• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » “Ömrünü xalqına bəxş etmiş insan”

    “Ömrünü xalqına bəxş etmiş insan”

    YAP Masallı rayon təşkilatının onlayn tədbiri - “Ömrünü xalqına bəxş etmiş insan”
     
    Yeni Azərbaycan Partiyasının qurucusu və memarı Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98 illiyi münasibəti ilə YAP Masallı rayon təşkilatı “Ömrünü xalqına bəxş etmiş insan” mövzusunda onlayn görüş keçirib.
    Onlayn görüşü giriş sözü ilə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açıb, türk dünyasının böyük oğlu, Ulu öndər Heydər Əliyevin eləcə də Vətən müharibəsində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxışında bildirib ki, Ümummilli Liderin şah əsəri olan Azərbaycan onun ideyaları əsasında günbəgün möhkəmlənir, inkişaf edir, beynəlxalq münasibətlər sistemində yeri və rolunu artırır, bir sözlə, Cənubi Qafqazın parlayan ulduzu kimi tanınaraq, inkişafın Azərbaycan modelinin mövcudluğunu dünyaya nümayiş etdirir. Heydər Əliyev siyasətinin təntənəsi kimi dəyərləndirilən bu uğurlar dahi şəxsiyyətə sevgi və ehtiramın böyüklüyündə öz təsdiqini tapır. Ulu öndərin 98-ci ildönümünün yüksək əhval-ruhiyyədə keçirilməsi də bu sevgi və ehtiramdan qaynaqlanır.
    Seyfəddin Əliyev qeyd edib ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Ulu öndər Heydər Əliyevin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır. Onun Azərbaycana rəhbərlik etdiyi dövrlərdə respublikamız əsrlərə bərabər inkişaf yolu keçmişdir. Ölkədə nəhəng quruculuq işlərinin təşəbbüskarı məhz Ulu Öndər olmuşdur.
    Seyfəddin Əliyev çıxışında vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır. Ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirir və onun ətrafında daha sıx birləşirlər. Cənab İlham Əliyev ulu öndərin siyasi kursunu layiqincə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin edir. Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolunu və nüfuzunu artırır.
    Çıxışının sonunda Seyfəddin Əliyev diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxındır Ermənistan tərəfindən işğal edilmiş rayonlarımızı, şəhər və kəndlərimizi azad edib: “Noyabrın 8-də, Dövlət Bayrağı Günü ərəfəsində qədim Azərbaycan şəhəri, milli mədəniyyətimizin, milli musiqimizin beşiyi, qürur ünvanımız olan Şuşa şəhərinin işğaldan azad edilməsi İkinci Qarabağ Müharibəsində Azərbaycan dövlətçiliyinin tarixinə qızıl hərflərlə düşən hadisə oldu. Ali Baş Komandan mənəvi paytaxtımızı özümüzə – xalqımıza qaytardı, sınmış qürurumuzu bərpa etdi. Vətən Müharibəsində qələbənin müəllifi olan Prezident İlham Əliyev xalqımızın 28 illik həsrətinə son qoydu. Heç bir qələbə asan başa gəlmir və tarix sübut edir ki, düşünülmüş siyasi xətt olmadan müharibəni qələbə ilə başa vurmaq mümkün deyil. Prezident İlham Əliyev ötən 17 ildə uğurlu fəaliyyəti, inkişaf və yüksəliş siyasəti, beynəlxalq miqyasda Azərbaycanın mövqelərinin möhkəmləndirilməsi, diplomatik qələbələri ilə torpaqlarımızın güc yolu ilə azad edilməsinin tarixini yetişdirdi”.
    Binə Xocavar məktəbinin direktoru Ülvi Rufullayev çıxışında  qeyd edib ki, dövlətimizin müstəqilliyi, iqtisadi potensialının gücləndirilməsi, gənc nəslin yetişdirilməsi, tarixin, ədəbiyyatın, mədəniyyətin, incəsənətin inkişafı sahəsində dünya şöhrətli dahi şəxsiyyət Heydər Əliyevin qayğısı, tələbkarlığı, xeyirxahlığı, müdrikliyi çox böyük və şərəflidir. O, uşaqların və gənclərin ali təhsil almasına, elm öyrənməsinə, Azərbaycan tarixinə, ədəbiyyatına, mədəniyyətinə məhəbbət ruhunda tərbiyə olunmasına atalıq qayğısı göstərmiş, həmişə səmərəli köməyini əsirgəməmişdir.
    Sonra Masallı Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru Fuad Mənsimov, gənc fəallar Sarxan Əhmədov, Qumral Rzalı və başqaları çıxış edərək Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında əvəzsiz xidmətlərindən danışıb, Ulu Öndərin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, respublikanın sosial-iqtisadi inkişafı sahəsindəki misilsiz fəaliyyətindən bəhs ediblər.
     
     
     
    www.yeniheyet.az

     

    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:28 Vətənə xidmətdə keçən ömür
    2. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    3. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    4. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    5. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    6. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    7. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    9. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    10. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    11. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    12. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    13. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    14. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    15. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    16. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    17. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    18. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    19. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    20. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    21. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    22. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    23. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    24. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    26. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    27. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    28. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    29. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    30. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    31. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    32. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    33. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    34. 11:15 DİQQƏT! DİQQƏT!
    35. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    36. 13:51 Masallı rayonunun 95-ci ili
    37. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    38. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    39. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    40. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ