• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycan dövləti bayraqlarını aid olan bütün tarixi binalara sancacaqlar

    Azərbaycan dövləti bayraqlarını aid olan bütün tarixi binalara sancacaqlar


    Fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclas keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.Cənubi Qafqazın üç ölkəsinin rəhbəri, Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilk dəfə eyni platformada çıxış edirdilər.
               
     Tarixə nəzər salsaq 1918-ci ildə Qafqazda üç müstəqil respublikanın yaradılması hadisəsi Tiflisdə baş tutmuşdu. Azərbaycan torpaqlarında dövlət quran Ermənistan öz adının üçüncü yerdə həkk olunmasını götürə bilməmiş və bu şərəfdən imtina etmişdir. 105 il öncə “Qafqaz evi” ideyasını can-başla qəbul etsəydi, nə bu müharibələr olardı, nə fəlakətlər, nə qan-qadalar.Hər zaman olduğu kimi,o zaman da ermənilərin başının altına yastıq qoyanlar, ondan öz ovu üçün  istifadə edənlər bu gün də onlara dəstək verib qızışdıranlar var. Ermənistan demək olar ki, hələ də köhnə vərdişlərdən, dostlardan əl götürmək istəmir. Azərbaycana qarşı saxta, heç bir əsası olmayan iddiaları ilə davam etməkdədir. Azacıq düşüncəsi olan şəxs, siyasətçi  anlamalıdır ki, bölgədə normal həyata qayıdış Avropa İttifaqının patrullarının, yaxud Fransa jandarmasının Ermənistana gətirilməsindən keçmir.
                 
    Münhen konfransında  ilk olaraq söz verilən də Azərbaycan Prezidenti oldu. Prezidentimiz “Avrasiyada sülhün bərqərar olmasını istəyirik. Hesab edirəm ki, Azərbaycan və Ermənistan uzun müddət çəkmiş toqquşmadan uzaqlaşmanı nümayiş etdirməli, qarşılıqlı ədavət və düşmənçiliyə son qoymalıdırlar” -deməklə bütövlükdə dünyaya sülh mesajı vermiş oldu. Daim sülh istəyən Dövlət başçımız xatırlatdı ki, Azərbaycan xalqı müharibənin nə olduğunu, onun xalqlar üçün nə dərəcədə dağıntılar və əziyyətlər gətirdiyini bilir. Bu çağırış həm də “Qafqaz evi”nin qurulması, yaraların sarılması üçün idi. Amma Paşinyan ilk çıxışında nə dedi? Müharibənin nə olduğunu bilməyən biri kimi, nağılvari danışdı. Söylədi ki, “biz öz üzərimizə düşən vəzifəni yerinə yetirsək, bu, bütün region üçün faydalı olar”
                   
    Soruşmaq lazımdır ki,nə faydalı ola bilər əsrlər boyu miznərlə insanın ölümünə səbəb olan müharibələr,  böyük işgəncələrlə qətlə yetirilən,uşaq,böyük bilməyən  soyqırımlar,dağıdılan,viran qoyulan  rayonlarımız.Budurmu Ermənilərin faydası.Paşiyan ancaq nağıl,böhtan danışa bilər,hansı ki,sonu faciəilə bitən nağıl .
                     
    Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin suallarını cavablandıraraq  Cənab İlham Əliyev qeyd etdi ki, Qarabağdakı ermənilərlə bağlı məsələ beynəlxalq tərəfdaşlarımızla razılaşdırılıb.  “Biz bunu etməyə hazırıq, lakin erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə, Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş (exported) şəxslə deyil. Ola bilsin ki, “ixrac edilmiş” düzgün ifadə deyil, mən yəqin ki, “gizli yolla keçirilmiş” ifadəsini üstün tutardım. Çünki heç kim onun Qarabağda necə peyda olduğunu, İrəvana qayıtmağa, oradan Moskvaya və yenidən İrəvana, sonra isə Qarabağa qayıtmağa necə çalışdığını və buna nail olduğunu bilmir”. Prezident xüsusilə vurğuladı ki, təkcə bu fakt blokadanın olmadığını göstərir. Digər tərəfdən, “Blokadanın olmadığını göstərən ikinci fakt ondan ibarətdir ki, dekabrın 12-dən bizim vətəndaş cəmiyyəti fəallarımız keçid məntəqəsinə gələndən indiyədək 2500-dən çox nəqliyyat vasitəsi, o cümlədən Rusiya sülhməramlılarının və Qırmızı Xaçın təmsilçilərinin yük avtomobilləri keçib. Qarabağdan demək olar ki, 100 pasiyent müalicə üçün Qırmızı Xaç tərəfindən Ermənistana aparılıb. Beləliklə, yol açıq olduğu halda biz bunu necə blokada adlandıra bilərik?! Əgər Qarabağdakı ermənilər bu yoldan istifadə etməyə çalışsalar, əminəm ki, onları heç kim dayandırmayacaq. Hazırkı vəziyyəti başa düşmək vacibdir”.
                 
     Möhtərəm Prezidentimiz hər bir ifadəni sadə və aydın faktlarla söylədi.Bundan sonra ermənilərə hansı yol lazımdır.Fakt olaraq Cənab İlham Əliyev bildirdi:” 44 gün ərzində şəhər və kəndlərimiz “İsgəndər” raketləri ilə atəşə tutulduğunda belə heç kəs döyüş meydanını tərk etmədi. Ermənistanda isə fərarilərin sayı 11 minə çatmışdı. Niyə? Ona görə yox ki, onlar döyüş meydanında uduzurdular. Ona görə ki, onların apardığı müharibə işğalçı müharibə idi. Ermənistanda doğulmuş insanlar üçün Azərbaycana gedib onlara aid olmayan torpaqdan ötrü müharibə etmək həvəsi yox idi. Bizim torpaqların azadlığı uğrunda apardığımız müharibənin nəticəsi əsas amilin həvəs olduğunu göstərdi. Silah vacibdir, taktika da vacibdir, planlaşdırma çox vacibdir. Lakin ən önəmli olan həvəsdir. Azadlıq istəyən xalqı işğal etmək mümkün deyil. Necə ki, biz 28 il gözlədik, onlar da gözləyə bilərlər. Lakin gün gələcək, onlar öz torpaqlarına qayıdacaq, işğalçını vurub çıxaracaq və öz bayraqlarını onlara aid olan bütün tarixi binalara sancacaqlar.”



    Əntiqə Tağıyeva,
    Masallı Tarix-Diyarşünaslıq Muzeyi



    “Yeni həyat” qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    7. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    8. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    10. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    11. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    12. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    13. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    14. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    15. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    16. 12:28 Vətənə xidmətdə keçən ömür
    17. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    18. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    19. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    24. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    26. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    27. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    28. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    29. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    30. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    31. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    32. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    33. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    34. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    36. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    37. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    38. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    39. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ