• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Beynəlxalq konfrans

    Beynəlxalq konfrans


    Dünən, 4 aprel 2022-ci il tarixdə Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyasının aparıcı vətəndaş cəmiyyəti təşkilatı olan “Sağlamlığa Xidmət” İctimai Birliyi Yaponiyanın “Fujifilm” və “Araş” medikal şirkətlərinin baş sponsorluğu, Yaponiyanın Azərbaycandakı səfirliyinin və “Stop vərəm” tərəfdaşlığının dəstəyi ilə Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunmuş beynəlxalq konfrans keçirib.
    Konfrans Yaponiyanın Azərbaycandakı səfirliyinin açılmasının 30 illiyi ilə əlaqədar elan edilmiş “Azərbaycan-Yaponiya dostluq ili - 2022” çərçivəsində Azərbaycanda silsilə tədbirlər sırasına daxildir.

    Onun məqsədlərindən biri də Yaponiya ilə Azərbaycan arasında vərəm/COVID-19-a cavab tədbirlərinə yönəlmiş əməkdaşlıq müstəvisində, Yaponiyanın ən yeni vərəm diaqnostik texnologiyalarının vasitəsilə əlçatmaz ərazilərdə yaşayan insanlar üçün vərəmin aşkarlanmasını mümkün edən və onların sayəsində əldə olunan uğurları işıqlandırmaqdan ibarətdir.

    Konfransda vərəmlə mübarizə üzrə yerli və beynəlxalq ekspertlər, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, parlament üzvləri, nazirlik və digər qurumların nümayəndələri iştirak ediblər. “Stop vərəm” tərəfdaşlığının icraçı direktoru Luçika Ditiu, Türkiyə, Gürcüstan və İsveçrədən dəvət edilmiş vərəmlə mübarizə qurumlarının nümayəndələri də konfransın iştirakçıları arasında olublar.
    Açılış mərasimində Milli Məclisin Səhiyyə komitəsinin üzvləri Sədaqət Vəliyeva, Soltan Məmmədov, Məlahət İbrahimqızı, Kamilə Əliyeva, səhiyyə nazirinin müavini Nadir Zeynalov, ÜST-ün ölkəmizdəki nümayəndəsi Hade Harmançı, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva, Ədliyyə Nazirliyi Tibbi Baş İdarəsinin rəisi Rəfail Mehdiyev, Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada, “Stop vərəm” Partnyorluğunun icraçı direktoru Lucica Ditiu və başqaları çıxış ediblər.

    Konfransda Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, professor Həqiqət Qədirova, ÜST-ün İctimai səhiyyə üzrə mütəxəssisi Elturan İsmayılov, Ölkə Əlaqələndirmə Komissiyasının Maliyyə və Proqram üzrə meneceri Aytən Hüseynova, Azərbaycan Vərəm Əleyhinə QHT Koalisiyasının rəhbəri, “Sağlamlığa Xidmət” QHT-nin direktoru Elçin Muxtarlı təqdimatla çıxış ediblər.
    Qeyd olunub ki, hər il dünyada 10 milyon nəfər vərəm xəstəliyinə yoluxur və hər dəqiqədə 3 nəfər onun qurbanına çevrilir. Təəssüf ki, son illərdə vərəm xəstəliyindən ölənlərin sayında artım müşahidə olunur. Belə ki, ötən il 1,5 milyon nəfər vərəm xəstəsi vəfat edib. Azərbaycanda vərəmə yoluxanlar arasında prioritet 18-29 yaşında olanlara məxsusdur. Vərəm xəstələrinin 66 faizini kişilər, 33 faizini isə qadınlar təşkil edir. Keçən il ümumilikdə risk qrupuna aid olan 1439 nəfərin müayinəsi aparılıb. Son illər vərəmlə mübarizədə vəziyyət bu sahədə də onun qarşısını almaq üçün hamılıqla mübarizənin aparılmasını zəruri edir.

    Azərbaycan QHT Koalisiyasının vərəmlə mübarizə sahəsindəki fəaliyyət və mübarizəsini əks etdirən videoçarxlar nümayiş olunub.
    Qeyd edeək ki, Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyasının aparıcı vətəndaş cəmiyyəti təşkilatı olan “Sağlamlığa Xidmət” İctimai Birliyi Yaponiyanın “Fujifilm” və “Araş” medikal şirkətlərinin baş sponsorluğu, Yaponiyanın Azərbaycandakı səfirliyinin və “Stop vərəm” tərəfdaşlığının dəstəyi ilə Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunmuş beynəlxalq konfransda Masallı Vərəm Əleyhinə Xəstəxanasının baş həkimi Mirrəhim Nəbiyev də iştirak edib.


    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    7. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    8. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    10. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    11. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    12. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    13. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    14. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    15. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    16. 12:28 Vətənə xidmətdə keçən ömür
    17. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    18. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    19. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    24. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    26. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    27. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    28. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    29. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    30. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    31. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    32. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    33. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    34. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    36. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    37. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    38. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    39. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ