• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » 24 iyun 1993-cü ildə Ali sovetin sədri H.Əliyevin prezident səlahiyyətlərini yerinə yetirmısi haqqında

    24 iyun 1993-cü ildə Ali sovetin sədri H.Əliyevin prezident səlahiyyətlərini yerinə yetirmısi haqqında


    1993-cü ilin İyunun 15-də Heydər Əliyev  xalqın təkidli  tələbi və yenilməz iradəsi  ilə  Azərbaycan Respublikası Ali Sovetinin sədri  seçildi.  Həmin gün parlamentin  tarixi iclasında  Heydər Əliyev  çıxış etdi: “Azərbaycan Respublikasının bugünkü ağır,  mürəkkəb və gərgin  vəziyyətini tam məsuliyyətlə  dərk edirəm.  Bu vəzifəni öz üzərimə  götürərək  öz məsuliyyətimi anlayıram  və bunların  hamısını  rəhbər  tutaraq əlimdən gələni edəcəyəm.  Ali Sovetin  sədri kimi  Azərbaycan  xalqının tarixi  nailiyyəti olan  Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf  etdirməyi özüm üçün  əsas vəzifələrdən biri hesab edirəm.  Azərbaycan respublikasının  dövlət  müstəqilliyi 1918-ci ildə  yaranmış ilk  Azərbaycan Demokratik  Respublikasının  ənənələri əsasında,  müasir tələblərlə,  dünyada  gedən proseslərlə  bağlı olaraq  təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin  şübhəsi  olmasın ki, ömrümün  bundan sonrakı  hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan  Respublikasının  müstəqil dövlət kimi  inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki,  mənim fikrimcə, Azərbaycan Respublikası,  bundan  sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir  dövlətin tərkibinə  daxil olmayacaq, heç bir  başqa  dövlətin əsarəti  altına  düşməyəcək.”

    Heydər Əliyevin ölkənin  Ali Qanunvericilik orqanına  sədr seçilməsi  respublika  həyatında çox  mühüm bir   hadisə oldu.  Bu siyasi qayıdış,  sözün  həqiqi mənasında  Azərbaycanı  azərbaycanlılara, milləti özünə  qaytardı.  Hadisələrin sonrakı gedişi göstərdi ki, 15 iyun Azərbaycanın  müstəqillik tarixində  yeni siyasi  eranın başlanğıcı  oldu.

    Heydər Əliyev Ali Sovetin sədri kimi ilk gündən parlamentarizm ənənələrinə sadiq qalaraq  aşkarlıq prinsipinə  üstünlük verdi. Milli Məclisin iclasları, mətbuat  konfransları,  respublika  əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verildi. Ölkədəki vəziyyət olduğu kimi xalqa çatdırıldı. İctimai-siyasi  həyatdakı  gərginliyin  aradan  qaldırılması  üçün lazımi tədbirlər  görülməyə başlandı.
    Ölkədə sabitliyin  bərqərar olması üçün gərgin iş  aparıldığı bir vaxtda Prezident Əbülfəz Elçibəy müəmmalı  şəkildə Bakını tərk etdi. İyunun 18-də Heydər Əliyev yaranmış vəziyyətlə əlaqədar xalqa  müraciət etdi. O, hamını təmkinli olmağa, milli birliyə, vətəndaş  həmrəyliyinə çağırdı. Milli Məclisdə keçən müzakirələrdə Əbülfəz Elçibəyə  ünvanlanan  müraciətlər bir nəticə vermədi. Parlamentin 24 iyun tarixli iclasında Milli Məclis Prezident səlahiyyətlərinin Ali Sovetin  sədri Heydər Əliyevə  verilməsi barədə qərar qəbul etdi. Bu, artıq bütün  hadisələrin dövlətin  nəzarəti  altına götürülməsi, xalqın iradəsinə tabe  edilməsi demək idi.
    Heydər Əliyevin  1993-cü il iyunun  15-dən oktyabrın 3-dək  Ali Sovetə rəhbərlik etdiyi dövrdə parlamentarizm  ənənələri yeni  nəfəs, yeni qüvvə  aldı. Ordu quruculuği  sahəsində mühüm qərarlar qəbul edildi.  “Şəhid adının əbədiləşdirilməsi və şəhid  ailəsinə  edilən güzəştlər  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu qəbul  olundu.  Konstitusiyada  və müxtəlif  hüquqi  sənədlərdə   dəyişikliklər edildi.
    Heydər Əliyev  bu  dövrdə  əhalini  döyüş ruhunu qaldırmaq, müharibə  dövrünə uyğun  təbliğat  aparmaq, qanunsuz  silahlı  dəstələri  zərərsizləşdirmək üçün lazımi  tədbirlər  görür, ölkədəki vəziyyət barədə fikirlərini tez-tez xalqla bölüşürdü.
    1993-cü il avqustun 29-da Milli Məclisin qərarı ilə Əbülfəz  Elçibəyə etimadsızlıqla bağlı referendum keçirildi. Referendumun nəticələri AXC – Müsavat cütlüyünün xalq  arasında  heç bir dəstəyə malik olmadığını  bir  daha  sübut etdi.

    Heydər Əliyev  parlamentin  sədri kimi  Azərbaycanın strateji maraqları  əsasında ölkənin yeni xarici siyasət  konsepsiyasını, onun beynəlxalq  münasibətlər sistemində yerini müəyyənləşdirdi. İlk növbədə AXC  hakimiyyətinin  bu sahədə buraxdığı  kobud səhvlər tezliklə aradan  qaldırıldı.
    Ali Sovetin  sədri   mədəniyyətin,  elmin və təhsilin  inkişafına da böyük diqqət yetirir,  alimlərlə, gənclərlə görüşlər  keçirir, onlarla  ölkənin gələcəyi  barədə  fikirlərini bölüşürdü.
    Parlamentin sədri  vəzifəsində fəaliyyət  göstərən Heydər Əliyev qanunun  aliliyi, azad  vətəndaş  cəmiyyəti   prinsiplərinin  bərqərar olması zəruriliyini dəfələrlə vurğulayırdı: “Azərbaycan Respublikası  demokratik  yolla  getməlidir, Azərbaycanda  həqiqi demokratiya prinsipləri yaranmalıdır, inkişaf etməlidir, Azərbaycanda siyasi  plüralizmə  imkan  yaradılmalıdır.  Azərbaycan çoxpartiyalı bir cəmiyyət  kimi  yaranmalıdır, partiyaların  fəaliyyətinə  şərait  yaradılmalıdır, Azərbaycan  bazar iqtisadiyyatı  yolu ilə, sərbəst  iqtisadiyyat  yolu ilə getməlidir.  Azərbaycanda milli həmrəylik, insanlar, siyasi partiyalar,  qurumlar  arasında  sülh və sağlam  rəqabət əhval-ruhiyyəsi  yaranmalıdır.”

    Milli Məclisin  iyulun 3-də  keçirilən  iclasında Heydər Əliyev  bildirdi ki, o,  AXC hökuməti zamanı neft sahəsindəki  bütün  danışıqları müvəqqəti olaraq  dayandırır və hesab edir ki,  bu məsələ mütəxəssislər  tərəfindən  ətraflı öyrənilməli və yalnız onların rəyindən  sonra hər hansı bir  qərar qəbul edilməlidir və bu zaman  Azərbaycan xalqının  mənafeyi əsas götürülməlidir. Zaman bu görkəmli dövlət xadiminin haqlı olduğunu bir daha sübut etdi.

    Cəmi 4 ay  Ali Sovetin sədri  vəzifəsində çalışsa da, Heydər Əliyev bu qısa müddətdə parlamentin  ruhunu kökündən  dəyişdi, Milli Məclisə  siyasi mədəniyyət  gətirdi. Onun iclası  aparmaq tərzi, fikirlərini  dəqiq əsaslandırması, çıxışların  məğzini tutmaq bacarığı, qiymətli  fikirləri  ümumiləşdirmək qabiliyyəti  özlüyündə  parlamentin üzvləri  üçün yeni bir örnək, əsl parlamentarizm məktəbi idi.
    Mübaliğəsiz  demək olar ki, Heydər Əliyevin Ali Sovetin sədri  vəzifəsində  çalışdığı  qısa zaman  kəsiyində Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət kimi gələcək inkişafının  təməli qoyuldu.  Heç  də  təsadüfi  deyildir ki, 1993-cü il 3 oktyabr  prezident  seçkilərində seçicilərin 98,8 faizi  Heydər Əliyevə  səs  verərək ölkənin taleyini bu görkəmli dövlət xadiminə  həvalə  etmək niyyətində  olduqlarını bütün  dünyaya  nümayiş etdirdilər.

    Ölkə  başçısı kimi Heydər Əliyev iqtisadi,  siyasi,  sosial,  hüquqi  islahatların həyata həyata keçirilməsini, demokratik dəyərlərin  cəmiyyətdə  bərqərar olunmasını çox önəmli hesab edirdi. Bu məqsədlə o ölkənin yeni Konstitusiya  layihəsinin  hazırlanmasına böyük əhəmiyyət  verir, bu işə  şəxsən özü rəhbərlik edirdi.  Uzun müzakirələrdən  sonra  1995-ci il noyabrın 12-də  ümumxalq  səsverməsi ilə  müstəqil Azərbaycanın  ilk demokratik  Konstitusiyası qəbul olundu.  Həmin gün müstəqillik dövründə ilk dəfə parlamentə seçkilər keçirildi və I çağırış Milli Məclis tezliklə işə başladı.
    Ölkənin Əsas  sənədinin  qəbulu  dövlət  quruculuğu,  cəmiyyətin gələcək inkişaf modeli üçün  hüquqi əsas yaratdı. Bununla Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması baxımından tariximizin ən
    məhsuldar  dövrünün  təməli  qoyuldu. Tezliklə  ölkə başçısının 21 fevral  1996-cı il  tarixli  sərəncamı ilə  Hüquq  islahatları Komissiyası yaradıldı.  Komissiyada  qısa  müddətdə   ölkə  həyatının  müxtəlif sahələri  üzrə yeni  qanun  layihələri işlənib  hazırlandı.  Bu işdə  parlament  Heydər Əliyevə  dəstək  verdi.

    Bu  dövrdə  qəbul olunmuş qanunlar  arasında  aşağıdakıları  göstərmək  olar: Mülki Məcəllə, Mülki-Prosessual Məcəllə,  İnzibati Xətalar Məcəlləsi,  Cinayət Məcəlləsi, Cinayət-Prosessual  Məcəllə,  Cəzaların İcrası Məcəlləsi, Gömrük Məcəlləsi, Vergi Məcəlləsi, Ticarət  gəmiçiliyi Məcəlləsi və başqa  məcəllələr, “Torpaq  islahatı haqqında”, “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmə və hakimlər  haqqında”,  “Prokurorluq  haqqında”, “Polis haqqında”, “Vəkillər  və  vəkillik fəaliyyəti haqqında”, “Diplomatik xidmət haqqında və s.
    Bu  sənədlər  ölkədə  hüquqi, demokratik, dünyəvi  dövlətin  və vətəndaş  cəmiyyətinin,  bazar iqtisadiyyatının hüquqi bazasının yaradılmasında mühüm rol oynadı.


    Əliyeva Xanım.
    Mahmudavar.



    “Yeni həyat” qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:57 Masallıda bəzi dövlət qulluqçularına treninq keçirilmişdir
    2. 11:34 Şəhid Nurlan Əbilovun 4-cü ili anıldı
    3. 20:41 Masallıda rayon rəhbərinin 18 aprel 2025-ci il tarixli vətəndaş qəbulu
    4. 20:39 Masallıda bələdiyyələrin fəaliyyəti barədə müşavirə
    5. 15:56 Zərərçəkmiş şəxs: Xocalı soyqırımının təşkilatçıları və soyqırımına rəhbərlik edənlər zaman-zaman Ermənistanın siyasi-hərbi rəhbərliyində təmsil olunublar 
    6. 15:42 Azərbaycan Gürcüstan münasibətləri-ikitərəfli əməkdaşlığımızın inkişafı
    7. 23:30 Gürcüstan Prezidentinin Azərbaycana rəsmi səfəri çox məhsuldar keçdi
    8. 09:32 Masallıda rayon rəhbəri evi yanan vətəndaşın yeni tikilən evinə baxış keçirmişdir
    9. 23:30 Masallıda çaydan XIX əsrə aid kitablar tapılıb
    10. 23:30 Gürcüstanın Prezidentinin səfəri ikitərəfli münasibətlər üçün önəm daşıyır
    11. 16:10 Masallının Ərkivan qəsəbəsində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    12. 16:00 Masallının Ərkivan qəsəbəsində rayon rəhbərinin 16 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    13. 13:13 İnsanlara nur bəxş edən böyük alim
    14. 23:30 Dövlətlərarası əlaqələrimizin zəngin tarixi vardır
    15. 18:52 “Müxtəlifliyə qucaq açaq” – Masallıda rəsm və foto sərgisi 
    16. 18:49 Masallı rayonu ərazisində sel və daşqın təhlükəsinə qarşı qabaqlayıcı tədbirlər görülməkdədir
    17. 11:02 Gələcək talehini tibb elminə həsr etməyi qarşısına məqsəd  qoyan Akakdemik
    18. 20:00 Akademik Zərifə Əliyevanın Oftalmologiyada rolu
    19. 21:00 Gözləri və qəlbləri nurlandıran böyük şəxsiyyət
    20. 23:30 Zərifə xanım Əliyevanın Azərbaycan Dövlət  Həkimləri Təkmilləşdirmə İnstitutundakı fəaliyyəti
    21. 17:06 Masallıda rayon rəhbərinin 11 aprel 2025-ci il tarixli vətəndaş qəbulu
    22. 16:33 Antiterror əməliyyatları Azərbaycanın suverenliyini bərpa etdi
    23. 13:36 Ziyalı işığında...
    24. 13:00 Bir həkim ömrünün unudulmaz səhifələri
    25. 23:30 Türkiyə və İsrailin Azərbaycana yaxın dost ölkələr olması
    26. 18:52 ADA Universitetində Dünya Nizamı Müzakirə Olundu: İlham Əliyev Beynəlxalq Forumda
    27. 13:56 Zərifə Əliyevanın kimsəsiz uşaqlara qayğısı
    28. 11:33 Nurlu insan
    29. 17:31 Masallıda aprel şəhidi Firdovsi Bağırzadənin anım günü - 2025
    30. 17:28 Masallının Təzə Alvadı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    31. 15:05 Masallının Təzə Alvadı kəndində rayon rəhbərinin 09 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    32. 18:04 Masallıda ağsaqqallar və əlillər üçün istirahət guşəsinin açılış mərasimi
    33. 17:12 Masallıda rayon rəhbəri şəhidin əkiz övladının doğum günündə
    34. 14:31 Enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılması
    35. 12:24 Cənub Qaz Dəhlizi hamımız üçün böyük uğur hekayətidir
    36. 23:30 Azərbaycan enerji təhlükəsizliyi baxımından tərəfdaşları üçün mühüm rol oynayır
    37. 22:19 Masallıda şəhid ailələrinə diqqət və qayğı ənənəsi
    38. 22:11 Masallıda aprel şəhidi Nurlan Əsgərlinin anım günü - 2025
    39. 21:12 Masallıda 18 mart - 06 aprel 2025-ci il tarixlərdə görülmüş işlər barədə məlumat
    40. 21:07 Masallının Təkdam kəndində rayon rəhbərinin 02 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    «    Aprel 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ