“Tarixi şəxsiyyət, əbədiyaşar lider”
- 6-05-2021, 20:08
- Siyasət
- 0
- 609
Masallıda onlayn görüş
Yeni Azərbaycan Partiyasının qurucusu və memarı Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98 illiyi münasibəti ilə YAP Masallı rayon təşkilatının fəal qadınları “Tarixi şəxsiyyət, əbədiyaşar lider” mövzusunda onlayn görüş keçiriblər.
Virtual tədbiri giriş sözü ilə YAP Masallı rayon təşkilatının şura üzvü Gülşən Xəlilova açıb, Ulu öndər Heydər Əliyevin, eləcə də Vətən müharibəsində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gülşən Xəlilova çıxışında bildirib ki, Yeni Azərbaycan tarixinin görkəmli siması olan Heydər Əliyev xalqımızın qəlbində özünə abidə qurmuş şəxsiyyətdir. Azərbaycanın yeni tarixi məhz Ulu Öndərin liderliyi və müəllifliyi ilə yaranıb. Bu dahi şəxsiyyət dövlət idarəçiliyinin hər bir mərhələsində vətəninə, xalqına sonsuz məhəbbət və sədaqət hissi ilə yanaşıb, milli ideallara daxilən bağlı olub. Umummilli lider unikal bir siyasi məktəbin, mükəmməl dövlətçilik və idarəçilik sisteminin banisi ,milli inkişafı şərtləndirən ideoloji-siyasi irsin müəllifi kimi əbədiyaşarlıq qazanıb.
Sonra R.Tağıyev adına Masallı Tarix Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, YAP Masallı rayon təşkilatının şura üzvü Sevil Əsgərova, Yolağac kənd tam orta məktəbin direktoru Sevil Ağammədova, Həsənli kənd uşaq bağçasının müdiri Nazilə Hüseynova, şəhər 2 saylı tam orta məktıbin direktoru Mehriban Əzizova çıxış ediblər.