• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında çıxışı

    Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında çıxışı

    [spoiler][/spoiler]

    ... 20 Yanvar faciəsi dövründən il yarımdan çox vaxt keçir. Bu gün burada da, bu salonda cürbəcür söhbətlər gedir. Bir qrup bir fikirdədir, məndən qabaq çıxış edən Rəhimov başqa fikirdədir. Mən sual verirəm Ali Sovetin sədri Elmira Qafarovaya, Azərbaycan Prezidenti Ayaz Mütəllibova. Nə üçün indiyə qədər bu məsələyə siyasi qiymət verilməyib? Tamerlan Qarayevin verdiyi arayışla mən razı ola bilmərəm. Çünki bu məsələnin həm siyasi tərəfi var, həm hüquqi tərəfi var. Bu məsələyə dərhal siyasi qiymət vermək olardı. O ki qaldı məsələnin hüquqi cəhətinə, ayrı-ayrı adamların məsuliyyətə cəlb olunmasına, onu şübhəsiz ki, istintaq yolu ilə aydınlaşdırmaq lazımdır. Buna siyasi qiymət verilmədiyinə görə başqa tədbirlər həyata keçirmək olmur. 

    Elmira Qafarova: Verilib, sessiyada, ayın 20-də.
    Heydər Əliyev: Bəs verilibsə, kim bu hərbi təcavüzün günahkarıdır? Bu günləri deyirlər ki, Yazov, Kryuçkov, Bakatin, Girenko, Qorbaçov. Bu doğrudur. Bəs Azərbaycan rəhbərliyindən kimdir günahkar? Bəli, bu şəxslər də məlumdur. Vəzirov, Qafarova, Mütəllibov və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin başqa üzvləri. Bəli, əgər başqa adamlar da günahkardırsa, aydınlaşdırmaq lazımdır. Başqa qüvvələr də günahkardırlarsa, demokratik qüvvələr, Xalq Cəbhəsi, onlara da siyasi qiymət vermək lazımdır. 

    Bunları aydınlaşdırmayana qədər Azərbaycanda siyasi sabitliyi əldə etmək olmaz. Əgər bu məsələyə siyasi qiymət verilibsə, Ayaz Mütəllibovdan xahiş edirəm desin, nə üçün Qorbaçov 3 nazirin təyin olunması barədə 9 respublikanın rəhbərlərindən razılıq alarkən, Ayaz Mütəllibov Bakatinin Dövlət Təhlükəsizliyi Komitəsinə sədr təyin olunmasına etiraz etməmişdir? Əgər edibsə, bəs niyə çıxışında demədi? Nə üçün 20 Yanvar faciəsinin günahkarlarından biri olan Vəzirov Azərbaycan Respublikasından Xalq Deputatları Qurultayını hazırlama Komissiyasına üzv seçilibdi? Onu ora kim təqdim edib? Azərbaycan Respublikasının rəhbərləri əgər bunu ediblərsə, onlar Azərbaycan xalqının qarşısında günah edirlər, mən bunu tam açıqlığı ilə demək istəyirəm.

    Bütün bu məsələləri aydınlaşdırmadan - şübhəsiz ki, mən də çıxış edən deputatların təklifləri ilə razıyam - Azərbaycanda prezident seçkiləri keçirmək olmaz. Sonra Azərbaycan Respublikası Ali Soveti deputatlarının əksəriyyəti, tam əksəriyyəti kommunist olduqlarına görə, Kommunist Partiyasının rəhbər orqanlarında fəaliyyət göstərən adamlar parlamentə deputat seçildiklərinə görə və Azərbaycan Kommunist Partiyası çox şeylərdə günahkar olduğuna görə mən hesab edirəm ki, Azərbaycan Respublikasının parlamenti buraxılmalıdır və yenidən seçkilər aparılmalıdır. Mən belə kəskin çıxış edərkən düşünürəm ki, indi mənim çıxışımdan sonra xüsusi hazırlanmış adamlar çıxıb mənim əleyhimə sözlər deyəcəklər. Mən bu sözlərə öyrənmişəm. Ona görə də heç narahat olmayın. Mən öz vicdanım qarşısında cavabdeh olaraq bu gün bu çıxışı edirəm.


    29 avqust 1991-ci il


    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    7. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    8. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    10. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    11. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    12. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    13. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    14. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    15. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    16. 12:28 Vətənə xidmətdə keçən ömür
    17. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    18. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    19. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    24. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    26. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    27. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    28. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    29. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    30. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    31. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    32. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    33. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    34. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    36. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    37. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    38. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    39. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ