• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda ideoloji-maarifləndirici tədbir

    Masallıda ideoloji-maarifləndirici tədbir


    09 aprel 2022-ci il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzinin konfrans zalında Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə yaradılan təbliğat qrupu tərəfindən Müzəffər Ali Baş Komandan, xalq-ordu birliyi, Vətən müharibəsi Zəfəri, azərbaycançılıq, dövlətçilik, gənclərdə Vətənə məhəbbət hisslərinin artırılması və dövlətin müsbət imicinin təbliği mövzusuna həsr edilmiş, ideoloji-maarifləndirici tədbiri keçirilmişdir.

    Tədbiri Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova açmışdır.

    Tədbirdə bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

    Sonra məruzə etmək üçün söz Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyevə verilmişdir. Natiq geniş nitqində 44 günlük Vətən müharibəsinin qəhrəmanlıq tarixi olduğunu vurğulamışdır. S.Əliev bildirmişdir ki, hələ ötən əsrin 70-80-ci illərində Azərbaycana rəhbərliyi dövründə Heydər Əliyevin böyük diqqət və qayğısı ilə keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərində yerləşən 170-dən çox məşhur ali məktəbdə respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən 250-dən çox nadir ixtisas üzrə 15 mindən çox azərbaycanlı gəncin mükəmməl ali təhsil almasına şərait yaradılmışdır. Ulu Öndər həmin gəncləri “Azərbaycanın milli sərvəti”  adlandırırdı. İftixar etməli haldır ki, Ulu Öndərin gənclər siyasəti sahəsində cahanşümul əməlləri bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Azərbaycan Prezidenti, YAP-ın sədri cənab İlham Əliyevin təhsil və gənclər siyasətinin əsasında “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik” kimi konseptual baxışı durur. Dövlət başçısının son illərdə təsdiq etdiyi Azərbaycan gəncliyi ilə bağlı bir neçə dövlət proqramı da məhz bu konseptual yanaşmanın reallaşmasına xidmət edir. Bu, bir həqiqətdir ki, dövlət başçısının böyük uğurla gerçəkləşdirdiyi gənclər siyasəti gənclər arasında vətənpərvərlik ruhunun yüksəlməsinə, gənclərin vətənçilik, dövlətçilik, azərbaycançılıq ideyaları əsasında əsl vətənpərvər kimi yetişmələrinə imkan yaratmışdır. Son illərdə dövlət idarəçiliyinə gənclərin daha aktiv şəkildə irəli çəkilməsi də onlarda dövlətçiliyə sədaqətlə xidmət etmək, müasir dünyanın qlobal çağırışlarına cavab verən rəqabətqabiliyyətli peşəkar şəxsiyyət kimi yetişmələrinə geniş imkanlar yaradır. Nəticədə bu proseslər bütövlükdə yetişməkdə olan gənc nəsildə vətənpərvərlik ruhunun formalaşmasına yardım edir.

    -Vətənpərvərlik nədir? Vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə, orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik! Vətənpərvər gənclər yetişdirilməsi təkcə təhsil müəssisələrinin işi ilə bitmir. İlkin olaraq, ailədən başlayan bu tərbiyəvi iş təhsil müəssisələrində davam etdirilir, bütün cəmiyyətin, onun hər bir üzvünün əməlindəki müsbət nümunələrlə yetkinləşir, deyə S.Əliyev, dahi rəhbər, Ümummilli Lider Heydər Əliyevin sözlərini tədbir iştirakçılarına çatdırdı.
    Məruzə ətrafında çıxışlarda şəhidlər anası Ziba Əsgərova, «Masallı ziyalıları» İctimai Birliyinin sədrı, «Tərəqqi» medallı Qardaç Fətullayev, şəhid atası Teymur Hüseynov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Masallı rayon təşkilatının sədri Məmmədağa Şiriyev, «Azinfo.az» xəbər portalının rəhbəri Rauf Cəbiyev və başqaları çıxış edərək bir daha bildirmişlər ki, müharibələrdə böyük qələbələrin əsasında duran ən başlıca amil xalq-dövlət-ordu birliyinin sarsılmaz vəhdətinin təmin olunmasıdır. İkinci Qarabağ müharibəsi dünya azərbaycanlılarının birliyinin sarsılmazlığını, xalqımızın Vətən torpaqlarının azad edilməsi naminə “Dəmir yumruq” kimi birləşdiyini nümayiş etdirdi. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin apardığı çirkin kampaniyalara qarşı fədakarlıqla fəaliyyət göstərirdilər. Müharibənin gedişində xalq-dövlət-ordu birliyi daha da möhkəmləndi. Azərbaycanın bütün vətəndaşları etnik, sosial, dini baxımdan bütövlük nümayiş etdirdi, ön və arxa cəbhədə mükəmməl birlik yarandı. Dövlətimizin başçısının yüksək siyasi məharəti sayəsində diplomatik cəbhədə də böyük uğurlar qazanıldı. Prezident İlham Əliyev müharibə dövründə dünyanın ən böyük media qurumlarına 30-dan çox müsahibə verdi, münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı. Bir sıra beynəlxalq təşkilatlar və Azərbaycana dost ölkələr ədalətli mübarizəmizdə ölkəmizə böyük dəstək verdilər. Bu sırada Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, qardaş Türkiyə, eləcə də Pakistan, İsrail, Ukrayna və digər ölkələrin adını çəkmək olar. Qoşulmama Hərəkatına üzv ölkələrin nümayiş etdirdikləri prinsipial mövqe sayəsində Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasında ölkəmizin mənafeyinə zidd olan qətnamə layihəsinin qəbul edilməsinin qarşısı alındı. Azərbaycan Prezidenti cənab İlham Əliyev çıxışlarının birində deyib ki, biz sübut etdik ki, biz böyük xalqıq. Biz sübut etdik ki, biz həmrəylik göstəririk, birlik göstəririk və bu birlik onsuz da cəmiyyətdə var idi. Ancaq bu zəfərdən sonra bu, daha da yüksək səviyyəyə qalxdı. Bu birlik bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq, məcburi köçkünlərimizi o yerlərə maksimum qısa müddət ərzində qaytaraq. Qarabağ bölgəsi, gözəl tarixi diyarımız sanki yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl güşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcəkdir.Son vaxtlar bir çox xarici ölkə nümayəndələrinin Azərbaycana səfəri, ABŞ prezidenti C.Baydenin Novruz bayramı ilə əlaqədar  cənab İlham Əliyevə təbrik məktubu və digər hadisələr buna parlaq misaldır.

    Qeyd edilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı və Silahlı Qüvvələri Ermənistanın təxribatlarına cavab olaraq respublikamızın ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın işğaldan azad olunması uğrunda müqəddəs savaşa qalxaraq 44 gün ərzində düşmənin dərsini layiqincə verdi, ona dəmir yumruğunun gücünü göstərdi. Bu, Azərbaycanın işğal olunmuş tarixi torpaqlarının son iki yüz il ərzində ilk dəfə güc yolu ilə azad edilməsinin bariz nümunəsidir.

    Tədbiri Aybəniz Qafarova yekunlaşdırmışdır.

    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    2. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    3. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    4. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    5. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    6. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    7. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    8. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    9. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    10. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    11. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    12. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    13. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    14. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    15. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    16. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    18. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    19. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    20. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    21. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    22. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    23. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    24. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    25. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    26. 11:15 DİQQƏT! DİQQƏT!
    27. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    28. 13:51 Masallı rayonunun 95-ci ili
    29. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    30. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    31. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    32. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    33. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    34. 15:25 MASALLI RAYONUNUN SOSİAL İQTİSADİ İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ AÇIQLANMIŞDIR - STATİSTİKA
    35. 07:36 Boradigah qəsəbəsində şəhid ailəsi üçün təmir edilən evə baxış keçirilib
    36. 07:35 Rayon rəhbəri Boradigah qəsəbəsində görülən işlərlə tanış oldu
    37. 11:53 Ana dilimiz tarixdən gələn səsimizdir
    38. 23:30 Ana dilimiz tarixdən gələn səsimiz, gələcəyə gedən yolumuzdur
    39. 16:27 Rayon rəhbəri xəstəxanada şəhid ailəsini ziyarət etdi-01.08.2025
    40. 23:30 Prezident İlham Əliyev Azərbaycan dili haqqında
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ