• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Şuşa Kəbə evimizdir

    Şuşa Kəbə evimizdir


    Dünyada elə bir insan tapılmaz ki, onun istəyi, arzusu olmasın. Arzu onun böyük və ya kiçikliyindən asılı olmayaraq insanı yaşadır. Arzu ümiddir, yaşam eşqidir, həyatımız boyunca tutduğumuz budaqdır. 30 il ərzində Qarabağ torpaqlarımızı,Şuşanı azad görmək arzusu ilə yaşamışıq. İlləri ötürdük,ayları, günləri saydıq, o günə yetmək üçün arzuladıq. Dözdük,səbr etdik, sonda arzularımıza çatdıq.
    Ali Baş Komandan İlham Əliyevin, müzəffər ordumuzun səyi nəticəsində torpaqlarımız mənfur düşməndən azad edildi. Şəhidlərimizin qanı, canı bahasına  bütövləşdi Vətənimiz.Arzularımızın gerçək olmasına görə şəhidlərimizə,qazilərimizə minnətdarıq.
    Kəbəni ziyarət hər bir  müsəlmanın ən böyük arzusu olduğu kimi, Şuşanı ziyarət etmək də hər bir azərbaycanlının arzusudur. Mən hisslərimi ifadə etməkdə çətinlik çəkirəm.

    Duzdür, insanlar müqəddəs Məkkə və Mədinə şəhərlərini böyük sevgi, həvəslə ziyarət edirlər.
    Ziyarətdən qayıdanlar səfər təəssüratından danışmaqdan yorulmur və bu ziyarətdən sevərək bəhs edirlər.
    Qarabağ da bizim üçün Kəbə, Məkkə və Mədinə qədər əzizdir, müqəddəsdir.
     
    Mədəniyyətimizin paytaxtı, Azərbaycanımızın incisi,tacı,qəlbi olan Şuşamız.Şəhidlərimizin,qazilərimizin qanı ilə yoğrulmuş Qarabağımızı, qeyrətli,əyilməyən Şuşanı ziyarət etmək qismətimə düşdü. Şuşada yüksək səviyyədə təşkil edilmiş “1-ci Kulinariya Festivalı”nın iştirakçısı oldum. Şuşanı ziyarət edərkən hissini, həyəcanını, emosiyasını yaşamaq, anlamaq üçün inamlı olub, Vətənini sevmək bəs edir. “Vətəni sevmək də imandandır” buyurulub.Bəli, bu hissləri sözlə ifadə etmək, kağız üzərində yazmaq çətindir.İgid,nər oğullarımızın keçdiyi döyüş yollarını gördükcə deyirsən: sizin qeyrətinizə,vətənə olan sevginizə qurban olaram.Misli görünməmiş qəhrəmanlıq...Allah şəhidlərimizə rəhmət eləsin,qazilərimizə sağlam ömür bəxş eləsin. Allah Ali Baş Komandanımızı qorusun.

    Şuşa çox gözəl təbiəti olan  şəhərdir. 30 il işğal altında olmasına baxmayaraq, öz əzəmətini qoruyub saxlaya bilib.Şuşa qalası göründüyündən də əzəmətli və vüqarlıdır. Hazırda Prezidentimizin sərəncamı ilə orada çox gözəl bərpa işləri aparılır. Burada qədim abidələrin , tarixi məkanların təmirinə daha ciddi  diqqət yetirilir. Prezidentimiz  bərpa işlərinin sürətlənməsi, həm də Şuşanın bütün dünyada tanınması üçün bu ili “Şuşa ili” elan etmişdir.  Şuşa tezliklə dünyanın ən tanınmış turizm şəhərlərindən biri olacaq, dünyanın müxtəlif ölkələrindən ora axın edəcək, burada dünyaya səs salacaq  beynəlxalq tədbirlər,musiqi və kino festivalları, müsabiqələr, konsert və tədbirlər keçirilir və keçiriləcəkdir.
       
    Şuşaya getmək arzumu gerçəkləşdirdiyinə və etimad göstərərək “1-ci Kulinariya Festivalı”nda iştirak etmək üçün  Şuşa şəhərinə  göndərdiyinə görə hörmətli icra başçımız cənab Şahin Məmmədova dərin minnətdarlığımı bildirirəm.





    Əntiqə TAĞIYEVA,
    Masallı rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru,
    Əməkdar mədəniyyət işçisi.



    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    7. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    8. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    10. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    11. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    12. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    13. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    14. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    15. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    16. 12:28 Vətənə xidmətdə keçən ömür
    17. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    18. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    19. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    24. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    26. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    27. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    28. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    29. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    30. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    31. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    32. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    33. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    34. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    36. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    37. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    38. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    39. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ