• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycan və Gürcüstan əməkdaşlıq əlaqələrini dərinləşdirməlidirlər

    Azərbaycan və Gürcüstan əməkdaşlıq əlaqələrini dərinləşdirməlidirlər


    Azərbaycanlılar və gürcülər tarixən qonşu xalqlar olaraq hər zaman səmimi dostluq münasibətləri saxlayıblar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabrın 24-də Gürcüstana işgüzar səfəri çərçivəsində dövlətimizin başçısına Mçxeta rayonundakı Muxrani sarayında yaradılmış “Qarabağ xanlığının irsi” sərgisinin təqdim edilməsi isə ölkələrimiz arasında əlaqələrin də məhz bu dostluq münasibətləri əsasında qurulduğunun daha bir təsdiqidir .
           
    Prezident İlham Əliyevin Gürcüstana bu səfəri ölkələrimiz və xalqlarımız arasındakı dostluq və qardaşlıq münasibətlərinin daha da inkişafına yeni təkan verəcək: Gürcüstan və Azərbaycan arasında əməkdaşlıq müsbət dinamika ilə inkişaf edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Gürcüstanın Baş naziri cənab İrakli Qaribaşvilinin mətbuata verdikləri bəyanatlarda da bu fakt öz təsdiqini bir daha tapıb. Möhtərəm dövlət başçımızın qeyd etdiyi kimi, ölkələrimiz arasındakı münasibətlər çox dərin ənənələr üzərində qurulub. Bu gün isə strateji tərəfdaşlıq əlaqələrimiz artıq müttəfiqlik səviyyəsinə qalxıbdır. Azərbaycan və Gürcüstan arasında bir çox sahələr üzrə fəal əməkdaşlıq əlaqələri mövcuddur. Ölkələrimiz həm beynəlxalq təşkilatlar çərçivəsində,  həm də ikitərəfli formatda daim bir birini dəstəkləyirlər. Azərbaycan-Gürcüstan əməkdaşlığı regional əhəmiyyət kəsb etməklə, bir çox icra olunan birgə layihələr həm də təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət kəsb edir.

    Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr ölkələrimiz arasındakı əməkdaşlığı daha da gücləndirir. Qeyd edildiyi kimi, Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub. Bu sərmayə qarşılıqlı faydalı sərmayədir, çünki hər iki tərəfin maraqlarına cavab verir. Aydındır ki, ölkələrimiz arasındakı əməkdaşlığın ən vacib strateji istiqamətlərindən biri də enerji sahəsindəki əməkdaşlıqdır. Bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Memorandumun müddəalarına əsasən növbəti 5 ildə Azərbaycanın Avropaya qaz ixracını iki dəfə artıracağı nəzərdə tutulur. Eyni zamanda da gələn il Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə ixrac artırılacaq.
                 
    Prezident İlham Əliyevin oktyabrın 6-da Praqaya səfəri zamanı “Avropa siyasi birliyi” Zirvə Toplantısında Cənubi Qafqazda əməkdaşlıq formatının yaradılması barədə irəli sürdüyü təşəbbüsün əhəmiyyətini bütün region üçün gözəl perspektivlər vəd etdiyini vurğulayıb. Cənab Prezident İlham Əliyevin yürütdüyü siyasətin əsasında ilk növbədə insan amilinin durduğu heç kim üçün sirr deyil. Həm dövlət başçımızın humanistliyi heç də yalnız Azərbaycan vətəndaşlarına münasibətdə özünü göstərmir. Azərbaycan Prezidentinin bütün təşəbbüslərində hər zaman region ölkələrinin və qonşu dövlətlərin də xalqlarının maraqları nəzərə alınır. Bu baxımdan cənab Prezident İlham Əliyevin Praqada irəli sürdüyü Cənubi Qafqazda əməkdaşlıq formatının yaradılması barədə təşəbbüs də bütün region üçün həyati əhəmiyyət kəsb edir. Təbii ki, bunun üçün ilk növbədə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmalıdır.

    Azərbaycan xoş məramını nümayiş etdirərək beş əsas prinsipdən ibarət təkliflərini Ermənistan tərəfinə təqdim edib. Əgər prinsiplər qəbul olunsa, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda, əməkdaşlıq üçün yeni və əlverişli imkanlar yaranacaqdır. Dövlət başçımızın dediyi kimi, əgər Ermənistan tərəfi Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinə başlamağa hazırdırsa, ölkəmiz buna hazırdır.



    Rusif Kərimov,
    Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi




    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 18:19 150 yaşlı milli mətbuatımız və biz
    2. 16:47 Boradigah qəsəbəsində çay və suaparıcı kanallarda təmizlik işləri aparılır 
    3. 16:45 Rayonun Xıl-Sirəbil yolu təmir edilir
    4. 16:43 Masallı rayonunun Şərəfə kəndində mühüm infrastruktur yeniliklər
    5. 15:15 Masallıda rayon rəhbərinin 17 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    6. 22:16 Masallıda rayon rəhbəri Dəmirçi kənd məscidində aparılan əsaslı təmir işləri ilə tanış oldu
    7. 14:57 Masallının Bədəlan ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 16.07.2025
    8. 12:51 Masallının Bədəlan ərazisinin Aşurlu kəndində 16 iyul 2025-ci il tarixdə səyyar qəbul
    9. 12:47 Masallı rayon İcra Hakimiyyətinə baş məsləhətçi təyinatı
    10. 16:13 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 iyul 2025-ci il
    11. 16:12 Masallıda abadlıq və xeyriyyə işləri 01-15 iyul 2025
    12. 16:09 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 iyul 2025
    13. 16:08 Masallıda taxıl biçini başa çatdı
    14. 16:05 Masallıda “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimat mərasimi 
    15. 10:07 Rayon rəhbəri Ərəb kəndində şəhid övladını doğum günü münasibəti ilə evində ziyarət etdi
    16. 16:04 Yanğın nəticəsində zədələnən su kəməri təmir olunur
    17. 16:00 Masallıda şəhid Anar Novruzovun xatirəsi anılıb
    18. 15:45 Masallıda "Aprel döyüşləri şəhidlərinin qəhrəmanlığının tərənnümü" adlı tədbir
    19. 13:18 Rayon rəhbəri Masallı şəhərində şəhid məzarını və ailəsini ziyarət etdi
    20. 13:14 “Bakinski raboçi” qəzetinin redaksiyası” MMC və “Xalq” qəzetinin redaksiyası” MMC formalaşdırılır - FƏRMAN
    21. 09:25 Masallı şəhər ərazi nümayəndəliyinə təyinat
    22. 09:12 AZƏRBAYCAN MİLLİ MƏTBUATI ƏKİNÇİ-150
    23. 17:46 AZƏRBAYCANIN AQRAR RESPUBLİKADAN SƏNAYE 
    24. 17:44 “1969-2003-cu illərdə Azərbaycanın siyasi, iqtisadi və hərbi qüdrətinin inkişafında Heydər Əliyevin rolu”  
    25. 17:42 Masallıda xeyriyyəçilərin dəstəyi ilə yeni evlər tikilir
    26. 17:41 Masallıda rayon rəhbərinin 10 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    27. 16:47 Masallının Şərəfə ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 09.07.2025
    28. 16:43 Masallının Şərəfə kəndində 09 iyul 2025-ci il tarixdə səyyar qəbul
    29. 16:38 Ələt-Astara avtomobil yolunda təmizlik ənənəsi davam edir
    30. 16:36 Masallı rayonunda kənddaxili yollarda təmir işləri davam etdirilir 
    31. 16:34 Sağlam cəmiyyət və sağlam gələcək naminə”
    32. 22:23 İki əsgərin bir masalı...
    33. 17:23 Masallı rayonunda çəltik əkini
    34. 14:41 XANKƏNDİ SAMMİTİ AZƏRBAYCANIN SİYASİ GÜCÜNÜN TƏCƏSSUMUDUR
    35. 17:21 Tarixin səssiz şahidinə yeni baxış- Eminli küp qəbri -Antike Welt-Zeitschrift fur Archäologie und Kulturgeschichte “ jurnalında
    36. 16:29 Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq miqyasda tanınmasının göstəricisi
    37. 23:30 Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib
    38. 23:30 İyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilib
    39. 16:22 Masallıda “Aşura günü” qanvermə aksiyası təşkil olundu
    40. 12:07 Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunur
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ