• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Heydər Əliyevin xalqına və Vətəninə olan sonsuz sevgisi

    Heydər Əliyevin xalqına və Vətəninə olan sonsuz sevgisi


    Heydər Əliyevin xalqına və Vətəninə olan sonsuz sevgisi, düşünülmüş uzaqgörən siyasəti və rəhbərliyi sayəsində xalq tərəfindən Ümummilli Lider adını qazanmışdır

    Tarixi gerçəkliklərin müqayisəsi böyük şəxsiyyətlərin fəaliyyətinin ən düzgün qiymətləndirilməsində obyektiv istinad yeridir. Bu mənada Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan istisnasız olaraq daim problemlərin həllinə doğru irəliləyən, iqtisadi, sosial, humanitar və mədəni sahələrdə intibaha can atan, hər addımda insan və şəxsiyyət amilini uca tutan ölkə kimi görünür. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünün inkişaf salnaməsini gözlərimiz önündə canlandırsaq, istər-istəməz bu qənaəti bölüşməli olacağıq: Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu əslində 1969-cu ildən etibarən, yəni Heydər Əliyevin respublikaya rəhbərliyə gəlişindən sonra başlanmışdır.

    Ümummilli Lider Heydər Əliyev respublikada sosial-iqtisadi inkişafla yanaşı, milli-mənəvi ruhu yüksəltməklə azərbaycanlıların tarixi ənənələrinə, köklərinə bağlılığını sürətləndirməyə çalışırdı. Müxtəlif tədbirlərdə cəmiyyətə milliləşmənin zəruriliyi çağırışını yayır, ana dilinə, dinə, dəyərlərə bağlı olmağı, tarixi irsi yaşatmağı ictimai fikrə böyük müdrikliklə təlqin edirdi. Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər Azərbaycanda milli özünüdərki gücləndirir, müstəqil düşüncəyə, dövlətçilik təfəkkürünə yol açırdı. Ulu Öndər sovet ideologiyasının bütün maneələrini yararaq Azərbaycanda milli özünüdərk məsələlərini önə çəkə, repressiya xofundan don vurmuş azərbaycanlı şüurundakı qorxunu aradan qaldırmağı, cəmiyyəti bütün sahələr üzrə mənəvi yüksəlişə ruhlandırmağı, ona qol-qanad verməyi bacarmışdı. Ümummilli lider Heydər Əliyev Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrləri xatırlayarkən deyirdi ki, biz sovet rejimində yaşayırdıq. Məgər biz bu rejimi dəyişə bilərdik? Amma iş ondadır ki, bu rejim altında olsa da, sən xalqın, millətin üçün nə edirsən. Əgər bu rejimi dəyişdirə bilmirsənsə, onda onun imkanlarından istifadə edib xalqına kömək göstər. Mən bunu etdim. Azərbaycan o illərdə çox yüksəklərə qalxdı...

    Əslində, Heydər Əliyev Azərbaycanın gələcəyi naminə siyasi fəaliyyətə hələ 1940-cı illərdən başlamışdır. XX yüzilliyin 20-30-cu illərində ermənilərin və qeyri millətlərin antiazərbaycan nümayəndələrinin yuva salmış olduğu və xalqımıza qarşı qanlı repressiyalar hazırlayıb həyata keçirmiş Dövlət Təhlükəsizlik Komitəsinin azərbaycanlılaşdırılması və xalqımızın düşmənlərindən təmizlənməsi kimi son dərəcə çətin və şərəfli işə ilk dəfə hələ sovet rejiminin ən güclü çağında məhz Heydər Əliyev başlamışdır. Bu gün bütün azərbaycanlılar aydın dərk etməli və unutmamalıdır ki, daşnaklar xalqımıza qarşı həyata keçirdikləri 1918-ci ilin mart soyqırımından sonra 1920-ci ilin sovet işğalında da yaxından iştirak etdilər. Bolşevik libası geyinmiş daşnaklar bu dəfə xalqımızın ən layiqli övladlarını sovet hakimiyyətinin “qurucuları” cildinə girərək qırdılar. KQB-də (Dövlət Təhlükəsizlik Komitəsində) və NKVD-də (Xalq Daxili İşlər Komissarlığında) əsas mövqeləri ələ keçirdilər. Erməni “çekistləri” uydurma “cinayət işləri” qaldıraraq 1920-30-cu illərdə xalqımıza qarşı kütləvi repressiyalar həyata keçirdilər, neçə-neçə Cavidləri, Müşfiqləri, Əhməd Cavadları, Salman Mümtazları - Azərbaycan xalqının qaymaqlarını məhv etdilər. Bu baxımdan Heydər Əliyevin Dövlət Təhlükəsizlik Komitəsini azərbaycanlılaşdırmaq sahəsindəki xidmətləri vətən və xalq qarşısında adi xidmətlər deyildi! Başqa sözlə, Heydər Əliyev 1950-1960-cı illərdə qeyrətli və milli əhvalruhiyyəli vətən oğullarını Dövlət Təhlükəsizlik Komitəsinə işə cəlb etməklə, əslində, xalqımızın namuslu övladlarına qarşı gözlənilən növbəti təqiblərin qarşısını alırdı. Dahi rəhbər Azərbaycana birinci rəhbərliyi illərində isə xalqımızı, yurdumuzu müstəqil yaşamağa hazırladı... Tarixi inkişafın sonrakı gedişi sübut etdi ki, bugünkü yeni, müstəqil Azərbaycanı Heydər Əliyev hələ o zaman qurmağa başlamışdı. Ulu Öndər hakimiyyətə gəldikdən sonra respublikada milli ruhun inkişafına, milli mənlik şüurunun və milli qürurun yüksəlişinə xidmət edən möhtəşəm tədbirlər həyata keçirilmiş, Azərbaycan keçmiş SSRİ-nin qabaqcıl, inkişaf etmiş respublikalarından birinə çevrilmişdir. Ümummilli Lider Heydər Əliyev canlı məktəb, canlı klassika, tarixin canlı örnəyi idi. Dəmir məntiqi, parlaq zəkası, iti mühakimə qabiliyyəti, fitri istedad sayılacaq fenomenal yaddaşı, möhkəm xarakteri, ən çıxılmaz vəziyyətlərdən, mürəkkəb situasiyalardan çıxmaq bacarığı onu hamıdan fərqləndirirdi.

    Dahi rəhbər Heydər Əliyev vətənin bütün guşələrində Azərbaycanın haqqı tapdalanmış böyük şəxsiyyətlərinin heykəllərinin ucaldılmasına nail oldu, repressiya qurbanı olmuş Hüseyn Cavidin nəşini vətənə qaytardı, Kerçdə, Krımda həlak olmuş minlərlə azərbaycanlının şərəfinə Sapun Qora yaxınlığında abidə ucaltdırdı... Məhz bu dövrdə ilk dəfə olaraq Azərbaycanın görkəmli sənət adamlarının böyük bir qrupuna - şairlərimizə, yazıçılarımıza, bəstəkarlarımıza Sosialist Əməyi Qəhrəmanı fəxri adının verilməsi də təkzibolunmaz tarixi faktdır. Heydər Əliyevə qədər Azərbaycanın ictimai-siyasi həyatında yaşanan böhran xalqın mənəvi-psixoloji durumuna da mənfi təsir göstərirdi, respublika rəhbərliyində kosmopolit əhval-ruhiyyə hökm sürürdü. Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə Heydər Əliyev ölkədə milli ruhun və azərbaycançılığın kommunizm ideologiyası çərçivəsində sıxışdırılmasının qarşısını alaraq onun dirçəldilməsi istiqamətində mövcud imkanlardan maksimum dərəcədə istifadə etmişdir. Məhz buna görədir ki, XX yüzillikdə azərbaycançılığın ən parlaq səhifələrinin 1969-cu ildən etibarən yazılması qənaəti birmənalı şəkildə qəbul edilən reallıqdır. Ulu öndər xalqın tarixi yaddaşının özünə qaytarılması kimi ideoloji təməl prinsiplər əsasında milli ruhun hədsiz yüksəlişini təmin etmiş, millətin qəlbində illərdən bəri sıxışdırılıb qalmış milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün münbit zəmin formalaşdırmışdır. Ulu Öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və mübarizəsi nəticəsində Azərbaycan dilinin dövlət dili olması haqqında müddəa Azərbaycanın 1978-ci il Konstitusiyasında birmənalı göstərildi. Konstitusiyanın 73-cü maddəsində “Azərbaycanın dövlət dili Azərbaycan dilidir” müddəası təsbit edildi. Ulu Öndər Heydər Əliyev çox sonralar - 1995-ci il oktyabrın 31-də Azərbaycan Respublikası Konstitusiya Komissiyasının iclasında deyəcəkdi ki, ...bu maddə Moskvada çox böyük etiraza səbəb oldu. Belə izah edirdilər ki, başqa respublikalarda bu yoxdur, buna ehtiyac yoxdur... Ancaq o vaxt mən Sovetlər İttifaqının rəhbərliyi ilə, Kommunist Partiyasının rəhbərliyi ilə çox gərgin danışıqlar apardım. Sübut etməyə çalışdım ki, biz dövlət dilinin Azərbaycan dili olduğunu da öz Konstitusiyamıza yazmalıyıq və yazacağıq...

    Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik də respublikamızın ən qiymətli mənəvi-ideoloji sərvətlərindən birinə çevrilmişdir. Azərbaycan xalqının demokratik-hüquqi dövlətdə yaşamaq idealının real və dayanıqlı əsaslar üzərində gerçəkləşərək əbədiləşməsi də çağdaş tariximizin unudulmaz dühası - ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Dahi rəhbər deyirdi ki, insan hansı ölkədə yaşamasından asılı olmayaraq, gərək öz milliliyini qoruyub saxlasın. Dünyada, eyni zamanda, assimilyasiya prosesi də var. İnsanlar - mən azərbaycanlılar haqqında danışıram - gərək yaşadıqları ölkədə, yenə deyirəm, o şəraiti mənimsəyərək orada özləri üçün yaxşı mövqelər tutsunlar. Ancaq daim öz milli-mənəvi dəyərlərinə, milli köklərinə sadiq olsunlar. Bizim hamımızı birləşdirən məhz bu amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Ümummilli Liderin Azərbaycanda milli dövlətçilik ideologiyasının yaradılması, suveren dövlət təsisatlarının formalaşdırılması və xalqımızın tarixi yaddaşının bərpası istiqamətində göstərdiyi xidmətlər indi bütün dünya tərəfindən təqdir olunur, bəyənilir.


    Zahid MƏMMƏDOV,
    Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının Sərçuvar kənd ərazisi üzrə sədri




    "Yeni həyat" qəzeti,
      www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:54 Masallıda şəhid Zeynal Şahhüseynlinin şəhadətinin 4-cü ildönümü anıldı
    2. 16:52 Rayon rəhbəri Böyük Kolatan kəndində I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    3. 15:03 Şuşa Bəyannaməsi ilə Türkiyə-Azərbaycan  birliyinin tarixi manifesti yazıldı.
    4. 23:30 Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası  
    5. 11:48 Milli Qurtuluş fəlsəfəsinin banisi
    6. 23:30 15 İyun - Milli Qurtuluş Günü
    7. 23:30 İşğaldan azad olunmuş ərazilərin yeni infrastrukturun yaranması bərpası, yenidənqurma işləri
    8. 23:30 Mötəbərliyin, qarşılıqlı etimadın, əmanətin tərənnümü
    9. 23:30 Tarixi qələbəyə aparan yol
    10. 23:30 Real təhdidlər qarşısında qalmış suverenlik
    11. 19:21 Rayon rəhbəri I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    12. 19:18 Masallıda “Qurtuluşa gedən yol” mövzusunda konfrans
    13. 18:11 Masallıda taxıl biçini xeyriyyə aksiyası ilə başladı
    14. 18:09 Daşınmaz əmlakın sığortalanmasının faydası
    15. 18:08 Masallıda rayon rəhbərinin 12 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    16. 18:05 Masallıda Gənclər və idman naziri vətəndaşları qəbul etdi
    17. 12:45 15 iyun Milli Qurtuluş günü - milli qurtuluş ideologiyasının təntənəsidir  
    18. 12:17 ULU ÖNDƏR VƏ YOX OLMAQDAN QURTULAN AZƏRBAYCAN..
    19. 21:00 Böyük xilkaskar - Masallıda tədbir
    20. 16:56 Masallının Təzəkənd kəndində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 11.06.2025
    21. 16:25 Masallının Təzəkənd kəndində 11 iyun 2025-ci il tarixdə səyyar qəbul
    22. 15:36 15 İyun – Milli Qurtuluş Günü: Azərbaycanın Tarixində Dönüş Nöqtəsi  
    23. 11:31 Masallıda Qurban bayramı - 2025
    24. 17:17 Masallıda 5 iyun – Su Təsərrüfatı və Meliorasiya işçilərinin peşə bayramı qeyd edildi
    25. 17:14 Masallıda ət kəsim məntəqələrində dezinfeksiya işləri aparılır
    26. 14:07 Masallıda rayon rəhbəri 1 yaşlı şəhid qardaşının doğum günündə
    27. 14:05 Masallıda rayon rəhbərinin 05 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    28. 15:12 “Sağlam Məktəbli” layihəsi uğurla davam etdirilir
    29. 14:15 Masallının Hişkədərə ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    30. 14:11 Masallının Hişkədərə kəndində 04 iyun 2025-ci il tarixdə səyyar qəbul
    31. 13:55 Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir
    32. 12:55 Azərbaycanda yaşıl enerjinin həyata keçməsi istiqamətində mühüm işlər həyata keçrilməkdədir
    33. 23:00 Ölkəmizin təbii sərvətlərinin dünya iqtisadiyyatındakı yeri və rolu  
    34. 22:09 Masallıda rayon rəhbəri qalib futbolçuları qəbul edib
    35. 19:43 Masallıda “3 İyun-Ümumdünya Velosiped Günü” münasibəti ilə veloyürüş
    36. 19:39 Rayon rəhbəri Kolatan ərazisindəki əkin sahələrində
    37. 23:00 Azərbaycanın müasir enerji strategiyası-Xəzər Neft və Qaz Sərgisi
    38. 16:30 Masallıda şəhid övladlarına bayram hədiyyəsi
    39. 08:40 Prezident İlham Əliyevin 28 May 2025-ci ildə Laçında çıxış etmişdir
    40. 23:30 Azərbaycan, Türkiyə və Pakistanın sarsılmaz birliyi
    «    İyun 2025    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ