• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı başa çatıb

    I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı başa çatıb


    Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı başa çatıb. Üç gün davam edən festivalda türk dövlətlərini təmsil edən ölkələr öz nəşrlərini Bakı Dövlət Universitetinin həyətində kitabsevərlərə təqdim ediblər.

    TÜRKSOY-dan AZƏRTAC-a bildirilib ki, festivalın bağlanış və mükafatlandırma mərasimində Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Fizuli Məcidli, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, TÜRKSOY-un baş katibinin müavini Bilal Çakçı, İLESAM-ın rəhbəri Məhmət Nuru Barmaksız, Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və yazıçılar, deputatlar, ictimai xadimlər iştirak ediblər.

    Festival çərçivəsində Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Müəllifləri Birliyi (BEYTÜM) TÜRKSOY və İLESAM elm, ədəbiyyat sahəsində uğur qazanan ziyalıları, tədqiqatçıları və alimləri bir neçə nominasiya üzrə mükafatlandırıb.

    “Türk Dünyası Kitab” mükafatına Milli Məclisin deputatı Cavanşir Feyziyev “Türk dünyası” 5 cildlik kitabına görə layiq görülüb.

    Beynəlxalq Türk Akademiyasının Əlişir Nəvai “Qızıl medal”ı deputat Qənirə Paşayevaya, gümüş medalları AMEA-nın Ədəbiyyat İnstitutunun professoru Almaz Ülvi Binnətovaya, BDU-nun professoru Firuzə Ağayevaya, tədqiqatçı jurnalist Aida Eyvazovaya, şair Əkbər Qoşalıya, AMEA-nın əməkdaşı Ağahüseyn Şükürova təqdim edilib.

    TÜRKSOY və İLESAM-ın ədəbiyyat və elm sahəsində mükafatlandırdığı alimlər, yazıçılar, ədəbiyyat və söz adamları arasında Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva, Xalq yazıçısı Kamal Abdulla, yazıçı Səyyad Aran, şair Firuzə Məmmədli, Özbəkistanın M.Uluğbek adına Milli Universitetinin professoru Nigina Şermuradova, Qazaxıstanın Lev Qumilyov adına Avrasiya Milli Universitetinin professoru Amantay Şərif, Qırğızıstan Dövlət Universitetinin professoru Umut Kultayeva, Azərbaycan Yazıçılar İttifaqının ikinci katibləri Elçin Hüsenbəyli, Rəşad Məcid, AYB-nin mətbuat katibi Xəyal Rza, şair Elxan Zal, gənc yazıçı Fərid Hüseyn, araşdırmaçı alim və şairlər Cavanşir Yusifli, Seyfəddin Hüseynli, araşdırmaçı jurnalist Aida Eyvazova və digər tanınmış imzalar olub.











    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:28 Vətənə xidmətdə keçən ömür
    2. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    3. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    4. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    5. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    6. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    7. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    9. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    10. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    11. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    12. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    13. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    14. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    15. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    16. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    17. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    18. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    19. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    20. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    21. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    22. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    23. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    24. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    26. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    27. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    28. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    29. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    30. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    31. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    32. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    33. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    34. 11:15 DİQQƏT! DİQQƏT!
    35. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    36. 13:51 Masallı rayonunun 95-ci ili
    37. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    38. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    39. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    40. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ