Mərkəzi Elmi Kitabxanada Xocalı soyqırımına həsr olunan sərgi açılıb
- 23-02-2018, 18:50
- Mədəniyyət
- 0
- 1 384
Mərkəzi Elmi Kitabxanada Xocalı soyqırımına həsr olunan sərgi açılıb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunan sərgi açılıb.Sərgidə müxtəlif dillərdə Xocalı soyqırımından bəhs edən kitablar nümayiş olunur. Sərgidə “Xocalı XX əsrin soyqırımı”, “Azərbaycan faciələrinin təqvimi”, “Genosid”, “Xocalı soyqırımı şahidlərin dilindən”, “Ermənistanın Azərbaycana təcavüzü və dünya siyasəti”, “Azərbaycan türklərinin Ermənistandan deportasiyası”, “Terror haqqında həqiqətlər”, “Azərbaycan faciələrinin təqvimi”, “Qarabağ”, “Ermənilər və həqiqət” və digər nəşrlər nümayiş olunur.
Sərgidə, həmçinin Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı, həmçinin Xocalı faciəsi haqqında yerli və dünya mediasında əks olunan materiallar yer alıb.
Sərgi mayın 31-dək davam edəcək.AZƏRTAC.