• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Xalq deputatı Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 20 noyabr 1990-cı il tarixli sessiyasında çıxışı

    Xalq deputatı Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 20 noyabr 1990-cı il tarixli sessiyasında çıxışı

     
    Mən istəyirəm ki, bu məsələ (1990-cı il 19-20 Yanvar Bakı hadisələri) barəsində öz fikrimi deyim. Bu məsələnin meydana gəlməsi tarixi böyükdür. Aydındır ki, 1988-ci ildən Bakıda milli hərəkat başlayıb. Və bu milli hərəkatın boğulmasına bir neçə dəfə - həm Azərbaycan KP rəhbərliyi, həm də ümumittifaq rəhbərliyi cəhd edibdir. Bir qrup adam həbs olunub, cəzalar çəkib, məhrumiyyətə uğrayıblar və burada qarşılıqlı mübarizə gedib. Ancaq bunlara baxmayaraq, ümumxalq hərəkatı inkişaf edib, o, daha da güclənib və Azərbaycanda bu xalq hərəkatının inkişaf edib güclənməsinin ən böyük təkanvericisi də Dağlıq Qarabağ Muxtar Vilayətində yaranmış vəziyyət, onun ətrafında olan məsələlər və ümumiyyətlə, bu məsələnin yaranması ilə əlaqədar bizim respublikaya mərkəz tərəfindən göstərilən ədalətsiz münasibətdir.
    Bunlar xalq hərəkatına təkan verib və onu inkişaf etdiribdir. Təəssüf ki, mən belə fikirdəyəm, birinci növbədə respublikanın rəhbərliyi, Azərbaycan KP-nin rəhbərliyi bu məsələni düzgün araşdıra bilməyib, bunlara düzgün qiymət verməyib, öz şəxsi mövqelərini müdafiə etmək üçün cürbəcür qeyri-qanuni, qeyri-hüquqi üsullara əl atıb və beləliklə, xalq hərəkatına zərbə vurmağa çalışıbdır.
    Bu xalq hərəkatı ilə əgər əvvəldən dil tapılsaydı, söhbət aparılsaydı, rəhbərlik xalqla dialoqa girə bilsəydi, şübhəsiz ki, çox məsələlərin qarşısı alınardı və 1989-cu ilin dekabrında və 1990-cı ilin yanvarında Bakıda və ümumiyyətlə, Azərbaycanda olan faciəvi hallar baş verməzdi. Bunlar olmayıb. Və burada da Azərbaycan KP rəhbərləri ümumittifaq siyasi rəhbərləri ilə bir olublar, onlarla birgə hərəkət ediblər, onlarla birlikdə xalq hərəkatını boğmaq, Azərbaycanda diktatura üsuli-idarəsini möhkəmləndirmək niyyətində olublar.

    İkinci tərəfdən, mən hesab edirəm ki, bir tərəfdən demokratiyanın inkişafı barədə car çəkən ümumittifaq siyasi rəhbərlərinin və onlarla birlikdə Azərbaycan Kommunist Partiyasının rəhbərlərinin ikiüzlülük edərək, xalqa xəyanət edərək, xalq hərəkatını boğmaqla, tutduqları vəzifədə qalmaları cinayətdir. Bundan danışmaq lazımdır. Bunun tarixini təhlil etməyə tarixçilərimiz də, böyük adamlarımız da var. Şübhəsiz ki, Azərbaycan xalqı öz tarixini çox dərindən təhlil etməlidir. Bütün keçən dövrlərə baxıb hamısına düzgün qiymət verməlidir.

    Ancaq indi söhbət ondan gedir ki, münasibət nədir? Münasibət də ondan ibarətdir ki, 19-20 Yanvar 1990-cı il hadisələri, Bakıda baş vermiş hadisələr faciəvi hadisədir və mən belə hesab edirəm ki, Azərbaycanın 1920-ci ildən sonrakı tarixində belə faciəvi hadisə olmamışdır. Bu, xalqın böyük hiddətini doğurmuşdur. Xalq matəm vəziyyətinə gəlib çıxmışdır. İndi on bir aydır ki, xalq matəm içindədir. Bunu açıq-aydın demək lazımdır.

    Nə üçün bu məsələ meydana gəlib - mən bunu dedim. Bunun qarşısı alına bilərdimi? Şübhəsiz ki, alına bilərdi. Əgər respublikanın siyasi rəhbərləri xalqla əlaqəyə girsəydilər, xalqla bir olsaydılar, xalqla dil tapsaydılar və xalqın dediyi sözləri eşitsəydilər və onlarla hesablaşsaydılar. Ancaq bunlar olmayıb. Respublikanın rəhbərləri Moskvanın, Qorbaçovun müdafiəsinə arxayın olaraq xalqı boğmağa, əzməyə çalışıblar. Və buna da nail olublar.

    Mən hesab edirəm ki, bunların qarşısı alına bilərdi. Bu faciə baş verməyə bilərdi. Xalqımız bu günə düşməyə bilərdi.

    Mən belə hesab edirəm ki, 19-20 Yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir.

    Mən belə fikirdəyəm ki, Böyük Vətən müharibəsi qurtarandan sonra Sovetlər İttifaqında, ölkənin daxilində - heç bir yerdə, heç bir regionda bu qədər, bu miqyasda qanlı qırğın olmamışdır. Bunu da edib sovet ordusu. Və bunun nə qədər böyük miqyasda olmağını onunla da ölçmək olar ki, bu hərbi aksiyanın həyata keçirilməsi üçün SSRİ müdafiə naziri Yazov, SSRİ daxili işlər naziri Bakatin vaxtından qabaq gəlib Bakıda oturub, bu əməliyyatlara rəhbərlik ediblər. Müharibə vaxtı hərbi nazir az-az cəbhəyə gedirdi, ancaq görün bu hərbi əməliyyata bunlar nə qədər böyük fikir veriblər, bunun miqyası nə qədər böyük olubdur ki, marşal Yazov gəlib Bakıda oturub və bu əməliyyata rəhbərlik edibdir.

    Demək, bu, Azərbaycan xalqına qarşı göstərilən hərbi təcavüzdür, təhqirdir, Azərbaycan xalqının qarşısında cinayətdir. Və mən şəxsən bu hadisələri eşidərkən, yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gedib öz fikrimi söyləmişəm, bütün bu aksiyanı, bu əməliyyatı pisləmişəm. O vaxt demişəm, indi də təkrar edirəm: bu, xalqın əleyhinə olan əməliyyatdır, demokratiyanın əleyhinə olan əməliyyatdır, hüquq normalarının əleyhinə olan əməliyyatdır, mürtəce bir əməliyyatdır. Mən bu fikirdəyəm və buna belə də qiymət vermək lazımdır.

    Azərbaycan xalqı üçgünlük matəm elan etmişdi. Şəhidlər Azərbaycan paytaxtının görkəmli yerində dəfn olunmuşlar. Bəs qatillər kimdir? Nə üçün indiyə qədər bu qatillər meydana çıxmayıbdır? Onların heç biri həbs olunmayıb, heç biri xalqa göstərilməyib. Bu necə olur? Əgər biz şəhidləri görürüksə, onların qəbirlərinin üstünə gündə minlərlə adam gedirsə, bəs bunların qatilləri kimlərdir? Bunlar nə üçün indiyə qədər kənarda qalıblar? Bu, çox təəccüblü məsələdir. Bu, xalqı incidir, narahat edir, hər bir adamda bu sualı vermək hüququ yaradır. Mən şəxsən bu sualı verirəm, ancaq cavab ala bilmirəm.

    Bir sözlə, bu hadisə olub. Azərbaycan xalqının başına bu bəla gəlib. Faciə baş verib. Bu, məsələnin bir tərəfidir. İkinci tərəfi, bəs bu məsələlərə nə üçün indiyədək siyasi qiymət verilməyib? Bu məsələ gündəliyə salınarkən mən belə başa düşdüm ki, deputatlar buna siyasi qiymət verəcəklər.

    Məlumdur ki, yanvarın 22-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyası olmuşdur. O sessiyada çox ciddi söhbətlər getmiş və bu hərbi əməliyyat, bu təcavüz pislənmişdir. Ancaq o sessiyanın işi kəsilmiş, indiyə qədər bərpa olmamışdır. Ondan sonra Ali Sovetin bir neçə dəfə sessiyaları keçib, ancaq bu məsələ tamamilə kənarda qalıb. Elə bil ki, Azərbaycan xalqının başına heç belə bəla gəlməyib. Sonra komissiya yaranıb. Mən mətbuatda oxumuşdum ki, yanvar hadisələrinin başvermə səbəblərini və günahkarlarını təyin etmək üçün böyük bir deputat komissiyası yaranıb və onun da başında SSRİ xalq deputatı, akademik Abbasov durur. Ancaq indiyə qədər bu komissiya öz fikrini bildirməyib, bu komissiyanın işi müzakirə olunmayıb, xalq bu barədə bir şey bilmir. Eyni zamanda Azərbaycan KP MK da, mən mətbuatdan bildim ki, bu barədə komissiya yaradıbdır. Eşitdiyimə görə, MK katibi Daşdəmirov o komissiyanın sədridir. Ancaq bu komissiyanın işindən də xəbər yoxdur. Bax, iş burasındadır, yoldaşlar. Olan olub, başımıza gələn bəla gəlib, millət əzilib, millətə qarşı təcavüz olub, ancaq indiyə qədər Azərbaycan xalqının həyatında baş vermiş bu böyük faciəvi hadisəyə siyasi qiymət verilməyib və bunun günahkarları meydana çıxarılmayıbdır. Doğrudan da, faciəvidir.

    Dünən buraya bir qrup artist gəlmişdi. Afaq Bəşirqızı orada çıxış edirdi. Bizim gənc aktrisalardandır. O özü deyirdi ki, bu hadisənin şahidi olubdur. O, Tbilisi prospektində yaşayır. Deyir, mən gecə saat 12-dən sonra çıxdım balkona, gördüm tanklar adamları necə əzir. Güllələri atırdılar evlərə. Bizim qonşunun balkonuna neçə güllə dəyib. Dinc şəraitdə yaşayan azərbaycanlılara nə üçün belə xəyanət olub? Bunların hamısının indi üstü örtülüb-basdırılıb. Heç kəs bu haqda danışmaq istəmir, mən demək istəyirəm ki, rəsmi dairələrdən. Elə bil ki, Azərbaycan xalqının başına belə bir iş gəlməyibdir.

    Ona görə mən belə fikirdəyəm ki, indi oxunan bəyanatın üzərində ciddi surətdə işləmək lazımdır. Onu genişləndirmək lazımdır. Çıxışlarla əlaqədar əlavələr etmək lazımdır. Burada əsas tələb ondan ibarətdir ki, biz özümüz bu hadisələrə qiymət verməli, Azərbaycan xalqına qarşı olan bu təcavüz əməliyyatını pisləməliyik. Və eyni zamanda, Azərbaycan Respublikasının ali hakimiyyət orqanından tələb etməliyik ki, qısa müddətdə, yaxud heç olmasa növbəti sessiyada bu məsələ müzakirə olunsun. Yanvar hadisələrinə siyasi qiymət verilsin və bu hadisənin günahkarları - kim olursa-olsun, Qorbaçovdan tutmuş aşağı, respublika rəhbərlərinə kimi, keçmiş, ya indiki - fərqi yoxdur, bu xalqdır, xalqa qarşı cinayətdir, - cəzalandırılsın. Bir nəfəri öldürənə qanunlara görə ən yüksək cəza verirlər. Ancaq burada gör nə qədər adam həlak olubdur - bir nəfər günahkar meydana çıxmayıbdır. Bu qədər qanunsuzluğa, demokratiyanın bu qədər pozulmasına dözmək olmaz. Ona görə bu məsələyə biz özümüz siyasi qiymət verməliyik, respublikanın ali hakimiyyət orqanından tələb etməliyik ki, buna baxsın və günahkarlar cəzalandırılsın.



    20 noyabr 1990-cı il.


    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 22:23 İki əsgərin bir masalı...
    2. 17:23 Masallı rayonunda çəltik əkini
    3. 14:41 XANKƏNDİ SAMMİTİ AZƏRBAYCANIN SİYASİ GÜCÜNÜN TƏCƏSSUMUDUR
    4. 17:21 Tarixin səssiz şahidinə yeni baxış- Eminli küp qəbri -Antike Welt-Zeitschrift fur Archäologie und Kulturgeschichte “ jurnalında
    5. 16:29 Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq miqyasda tanınmasının göstəricisi
    6. 23:30 Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib
    7. 23:30 İyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilib
    8. 16:22 Masallıda “Aşura günü” qanvermə aksiyası təşkil olundu
    9. 12:07 Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunur
    10. 23:30 İki ölkə arasındakı münasibətlərin strateji və müttəfiqlik xarakteri  
    11. 17:23 Azərbaycan və Özbəkistan dövlətləri arasında imzalanmış sənədlər mühüm əhəmiyyət kəsb edir                   
    12. 12:45 Masallıda barama tədarükü yekunlaşdı
    13. 12:40 Masallıda Məhərrəm ayı ilə əlaqədar dəyirmi masa
    14. 12:37 Masallıda rayon rəhbərinin 03 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 23:30 Azərbaycan–Özbəkistan münasibətləri: ortaq dəyərlər zəminində yüksələn strateji tərəfdaşlıq
    16. 17:04 Ziyalı işığında                                                                              
    17. 17:01 Masallının Qızılavar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 02.07.2025
    18. 16:59 Masallının Qızılavar kəndində 02 iyul 2025-ci il tarixdə səyyar qəbul
    19. 16:51 Masallıda Azərbaycan polisinin yaranmasının 107 illiyi qeyd olundu
    20. 17:07 Mahmudavar kəndində şəhid Ehtiram Abbasov adına küçəyə asfalt örtüyü döşənmişdir
    21. 17:05 Rayon rəhbəri şəhid anasını doğum günü münasibəti ilə evində ziyarət etdi
    22. 16:00 İyulun 4-də Baş prokuror Yardımlı rayonunda vətəndaşları qəbul edəcək
    23. 17:29 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-30 iyun 2025-ci il
    24. 17:28 Masallıda 01-30 iyun 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    25. 17:27 Masallının yollarında təmir işləri davam etdirilir 01-30 iyun 2025
    26. 17:25 Masallıda abadlıq və xeyriyyə işləri 01-30 iyun 2025
    27. 12:40 Masallıda 2025-cü ilin iyul ayına olan səyyar-görüş qəbulları barədə
    28. 09:39 Strateji tərəfdaşlıq əlaqələri
    29. 23:30 “8 Noyabr” elektrik stansiyasının açılışı  enerji siyasətinin yeni mərhələsidir  
    30. 23:30 Elektrik enerjisində stratejik əməkdaşlıq
    31. 18:16 Masallının Çaxırlı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 25.06.2025
    32. 18:14 Masallının Çaxırlı kəndində 25 iyun 2025-ci il tarixdə səyyar qəbul
    33. 18:08 Masallı rayon İcra Hakimiyyətinə 4 yeni təyinat
    34. 12:49 Sığdaş kəndində ziyarətgah yolu cari təmir olundu
    35. 08:41 Azərbaycan əsgərinin vətənpərvərlik ruhu  
    36. 08:37 Mütəşəkkil ordu böyük tarixi xidmətlərdən biridir
    37. 23:30 H.Əliyev və  ordu quruculuğu   
    38. 20:06 Masallıda Məhərrəm ayının başlanması ilə əlaqədar ümumrayon tədbiri
    39. 20:02 Masallıda "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş tədbir keçirilib
    40. 19:56 Qalıb Azərbaycan Ordusu
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ