• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycan Ədliyyəsi davamlı inkişaf yolunda

    Azərbaycan Ədliyyəsi davamlı inkişaf yolunda

      Azərbaycan Ədliyyəsi davamlı inkişaf yolunda

    Redaksiyaya məktub gəlib

     
    Ədliyyə fəaliyyətinə şərqin ilk demokratik dövləti olan Azərbaycan xalq cumhuriyyətində xüsusi əhəmiyyət verilmiş, 1918-ci il may ayının 28-də cumhuriyyətin yarandığı gündə Ədliyyə nazirliyi yaradılmış, həmin il noyabr ayının 22-də isə onun Əsasnaməsi qəbul edilmişdir.Lakin ölkənin ədliyyə sistemi sonralar dəfələrlə dəyişikliklərə məruz qalmış və hətta müəyyən dövrlərdə ləğv edilmişdir.
    Yalnız 1970-ci ildə ümummilli lider Heydər Əliyevin ölkəyə başçılıq etdiyi dövrdə Ədliyyə nazirliyi yenidən təsis olundu və bununla da Azərbaycan ədliyyəsinin tarixində yeni mərhələ başlandı.
    Azərbaycan müstəqillik əldə etdikdən sonra xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında həyatın bütün sahələrində olduğu kimi ölkənin hüquq sistemində də ciddi islahatlar həyata keçirildi. Həyata keçirilən islahatlar çərçivəsində ədliyyə sisteminin müasir tələblər səviyyəsinə qaldırılması üçün mühüm tədbirlər görüldü, Ədliyyə Nazirliyinin üzərinə yeni mühüm vəzifələr qoyuldu. Ölkəmizdə insan haqlarının müdafiəsinə xidmət edən müstəqil məhkəmə hakimiyyətinin formalaşmasına xüsusi diqqət yetirilərək ilk dəfə hakimlərin test üsulu ilə seçimi həyata keçirildi, yeni üçpilləli məhkəmə sistemi yaradıldı. Görülmüş tədbirlər nəticəsində Azərbaycan ədliyyəsi beynəlxalq norma və prinsiplərə uyğun inkişaf yoluna qədəm qoydu, onun çoxsahəli fəaliyyətini tənzimləmək üçün yeni normativ sənədlər qəbul olundu.
    Ədliyyə işçilərində mənəvi stimul yaradılması və tarixi irsin qorunması məqsədilə Ulu Öndər Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün-22 noyabr Ədliyyə işçilərinin peşə bayramı günü müəyyən edildi.
    Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Respublika Prezidenti cənab İlham Əliyevin insan haqlarının etibarlı qorunması, hüquqi xidmətin yaxşılaşdırılması, ədalət mühakiməsinin səmrəliliyinin artırılması barədə tapşırıqlarının icrası ilə əlaqədar görülmüş tədbirlər nəticəsində Azərbaycan Ədliyyə sistemi yeni, müasir inkişaf mərhələsinə qədəm qoymuşdur.
    Ədliyyə işçilərinin qayğı və poblemlərini daim diqqət mərkəzində saxlayan Azərbacan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 aprel 2006-cı il tarixli fərmanı ilə Ədliyyə Nazirliyinin yeni Əsasnaməsi təsdiq olunaraq cəmiyyətdəki mühüm rolu təsbit edilmiş, ona hüquq-mühafizə orqanı statusu verilmişdir. Həmçinin ölkə Prezidenti tərəfindən 2006-cı ildə “ Ədliyyə orqanlarının inkişafı haqqında”, məhkəmə sisteminin müasirləşdirilməsi barədə proqram xarakterli fərmanlar imzalanması, dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında “ Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “ Məhkəmə-hüquq şurası haqqında” qanunların qəbul olunması Azərbaycan Ədliyyəsinin daha da inkişaf etməsində mühüm rol oynamışdır.
    Ədliyyə sahəsində həyata keçirilən islahatlara uyğun olaraq nazirliyin strukturunda ciddi dəyişiklər edilmiş, bir sıra qurumların funksiyaları dəqiqləşdirilmiş və statusları genişləndirilmişdir. Həmçinin qeyd edilən sənədlərdən irəli gələn məsələlərin həlli ilə bağlı ədliyyə fəaliyyətinin ayri-ayri istiqamətləri üzrə çoxsaylı normativ aktlar qəbul edilmiş, nazirlik üzrə təşkilati əmrlər verilmişdir.
    Ədliyyə sisteminin dinamik inkişafının təmin edilməsi, yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsi, maddi texniki təminatın yaxşılaşdırılması, kadr potensialının, ədliyyə orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə dövlət başçısının Sərəncamı ilə “Azərbaycan Ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Proqramın təsdiqi ədliyyə işçilərinə olan dövlət qayğısının təzahürü olmaqla onların üzərinə mühüm vəzifələr də qoymuşdur.Bu vəzifələrin yerinə yetirilməsi hər bir ədliyyə işçisinin şərəf işi olmaqla onların öz işlərinə bir daha məsuliyyətlə yanaşmalarını tələb edir.
    Həyata keçirilən islahatlar çərçivəsində yeni yaradılan qurumlardan biri də Ədliyyə Nazirliyinin regional idarələridir. Regional idarələr Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Ədliyyə orqanlarının inkişafı haqqında” 17 avqust 2006-cı iltarixli Fərmanına əsasən yerlərdə ədliyyə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi və onlara nəzarətin gücləndirilməsi, əhalinin ədliyyə orqanlarına müraciətetmə imkanlarının asanlaşdırılması, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəliliyinin artırılması məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirinin 25 iyun 2007-ci il tarixli əmri ilə yaradilmış, onların dislokasiyası və strukturu, Əsasnaməsi təsdiq edilmişdir.
    Ədliyyə sahəsində dəyşikliklər bu gün də davam etdirilir. Prezident İlham Əliyevin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə 10 fevral 2017-ci il tarixli sərəncamı ilk növbədə ölkəmizdə insan hüquqlarının daha səmərəli təmin olunmasına, humanizm prinsiplərinin geniş tətbiqinə xidmət edən bir sənəddir. Həmin sənəddən irəli gələn vəzifələr nazirliyin kollegiyasında müzakirə olunaraq müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilmişdir. Sərəncamdan irəli gələn mühüm vəzifələrdən biri cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına effektiv nəzarətin təşkili və bu məqsədlə Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin yaradılmasıdır. Bu xidmətin işinin düzgün təşkili istiqamətində Ədliyyə Nazirliyi tərəfindən zəruri tədbirlər görülməkdədir.
    2018-ci il Azərbaycan Ədliyyəsinin 100 illik yubileyi ilə əlamətdardır. Yubileyə hazırlıq məsələsi Ədliyyə Nazirliyinin 27 iyul 2017-ci il tarixli Kollegiya iclasında müzakirə olunmuş, 100 illik yubileyin təntənəli və geniş qeyd olunması, bu tədbirlərin mütəşəkkil keçirilməsi məqsədilə Təşkilat Komitəsi yaradılmış, yublieyin qeyd olunması ilə bağlı Tədbirlər Planının qısa müddətdə hazılanaraq rəhbərliyə təqdim olunması Təşkilat Komitəsinə tapşrılmışdır.
    Bütün ədliyyə işçilərini 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü və qarşıdan gələn Azərbaycan Ədliyyəsinin 100 illik yubileyi münasibətilə təbrik edir, onlara işlərində yeni-yeni uğurlar arzu edirəm.
                                                      Çingiz CAVADOV,
    Lənkəran regional ədliyyə idarəsinin baş məsləhətçisi,
    kiçik ədliyyə müşaviri.
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    2. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    3. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    4. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    5. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    6. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    7. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    8. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    9. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    10. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    11. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    12. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    13. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    14. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    15. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    16. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    18. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    19. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    20. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    21. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    22. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    23. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    24. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    25. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    26. 11:15 DİQQƏT! DİQQƏT!
    27. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    28. 13:51 Masallı rayonunun 95-ci ili
    29. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    30. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    31. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    32. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    33. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    34. 15:25 MASALLI RAYONUNUN SOSİAL İQTİSADİ İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ AÇIQLANMIŞDIR - STATİSTİKA
    35. 07:36 Boradigah qəsəbəsində şəhid ailəsi üçün təmir edilən evə baxış keçirilib
    36. 07:35 Rayon rəhbəri Boradigah qəsəbəsində görülən işlərlə tanış oldu
    37. 11:53 Ana dilimiz tarixdən gələn səsimizdir
    38. 23:30 Ana dilimiz tarixdən gələn səsimiz, gələcəyə gedən yolumuzdur
    39. 16:27 Rayon rəhbəri xəstəxanada şəhid ailəsini ziyarət etdi-01.08.2025
    40. 23:30 Prezident İlham Əliyev Azərbaycan dili haqqında
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ