda adi toyuq dəni üçün yarayan buğda və arpanın qiyməti 60-70 qəpik civarındadır. Bir az babat buğda az qala 1 manata çatsın. Belə olduqda bu əkinlərə niyə geniş  meydan verilmir?

    Rayonda  taxıl sahəsinə lazımi aqrotexniki qayğı olmadığından  əkinlərin orta məhsuldarlığı yüksək olmur.

    Çayçılığın aqibəti də qaranlıq görünür.

    Sovetlər dönəmində məhv edilmiş 3500  hektardan çox çay plantasiyasının bərpası 30 ilə yaxın bir müddətdə qarışqa yerişi ilə irəliləyib. Bu dövrdə 110 hektara yaxın plantasiya salınıb ki, bunun da 100 hektarı Azərsun Holdinq şirkətinin payına düşür.

    Bu haqda düşünəndə  2016 -cı ildə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Lənkərandakı  müşavirədə çayçılığın, çəltikçiliyin, sitrusçuluğun inkişafı barədə  göstəriş, tövsiyə və sərəncamı yada düşür.  Bu sərəncamda çayçılığın inkişafı üçün subsidiyaların verilməsi, texnika və gübrələrin alınmasında dövlətin dəstəyi qeyd olunurdu. O vaxtdan Kolatanda 1-2, Mahmudavarda 5, Tüklədə 10 hektara yaxın çay plantasiyası salınıb, bir neçə hektar da sitrus bağı. Çəltikçilik isə yerində sayır. Halbuki bazar və marketlərdə Astara, Lənkəran düyüsü əldən-ələ gəzir. Çayları da hakaza.

    Yuxarıda payız-qış aylarında quruculuq işlərinin səngidiyini qeyd etdik. Son 4-5 ayda şəhərdə onlarca küçədə abadlıq  işləri həyata keçirildi və bu gün də davam edir.

    Kəndlərdə isə bu işlərin önündə yolların təmiri durur.  Demək olar ki, sakinlərin, xeyriyyəçilərin dəstəyi ilə kəndlərimizin əksəriyyətində yollara daş, qum, qırma daş tökülərək təmir olunur.  Bəzi kəndlərdə isə küçələrə asfalt da döşənib.

    Qarşıdan isə yaz gəlir. Bu fəslin xoş ovqatı bizi yaşamağa, qurub-yaratmağa çağırır. Külli-aləm dəyişir, oyanır, gözəlləşir. Bu gün meşələrimizə, dağlara getsək kövrək bənövşələrin çiçəkləri runumuza yeni nəfəs gələcək, ətrindən xoş duyğulara könül verəcəyik. Yurdumuza baharın gəlişi xalqımıza xoş ab-hava bəxş edir. Qarabağımız – doğma yurdumuzun azad olması hamımıza xoş ovqat paylayır. Erməni vandallarının yerlə yeksan etdikləri kənd və şəhərlərimiz sürətlə qurulur.

    “Şuşa ili”ndə bu quruculuq daha da sürətlənəcək.

    Biz də öz növbəmizdə yaşadığımız rayonda qüvvələrimizi səfərbər edib quruculuq işlərinə rəvac verməli, yollarımızı insanların rahat gediş-gəlişi üçün hazırlamalı, əkin-biçinə gedən yolda yaşıl işıq yandırmalıyıq.

    İlk növbədə taxıl zəmilərində aqrotexniki tədbirlər vaxtında həyata keçirilməlidir.  Sahələr yaz yağışlarının durğun sularından, ziyanvericilərdən qorunmalıdır.  Gübrəsi verilməli, alağa qarşı mübarizə aparılmalıdır.

    Tərəvəzçilik rayona xeyir verən sahədir. Sovetlər dönəmində dövlətə 100 min tondan artıq tərəvəz  məhsulları satan Masallıya bu gün Cəlilabaddan, Sabirabaddan, Xaçmazdan, Biləsuvardan  kələm, pomidor, xiyar, boranı gətirirlər. Hələ soğan, sarımsaq, noxud, lərgə, mərciməyi demirik. Bu tərəvəz və ərzaq yeməklərin bazarlarımızda bolluğu öz istehsalımızla təmin edilməlidir.

    Çəltikçiliyə də diqqət artırılmalıdır. Masallı düyüsünün şöhrətini qaytarmalıyıq.

    Yaz həm də çay sahələrinin genişləndirilməsi üçün qiymətli məqamdır. Bu sahənin ləng bərpası  da rayonda çayçılığın inkişafını gecikdirir. Çayçılığın inkişafı üçün rayonda bir neçə min hektar yaralı torpaq var.  Masallı çayının keyfiyyəti isə hamıya məlumdur. Odur ki, yaz çay əkini üçün çox münasib vaxtdır. Üstəlik çay plantasiyalarının becərilməsi vaxtında aparılmalı, çox mühüm tədbir olan suvarmaya hazırlıq işləri görülməlidir.

    Kartofçuluğun da rayonumuzun iqtisadiyyatındakı rolu danılmazdır. Kartof əsasən rayonun Təklə, Ləngan, Təzə Alvadı, Köhnə Alvadı, Əhmədli, Sığıncaq kəndlərində əkilir. Hər il rayonda 1000 hektar a yaxın sahədə  kartof əkilsə də əldə edilən məhsul alıcıları təmin etmir. Yenə də bazar-dükanlarda İran, Rusiya, Türkiyədən gətirilən kartof çoxluq təşkil edir. Üstəlik gətirilən məhsulun keyfiyyəti də istənilən halda olmur.

     

    Çiyələkçilik  son illər fermerlərin diqqət yetirdikləri sahədir. Çox məhsuldardır. Hektardan 40-80 ton məhsul yığmağa imkan verir, bazarı da, necə deyərlər, başının üstündədir. Yaxşı olar ki, çiyələyin emalı ilə əlaqədar mini sexlər yaradılsın ki, burada kompot, mürəbbə və s. hazırlansın.

    Heyvandarlıq, baramaçılıq, tütünçülüyə də diqqət yetirilməlidir.  Ölkədə böyük  heyvandarlıq rayonlarından olan Masallıda 75 min başa qədər iri buynuzlu mal-qara  mövcuddur ki, zoobaytar işçiləri  bu qədər heyvanın peyvənd işlərini vaxtlı-vaxtında həyata keçirilməlidir.

    Qış aylarında  işıq, qaz və rabitə xəttlərində paxırlar üzə çıxır. Bu sahədə də əsaslı tədbirlər həyata keçirməlidirlər.

    Bu il bəzi çətinliklərə baxmayaraq energetiklərimiz bir sira kəndlərdə Smarkart tipli sayğaclar quraşdırıblar. Bu da köhnə elektrik xətlərinin yeni kabellərlə dəyişdirilməsini reallaşdırır. Bir sıra ərazilərdə bu mühüm tədbir artıq həyata keçirilib. Köhnə transformatorların yenisi ilə əvəz olunması da davam etdirilir.

    Yaşıllıq rayonumuzun əvəzedilməz libasıdır. RİH başçısı cəınab Şahin Məmmədovun Masallıda  həyata keçirdiyi quruculuq, səliqə-sahman işlərindən ən təqdiredicisi yaşıllıqsalma aksiyasıdır. Yollar kənarındakı idarə və müəssisələrin həyətində minlərlə tut, şam, küknar, Xan çinar əkilmişdir. Əkilənlərə bəzi ərazilərdə qulluq göstərilmir. Yaşıl tinglər mühafizə olunmur, suvarılmır. Şübhəsiz, yaxın günlərdə aksiyalar  rayonun bütün ərazilərində canlanacaq.

    Novruz səliqə-sahman, quruculuq bayramıdır. Bayrama kimi şəhərin küçə və meydanlarında, kəndlərdə isə yolların kənarında bu təmizlik işləri həyata keçiriləcək. Rayonumuz yeni donda bayramı qarşılayacaq. Yaz aylarında ən mühüm tədbirlərin həyata keçirilməsinə hamılıqla qoşulaq.



    Əlihüseyn ŞÜKÜROV.



    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    2. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    3. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    4. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    5. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    6. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    7. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    8. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    9. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    10. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    11. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    12. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    13. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    14. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    15. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    16. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    18. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    19. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    20. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    21. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    22. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    23. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    24. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    25. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    26. 11:15 DİQQƏT! DİQQƏT!
    27. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    28. 13:51 Masallı rayonunun 95-ci ili
    29. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    30. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    31. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    32. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    33. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    34. 15:25 MASALLI RAYONUNUN SOSİAL İQTİSADİ İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ AÇIQLANMIŞDIR - STATİSTİKA
    35. 07:36 Boradigah qəsəbəsində şəhid ailəsi üçün təmir edilən evə baxış keçirilib
    36. 07:35 Rayon rəhbəri Boradigah qəsəbəsində görülən işlərlə tanış oldu
    37. 11:53 Ana dilimiz tarixdən gələn səsimizdir
    38. 23:30 Ana dilimiz tarixdən gələn səsimiz, gələcəyə gedən yolumuzdur
    39. 16:27 Rayon rəhbəri xəstəxanada şəhid ailəsini ziyarət etdi-01.08.2025
    40. 23:30 Prezident İlham Əliyev Azərbaycan dili haqqında
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ