• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Regional ədliyyə idarələrinin fəaliyyətinin 15 ili

    Regional ədliyyə idarələrinin fəaliyyətinin 15 ili


    Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu xəttini uğurla davam etdirən İlham Əliyevin ölkə Prezidenti kimi fəaliyyət göstərdiyi illər ərzində qəbul edilmiş  qanun, qərar və fərmanlar ədliyyənin inkişafına yeni imkanlar yaratmışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Ədliyyə orqanlarının inkişafı haqqında” 17 avqust 2006-cı il tarixli Fərmanı ilə əhalinin hüquq institutlarına və hüquqi yardıma tələbatının ödənilməsi, habelə yerlərdə ədliyyə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, onlara nəzarətin gücləndirilməsi, bələdiyyələrin faəliyyətinə inzibati nəzarətin səmərəsinin artırılması üçün regional ədliyyə şöbələrinin yaradılması nəzərdə tutulmuşdur.  Bununla əlaqədar qeyd edilən məsələ nazirliyin kollegiya iclasında müzakirə edilmiş və Ədliyyə nazirinin 25 iyun 2007-ci il tarixli 29-T nömrəli Əmri ilə  yerlərdə ədliyyə orqanlarının işinin əlaqələndirilməsi, onlara nəzarətin gücləndirilməsi, əhalinin ədliyyə orqanlarına müraciət etmə imkanlarının asanlaşdırılması, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəsinin artırılması üçün 10 regional ədliyyə şöbəsi (Gəncə, Sumqayıt, Şirvan, Bərdə, İmişli, Göyçay, Lənkəran, Xaçmaz, Şəki və Şəmkir) yaradılmış və Ədliyyə Naziri cənab Fikrət Məmmədovun 8 oktyabr 2007-ci il tarixli, 38-T nömrəli əmri ilə “Regional ədliyyə şöbələri haqqında” Nümunəvi Əsasnamə təsdiq edilmişdir. Həmin Əsasnamədə ümumi müddəalar, regional şöbələrin fəaliyyət istiqamətləri, vəzifələri, hüquqları və fəaliyyətinin təşkili öz əksini tapmışdır.

    Azərbaycan ədliyyəsinə daim yüksək diqqət və qayğı göstərən dövlət başçısı tərəfindən Ədliyyə Nazirliyinin təklifləri əsasında “Ədliyyə orqanlarının inkişafı haqqında” Fərmana edilmiş dəyişikliklər regional qurumların statusunun yüksəldilməsinə imkan yaratmışdır. Belə ki, “Regional ədliyyə qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər barədə” Ədliyyə nazirinin 01 fevral 2017-ci il tarixli 1-T nörməli Əmri ilə Ədliyyə Nazirliyi üzrə “Regional ədliyyə şöbələrinin yaradılması haqqında” 25 iyun 2007-ci il tarixli 29-T nömrəli əmrdə müvafiq dəyişiklik edilərək, regional ədliyyə şöbələri regional ədliyyə idarələri adlandırıldı və əlavə ştat vahidləri təsis edildi.

    Ali Baş Komandan cənab İlham Əliyevin qəti iradəsi və müdrik xarici siyasəti, qüdrətli Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqımızın həmrəyliyi nəticəsində 44 günlük Vətən Müharibəsi qələbə ilə nəticələndi. 30 il sonra işğal altında qalan torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Müharibədən sonrakı yeni mərhələdə Dövlət başçısının tapşırıqlarına uyğun olaraq azad edilmiş ərazilərdə ədliyyə və məhkəmə fəaliyyətinin bərpa olunması, bu orqanların infrastrukturunun yaradılması, onların işinin təşkili üzrə zəruri tədbirlərin görülməsi Ədliyyə Nazirliyinin qarşında duran mühüm vəzifəyə çevrilmişdir.
    “İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” ölkə başçısının Fərmanı ilə əlaqədar Ədliyyə Nazirliyi tərəfindən müvafiq addımlar atılmış, qarşıda duran vəzifələrin mütəşəkkil və operativ icrasının təmin olunması məqsədilə nazirliyin rəhbərliyindən və aidiyyəti məsul şəxslərindən ibarət Qərargah yaradılmışdır. İşğaldan azad olunmuş ərazilərdə ədliyyə orqanlarına əlçatanlığın təmini məqsədilə Ədliyyə nazirinin 12 noyabr 2020-ci tarixli müvafiq əmri ilə Ədliyyə Nazirliyinin Qarabağ Regional Ədliyyə İdarəsi təsis olunmuşdur. Qarabağ Regional Ədliyyə İdarəsinin yurisdiksiyasına Xankəndi şəhəri, Şuşa, Zəngilan, Xocavənd, Xocalı, Qubadlı, Laçın, Ağdam, Cəbrayıl Füzuli və Kəlbəcər rayonları daxil edilmişdir.

    Regional ədliyyə idarələrinin faəliyyəti nəticəsində yerli ədliyyə qurumları ilə işin səmərəliliyi artırılmış, idarəetmədə çeviklik və əhaliyə keyfiyyətli hüquqi yardımın göstərilməsi təmin olumuş, vətəndaşların ədliyyə orqanlarına əlçatanlıq imkanları xeyli yaxşılaşdırılmışdır.
    Yerli ədliyyə qurumlarının işinin əlaqələndirilməsi və digər mühüm funkisiyaların həyata keçirilməsində regional ədliyyə idarələrinin fəaliyyətini daha da gücləndirilməsinə zərurət yaranmışdır.  
    Bu məqsədlə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 19 aprel 2022-ci il tarixli 4-N №-li qərarı ilə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Regional ədliyyə idarələri haqqında Əsasnamə” təsdiq edilmiş, həmin Əsasnamədə regional idarənin aşağıdakı fəaliyyət istiqamətləri göstərilmişdir:
    - müvafiq ərazi vahidlərində aşağıdakı ədliyyə qurumlarının işini əlaqələndirir və onların fəaliyyətinə nəzarət edir:
    1. qeydiyyat şöbələrinin, onların bölmələrinin;
    2. icra xidmətinin idarə və şöbələrinin;
    3. probasiya xidmətinin idarə və şöbələrinin;
    4. Məhkəmə Ekspertizası Mərkəzinin regional bölmələrinin;
    5. notariat ofislərinin;
    - penitensiar müəssisələrin cəzaların icrası sahəsindəki fəaliyyətini öyrənir, nəzarət funksiyalarını həyata keçirir.
    - bələdiyyələrin fəaliyyətinin təşkil edilməsinə kömək və onlara metodoloji yardım göstərilməsi üzrə tədbirlər görür və onların fəaliyyətinə inzibati nəzarəti həyata keçirir;
    -  Nazirliyin səlahiyyətlərinə aid edilmiş cinayətlər üzrə ibtidai istintaqı aparır;
    - mülki, ailə və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardımın göstərilməsində iştirak edir;
    -  Bu Əsasnamə ilə müəyyən edilmiş hallarda müvafiq məhkəmələrlə iş aparır;
    - yerli ədliyyə qurumlarının və müvafiq məhkəmələrin informasiya texnologiyaları üzrə məsələlərinin həllində iştirak edir və bu sahədə işi Nazirliyin İnformasiya-kommunikasiya texnologiyaları idarəsi ilə əlaqələndirir;
    -  kommunikasiya strategiyasının həyata keçirilməsində iştirak edir;
    -  qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
    Hazırda respublika üzrə Ədliyyə Nazirliyinin on bir regional idarəsi fəaliyyət göstərir. Lənkəran Regional Ədliyyə İdarəsinin ərazi yurisdiksiyasına Lənkəran, Lerik, Astara, Masallı, Yardımlı və Cəlilabad rayonları daxildir. Ədliyyə Nazirliyi rəhbərliyinin diqqət və qayğısı sayəsində idarənin tam fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılaraq idarə inzibati bina və zəruri inventar və avadanlıqlarla təmin olunmuş, təcrübəli kadrlarla komplektləşdirilməsi istiqamətində zəruri işlər görülmüşdür.
    Sonda qeyd edirəm ki, müvafiq qanunları, nazirlik üzrə əmr və göstərişləri, idarənin Əsasnaməsini əsas götürərək idarəmizin kollektivi üzərinə düşən vəzifələri bundan sonra da böyük məsuliyyət hissi ilə yerinə yetirməyə, bizə göstərilən etimadı layiqincə doğrultmağa, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi naminə çalışacaqdır.



    Aqil Salmanov,
    Lənkəran Regional Ədliyyə İdarəsinin aparıcı məsləhətçisi,
    I dərəcəli ədliyyə qulluqçusu.




    “Yeni həyat” qəzeti
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    2. 15:25 MASALLI RAYONUNUN SOSİAL İQTİSADİ İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ AÇIQLANMIŞDIR - STATİSTİKA
    3. 07:36 Boradigah qəsəbəsində şəhid ailəsi üçün təmir edilən evə baxış keçirilib
    4. 07:35 Rayon rəhbəri Boradigah qəsəbəsində görülən işlərlə tanış oldu
    5. 11:53 Ana dilimiz tarixdən gələn səsimizdir
    6. 23:30 Ana dilimiz tarixdən gələn səsimiz, gələcəyə gedən yolumuzdur
    7. 16:27 Rayon rəhbəri xəstəxanada şəhid ailəsini ziyarət etdi-01.08.2025
    8. 23:30 Prezident İlham Əliyev Azərbaycan dili haqqında
    9. 18:43 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 15-31 iyul 2025-ci il
    10. 18:41 Masallının yollarında təmir işləri davam etdirilir 15-31 iyul 2025
    11. 18:38 Masallıda 15-31 iyul 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    12. 18:09 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 iyul 2025
    13. 11:43 Rayonun Kolatan-Xanalıyan avtomobil yolu bərpa edilir
    14. 11:24 Masallıda rayon rəhbərinin şəhidlərə diqqəti 30.07.2025
    15. 11:22 Masallıda rayon rəhbərinin 31 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    16. 16:37 Dil - insanları birləşdirən ünsiyyət vasitəsidir
    17. 15:46 Masallı DAİM-də dəyirmi masa
    18. 16:17 Masallıda kartofçuluq və taxılçılıqla bağlı müşavirə
    19. 17:53 Rayonun Çayqıraq kəndinin yolu təmir edilir
    20. 17:50 Masallıda şəhid Sübhan Həsənovun doğum günü anılıb
    21. 15:28 Masallıda rayon rəhbərinin şəhid ailələri ilə növbəti görüşü-25.07.2025
    22. 13:37 Masallıda 2025-cü ilin avqust ayına olan səyyar-görüş qəbulları barədə
    23. 17:30 Masallıda “II Regional Gənclər Festivalı” keçirilmişdir
    24. 10:45 Masallıda rayon rəhbərinin 24 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 19:34 Prezident İlham Əliyevin 3-cü Beynəlxalq Media Forumundakı Çıxışı: Yeni Reallıqlar və Qlobal Media Perspektivi
    26. 16:35 III  Şuşa Qlobal Media Forumu təkcə regional deyil, eyni zamanda, beynəlxalq əhəmiyyət daşıyan bir platforma kimi çıxış etdi
    27. 15:10 Masallının Yeyənkənd kəndində 23 iyul 2025-ci il tarixdə səyyar qəbul
    28. 15:05 Masallının Yeyənkənd ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 23.07.2025
    29. 11:05 III Şuşa Qlobal Media Forumu Qlobal baxışların kəsişdiyi strateji platformadır
    30. 23:30 Azərbaycan sağlam əməkdaşlığa hər zaman açıq olub
    31. 15:10 Masallıda 2025-ci ildə kartof məhsuldarlığı
    32. 14:36 Milli Mətbuat Günü ilə bağlı dəyirmi masa - MASALLIDA
    33. 13:58 Masallıda “Maariflənmə, müasirləşmə, ümummilli məqsədlərin təbliğində milli mətbuat və jurnalistikanın rolu” mövzusunda tədbir
    34. 12:03 Azərbaycan milli mətbuatının 150 illik yubileyidir
    35. 23:00 Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda çıxış etmişdir
    36. 17:30 Azərbaycan milli mətbuatının 150 illik yolu
    37. 23:30 22 İyul Milli Mətbuat Günü ilə əlaqədar
    38. 23:30 22 iyul Milli Mətbuat günü
    39. 10:06 Qəzet dövlət arxivi, dövlətçilik tarixidir
    40. 23:00 22 iyul Milli Mətbuat Günü 
    «    Avqust 2025    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    DÜNYA XƏBƏRLƏRİ