Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar olunub
- 5-05-2022, 16:18
- Maraqlı
- 0
- 334
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Masallı rayonunun ərazisində keçirilən nəzarət tədbirləri zamanı rayonun Köhnə Alvadı kəndində kənd sakini Rəqib Vəlizadəyə məxsus ağac emalı sexində qanunsuz yolla əldə edilmiş 11,2 kubmetr həcmində işlik meşə materialı müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, işlik materialın haradan əldə olunmasının müəyyən edilməsi məqsədilə toplanmış sənədlər Masallı Rayon Polis Şöbəsinə göndərilib.
"Yeni həyat" qəzeti,
www.yeniheyet.az