• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Tanış olun, Masallıdandır...

    Tanış olun, Masallıdandır...


    Bəzi adamları çox az-az görəndə “Novruz şəkərburasına dönmüsən, az-az görünürsən, Kosa kimi, Şaxta baba kimi ildə bir dəfə gəlirsən” deyirsən. Ömrünü sənət yolunda şam kimi əritmiş bu aktyor sözün həqiqi mənasında Kosa kimi ildə bir dəfə görünür, baharda daha çox yada düşür, itirilib-axtarılır. O, Novruz bayramlarının əvəzolunmaz Kosası, uşaqların sevimli Sim-sim Lələsidir. Qonağımız aktyor Adışirin Bağırovdur. Bu il yenə özünəməxsus şəkildə Novruz bayramına hazırlaşır - Kosa olmağa. Biz də Novruz ərəfəsində Kosanı danışdırmaq, dərdi-sərini öyrənmək istədik.

    Adışirin Bağırov ömrünü böyük iqtisadi məhdudiyyətlər içində keçirib. Uşaqlıqdan aktyorluğa marağı olub. Göz açıb, böyüdüyü Masallı rayonunda 10-11 yaşından Kosa rolunu öz öhdəsinə götürüb. Bax, belə-belə Kosa əlbisəsi əyninə, Kosa obrazı da taleyinə biçilib.
    “Hər il Novruz bayramı ərəfəsində saqqal saxlayıram. Uşaqlar Kosanın saqqalını dartışdırır, maraq göstərirlər. İstəyirəm təbii olsun. İstəmirəm onlara yalançı Kosa təsiri bağışlayım. Milli adətlərimizi uşaqlara təlqin etmək istəyirəm. Qışda Şaxta baba, baharda Kosa oluram uşaqlar üçün. Bəzən onları Şaxta baba kimi də təbrik edirəm. Hədiyyələrdən, əlim çatan meyvə, konfet verəndə, birdən deyirlər, ay baba, bizə Şaxta baba gəlmişdi, o, sən deyildin? Deyirəm, yox, o, həqiqi Şaxta baba idi, sizə sovqat gətirmişdi”.
    Adışirin Bağırov deyir ki, küçədə ona Sim-sim Lələ, Kosa deyəndə xoşuna gəlir, “Obrazlarımla yadda qalmağı bacarmışam demək ki. Qədim ənənələri yaşadıramsa, bunun nəyi pisdir”.

    “Əslində, çoxları Kosanı doğru anlamır. Keçmişdə kənd yerlərində Kosa rolunu hər il eyni adam canlandırırdı. O camaata torpağın şum, suvarılma, əkin-biçin vaxtını, çərşənbələrin dəqiq gününü xəbər verərdi. Pay toplamaq işinə də bircə o baxardı. Kosa camaatı bayram əhvalına kökləyən şəxs idi. Papaq atmalar, qapı-qapı gəzib pay toplamalar sonradan çıxdı. İndi hərə əlinə bir plastik torba alıb qapı-qapı gəzir. Bu, belə olmamaldır. Kosa ev-ev gəzib pay toplayar, kimin evində biş-düş olub-olmadığını bilərdi. Evində qazan asılmayanlar barədə kəndin ağsaqqalına xəbər verər, həmin adamlara da kənd camaatı, el yığışıb kömək edərdi. Bayram günlərində kənd meydanında “Fatma xanımın şəkərburası dadlıydı, Tükəz xala bayram şirnisi bişirməyib”, - deyə car çəkərdi. Bilərdilər ki, Tükəzin köməyə ehtiyacı var. Həm də bu yolla insanlar bəhsə düşər, kim daha dadlı bişirəcək, kim daha yaxşı bayram hazırlığı görəcək deyə yarışa çıxardılar. Biz bunu öyrənmişdik dədə-babalardan.

    Kosa-kosa oyununda kosa qışın, keçi isə yazın carçısıdır. Kosa uzun səfərə hazırlaşır, bununla mərasim iştirakçıları bilirlər ki, qış gedir, yaz gəlir. Mərasimdə Kosaya belə bir nəğmə oxunur:
    Mənim Kosam canlıdır
    Qolları mərcanlıdır,
    Kosama əl vurmayın,
    Kosam ikicanlıdır.

    “Kosam ikicanlıdır” ifadəsini bu mənada başa düşmək olar. Kosa - qış, yazı doğacağı üçün ikicanlıdır. Yaz qışdan doğulur. Qış istəsə də, istəməsə də bu “uşaq”- yazda doğulmalıdır.
    İllər ərzində xalq tamaşalarında Kosalar müəyyən improvizələr etməklə xeyli dəyişikliklər yaradıblar, bəlkə də obrazın məğzinə, mahiyyətinə dəyişiklik edilib. Bakıya gələndən sonra Adışirin Bağırov Kosaya sadiq qalıb. Yenə el şənliklərində xalq arasına çıxıb.
    “Bir dəfə dedilər hazırlaş, prezident Heydər Əliyevin iştirak edəcəyi bir bayram şənliyində sən Kosa olacaqsan. Hazırlaşdım. Həmin gün gəldim ki, məndən başqa 20 kosa var. Dedim niyə belə edirsiniz? Mən 1 aydır həyəcanla Onu görəcəyim günü gözləyirəm. Dedilər o kosalar fonoqram Kosalardır. Sən elektrik kəsilsə, canlı ifa edəcəksən. Həmin gün Prezidentə yaxınlaşa bilmədim, amma bircə mehriban baxışı mənə dünyanı bağışladı. O gün ömrümün ən xoşbəxt günü oldu. İndi yenə Kosa obrazını ifa edəcəyəm. Obrazımı müasirləşdirmişəm. Kosa bu il idmançı obrazındadır . Keçəl tapmaq isə çətindir. Hamısı başına tük əkdirib. Kosam da plastik əməliyyatdan çıxsa, qızlar dərdindən öləcək. Yəqin, bu il mütləq kimsə Kosaya aşiq olar”, - deyə zarafat edir.

    Kosa obrazının ifaçısının dediyinə görə, Kosayla Keçəl rollarına uyğun tamaşada dalaşdıqları kimi, səhnə arxasında da dalaşırlar. “Şəkərbura, paxlava üstündə ciddi söz-söhbət düşür. Pay düz bölünməyəndə siz Keçəllə Kosanın real dalaşmağını görəsiniz”.
    Elə Kosa obrazını ifa etmək üstündə də aktyorlar arasında ara-sıra kiçik toqquşmalar yaşanır. Epizodik rolların ifaçısı olaraq, sənətdə qalmaq heç asan deyil. Adışirin Bağırov uzun illər Kosa obrazı ilə yanaşı, uşaq proqramlarının iştirakçısı olub. Hətta uşaqlardan ayrılmamaq üçün “Sehirli güzgü” verilişinin xatirinə Gənc Tamaşaçılar teatrındakı işindən ayrılmalı olub.
    “AzTV məni uşaq verilişlərinə aparıcı kimi dəvət etdi. “Lay-lay”, “Kim yatmış, kim oyaq”, axırda da “Sehrli güzgü” verilişini mənə tapşırdılar. Orada Sim-sim Lələ obrazı ilə uşaqlara yaxın olmağa, onları maarifləndirməyə çalışdım. On, on beş il də həmin verilişin aparıcısı oldum. O verilişə o qədər ürəklə bağlanmışdım ki, toyumdan, yasımdan da olmuşdum. Bütün günü çəkilişlərdə olduğum üçün kənara çıxa bilmirdim. Sim-Sim Lələ obrazına xələl gəlməsin deyə toylara da getmirdim”.
    Aktyor uzun illər işsiz qalıb. Hətta dostları da ondan üz döndərib. “Nəvələrim məni mağazaya tərəf çəkəndə, pulum olmayanda utanırdım. Elə vaxtlar olub ki, işıq, qaz pulumu ödəyə bilməmişəm. Çox çətinik çəkmişəm. AzTV mənə iş verməklə ikinci həyat verdi”, - deyə o xatırlayır.

    Uzun müddət işsiz qaldıqdan sonra doğma AzTV ailəsi ona qucaq açıb, işlə təmin edib.
    “AzTV-nin rəhbərliyi, onun kollektivi sağ olsun. Onlar mənə elə bilin ki, ikinci həyat bəxş etdilər. Mənim üçün şərait, dolanışıq yaratdılar, arxa durdular. Öz övladları kimi sahib çıxdılar mənə, doğma insan kimi qarşıladılar. Allah hamısının, bu işə səbəbkar olan hər kəsin köməyi olsun”.

    Bir zamanlar uşaqlar “Əlifba”, “Kamillik” və s. kimi maarifləndirici proqramları maraqla izləyirdilər. Bu gün ekranlarımızda maraqlı uşaq verilişlərinin sayı azdır. Adışirin müəllim deyir ki, bu, əslində zamanın gətirdiyi dəyişiklikdir.
    “İndi uşaqlar istədikləri əyləncəni, cizgi filmini və ya hər hansı informasiyanı internet üzərindən ala bilirlər deyə, televiziya proqramlarına maraq ölüb. Ona görə gərək dövrün tələbinə uyğun layihə hazırlayasan. Belə bir layihə üzərində işləyirəm. Nə olduğunu hələ açıqlamayacağam. Pandemiyadan sonra reallaşdırmaq niyyətim var. Ümid edirəm, balalarımızın xoşuna gələr”.

    İndilik isə, Kosamız bayramlıqlarını hazırlayıb, həsrətlə İlaxır çərşənbəni, Novruzu gözləyir. Ömrümüzdən çoxlu gözəl baharlar keçsin, ruzimiz, bərəkətimiz aşib-daşsın ki, bu paylaşmaq, əl tutmaq bayramında Kosanın payı da bol olsun!


    İlhamə HƏKİMOĞLU.


    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    7. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    8. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    10. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    11. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    12. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    13. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    14. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    15. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    16. 12:28 Vətənə xidmətdə keçən ömür
    17. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    18. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    19. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    24. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    26. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    27. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    28. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    29. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    30. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    31. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    32. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    33. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    34. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    36. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    37. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    38. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    39. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ