• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Bəşəriyyətə qarşı yönəlmiş ən qəddar soyqırımı – Xocalı faciəsi

    Bəşəriyyətə qarşı yönəlmiş ən qəddar soyqırımı – Xocalı faciəsi


    1992-ci il  ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri Xocalı şəhərində soyqırımı aktı törətdilər. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur.  Ümummilli lider Heydər Əliyev Xocalı soyqırmının on illiyi münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etdiyi kimi, “Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından hesab olunur”. Xocalı soyqırımı amansız beynəlxalq  cinayətdir. Bu səbəbdən xalqımıza qarşı yönəldilmiş bu cinayət hadisəsinin dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmış və xatırlanmışdır. Bu vaxtadək, Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir. Xocalı soyqırımı bu günə qədər ABŞ-ın 30-dan çox ştatının parlamentləri və qubernator proklamasiyaları səviyyəsində tanınıb. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir.
                 
    Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Şəhəri tərk edən əhali pusquya salındı və Naxçıvanlı və Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü. Bu kütləvi qırğın nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 dinc sakin qətlə yetirilmiş, 1275 nəfər isə əsir götürülmüşdü. Onlardan 150-nin taleyi hələ də məlum deyil. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən isə 76-sı uşaq idi.
             
    Həmin dövrdə Azərbaycana rəhbərlik edənlər Xocalı soyqırımına biganə münasibət göstərmiş, xalqımıza qarşı törədilən cinayəti ört-basdır etməyə çalışmışlar. Yalnız həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışan görkəmli dövlət xadimi Heydər Əliyev ilk dəfə Naxçıvanda Xocalı soyqırımı haqqında xüsusi bəyanat vermiş, faciəni törədənlərin və səbəbkarların məsuliyyətə cəlb olunmasını tələb etmişdir.
               
    Bu gündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq aləmdə Xocalı soyqırımının tanıdılması istiqamətində ardıcıl işlər  aparılır. Son illər Xocalı həqiqətlərinin dünyaya tanıdılması, erməni terrorçularının həyata keçirdiyi insanlıq əleyhinə cinayətlərin beynəlxalq miqyasda ifşası sahəsində xeyli iş görülüb, xarici dillərdə kitablar nəşr olunub, filmlər çəkilib, Xocalı mövzusu müxtəlif beynəlxalq tədbirlərdə gündəmə gətirilib, bununla bağlı internet saytları yaradılıb.
               
    2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.



    Vəlişov Natiq,
    Masallı Dövlət Regional Kollecin müəllimi




    “Yeni həyat” qəzeti,
    www.yeniheyet.az
     
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:54 Masallıda şəhid Zeynal Şahhüseynlinin şəhadətinin 4-cü ildönümü anıldı
    2. 16:52 Rayon rəhbəri Böyük Kolatan kəndində I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    3. 15:03 Şuşa Bəyannaməsi ilə Türkiyə-Azərbaycan  birliyinin tarixi manifesti yazıldı.
    4. 23:30 Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası  
    5. 11:48 Milli Qurtuluş fəlsəfəsinin banisi
    6. 23:30 15 İyun - Milli Qurtuluş Günü
    7. 23:30 İşğaldan azad olunmuş ərazilərin yeni infrastrukturun yaranması bərpası, yenidənqurma işləri
    8. 23:30 Mötəbərliyin, qarşılıqlı etimadın, əmanətin tərənnümü
    9. 23:30 Tarixi qələbəyə aparan yol
    10. 23:30 Real təhdidlər qarşısında qalmış suverenlik
    11. 19:21 Rayon rəhbəri I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    12. 19:18 Masallıda “Qurtuluşa gedən yol” mövzusunda konfrans
    13. 18:11 Masallıda taxıl biçini xeyriyyə aksiyası ilə başladı
    14. 18:09 Daşınmaz əmlakın sığortalanmasının faydası
    15. 18:08 Masallıda rayon rəhbərinin 12 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    16. 18:05 Masallıda Gənclər və idman naziri vətəndaşları qəbul etdi
    17. 12:45 15 iyun Milli Qurtuluş günü - milli qurtuluş ideologiyasının təntənəsidir  
    18. 12:17 ULU ÖNDƏR VƏ YOX OLMAQDAN QURTULAN AZƏRBAYCAN..
    19. 21:00 Böyük xilkaskar - Masallıda tədbir
    20. 16:56 Masallının Təzəkənd kəndində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 11.06.2025
    21. 16:25 Masallının Təzəkənd kəndində 11 iyun 2025-ci il tarixdə səyyar qəbul
    22. 15:36 15 İyun – Milli Qurtuluş Günü: Azərbaycanın Tarixində Dönüş Nöqtəsi  
    23. 11:31 Masallıda Qurban bayramı - 2025
    24. 17:17 Masallıda 5 iyun – Su Təsərrüfatı və Meliorasiya işçilərinin peşə bayramı qeyd edildi
    25. 17:14 Masallıda ət kəsim məntəqələrində dezinfeksiya işləri aparılır
    26. 14:07 Masallıda rayon rəhbəri 1 yaşlı şəhid qardaşının doğum günündə
    27. 14:05 Masallıda rayon rəhbərinin 05 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    28. 15:12 “Sağlam Məktəbli” layihəsi uğurla davam etdirilir
    29. 14:15 Masallının Hişkədərə ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    30. 14:11 Masallının Hişkədərə kəndində 04 iyun 2025-ci il tarixdə səyyar qəbul
    31. 13:55 Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir
    32. 12:55 Azərbaycanda yaşıl enerjinin həyata keçməsi istiqamətində mühüm işlər həyata keçrilməkdədir
    33. 23:00 Ölkəmizin təbii sərvətlərinin dünya iqtisadiyyatındakı yeri və rolu  
    34. 22:09 Masallıda rayon rəhbəri qalib futbolçuları qəbul edib
    35. 19:43 Masallıda “3 İyun-Ümumdünya Velosiped Günü” münasibəti ilə veloyürüş
    36. 19:39 Rayon rəhbəri Kolatan ərazisindəki əkin sahələrində
    37. 23:00 Azərbaycanın müasir enerji strategiyası-Xəzər Neft və Qaz Sərgisi
    38. 16:30 Masallıda şəhid övladlarına bayram hədiyyəsi
    39. 08:40 Prezident İlham Əliyevin 28 May 2025-ci ildə Laçında çıxış etmişdir
    40. 23:30 Azərbaycan, Türkiyə və Pakistanın sarsılmaz birliyi
    «    İyun 2025    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ