Güclü külək Lənkəran və Masallıda fəsadlar törədib
- 4-03-2022, 18:26
- Maraqlı
- 0
- 325
Güclü külək Lənkəran və Masallıda fəsadlara səbəb olub.
Gecə saatlarından başlayan güclü küləyin əsməsi nəticəsində Boradigah-Lənkəran avtomobil yolunun Lənkəranın Cil, Şağlaser və Separadi kəndlərindən keçən hissəsində 10-yaxın iri gövdəli şam ağacı yıxılaraq yola aşıb.
Nəticədə avtomobil yolu nəqliyyatın hərəkəti üçün bir neçə saat bağlı olub. Sakinlərin köməyi ilə şam ağacları yoldan götürülərək təmizlənib və hərəkət bərpa edilib. İki ağacın aşması səbəbindən Lənkəranın Separadi kənd sakininin yaşadığı evin dam örtüyünə ziyan dəyib.
Masallıda isə Qızılavar kənd sakininə məxsus çəpər aşıb. Güclü külək rabitə xətlərinə də qismən ziyan vurub, fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.
www.yeniheyet.az