• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda “Beynəlxalq Qız Övladları Günü”nə həsr olunmuş tədbir

    Masallıda “Beynəlxalq Qız Övladları Günü”nə həsr olunmuş tədbir


    Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyi və Masallı Qadın Resurs Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri çıxış sözü ilə açan Masallı Qadın Resurs Mərkəzinin rəhbəri Nərgiz Muxtarova Beynəlxalq Qız Övladları Gününün keçirilməsində əsas məqsəd, diqqətin qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrı-seçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltmək olduğunu vurğulayıb.Sonra GİKM-in Masallı nümayəndəliyinin direktoru Aynur Tağıyeva ssenaristi və rejissoru GİKM-in Masallı nümayəndəliyinin Layihələr və tədbirlər üzrə mütəxəssisi Məlik Nuriyev olan, qadınlara qarşı qərəz və stereotiplərin nəticələndirdiyi psixoloji zorakılığın qadınların sosial həyatına təsirindən bəhs edən "Qırmızı xətt" adlı videoçarxı təqdim edib, bu mövzuda görülən işlərdən, qızların ictimai həyatda iştirakçılığının artırılmasının vacibliyindən söz açıb.

    Çıxış üçün söz Milyoner Kadınlar Akademisi, Liderler ve Satışta Beyin Gücü Akademisinin qurucusu, mentor Günel Məmmədovaya ötürülüb. Günel xanım çıxışı zamanı öz biznesinə gedən yolda qarşılaşdığı maneələrdən və bu maneələrə necə qalib gəlməsindən bəhs edib. Eyni zamanda bütün bu uğurları kənddən çıxmadan bacardığını vurğulayan Günel xanım 15 oktyabr tarixinin Ümumdünya Kənd Qadınları Günü kimi qeyd olunmasından, bu günün yaranması və əhəmiyyətindən də danışıb.

    Daha sonra "TEDx" formatında kəndli qadının uğur hekayəsindən bəhs edən videoçarx nümayiş etdirilib.
    Diskussiya şəklində davam edən tədbirdə çıxış edən Masallı Dövlət Regional Kollecinin tələbəsi Səbinə İbrahimova öz təhsil həyatından, təhsil almaq üçün göstərdiyi əzmdən danışıb. Heç bir çətinliyin qadınların uğur qazanmasına təsir edə bilməyəcəyini, uğurun sirrinin arzu etmək, arzuların uğrunda əzmlə çalışmaq olduğunu vurğulayıb.

    Sahibkar xanımlardan olan Yeganə Eynullayeva xanımların sahibkarlıq fəaliyyətində də digər istiqamətlərdə olduğu kimi uğurlu ola bildiklərindən, ailə ilə və karyeranın paralel olaraq uğurlu şəkildə idarə oluna bildiyindən söz açıb.
    Gənc müəllim Rəmziyyə Əliyeva qızlar üçün təhsil almağın vacibliyindən bəhs edib.

    Eyni zamanda Masallı Qadın Resurs Mərkəzinin qadınlar üçün yaratdığı imkanlardan danışıb, gənc qızları bu imkanlardan yararlanmağa səsləyib.

    Masallı Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə isə qızların öz hüquqlarını bilməsinin vacibliyindən danışıb.

    Tədbir çay süfrəsi ətrafında səmimi söhbət ilə yekunlaşıb.




    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    2. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    3. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    4. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    5. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    6. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    7. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    8. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    9. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    10. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    11. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    12. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    13. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    14. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    15. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    16. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    18. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    19. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    20. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    21. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    22. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    23. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    24. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    25. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    26. 11:15 DİQQƏT! DİQQƏT!
    27. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    28. 13:51 Masallı rayonunun 95-ci ili
    29. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    30. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    31. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    32. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    33. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    34. 15:25 MASALLI RAYONUNUN SOSİAL İQTİSADİ İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ AÇIQLANMIŞDIR - STATİSTİKA
    35. 07:36 Boradigah qəsəbəsində şəhid ailəsi üçün təmir edilən evə baxış keçirilib
    36. 07:35 Rayon rəhbəri Boradigah qəsəbəsində görülən işlərlə tanış oldu
    37. 11:53 Ana dilimiz tarixdən gələn səsimizdir
    38. 23:30 Ana dilimiz tarixdən gələn səsimiz, gələcəyə gedən yolumuzdur
    39. 16:27 Rayon rəhbəri xəstəxanada şəhid ailəsini ziyarət etdi-01.08.2025
    40. 23:30 Prezident İlham Əliyev Azərbaycan dili haqqında
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ