• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Yaddaşımıza yazılan bir faciə

    Yaddaşımıza yazılan bir faciə


    Müharibə bəşəriyyətin ən pis xəstəliyi, soyqırımı isə heç sağalmayan yarasıdır . Tarixin elə ağrı-acılı ,qanlı-qadalı səhifələri olur ki,onların dəhşətləri illər ötdükcə üzə çıxır, zaman isə yaralarının sağalmasına məlhəm olmur. Azərbaycan tarixinin qanlı səhifələrindən biri olan Xocalı faciəsi də məhz belə soyqırımıdır.
                   
    Bəli, Xocalı faciəsi mənfur düşmənimizin törətdikləri faciələrin ən dəhşətlisi ,ən müdhişi idi. Bu,bizim qan yaddaşımıza ,qəm yaddaşımıza yazılan bir faciə oldu.Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsi idi. Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində misli görünməmiş bir faciə olan Xocalı soyqırımını  törətməkdə ermənilərin bir məqsədi var idi."Dağlıq Qarabağ və digər Azərbaycan torpaqlarını ələ keçirmək ,xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq".Lakin mənfur düşmən öz niyyətinə çata bilmədi. Doğrudur, faciə bütün Azərbaycan xalqını sarsıtmış ,Xocalı sakinlərinə sağalmaz yaralar ,mənəvi zərbələr vurmuşdur. Bütün bunlara baxmayaraq xocalılar, hətta amansız soyqırımı günündə də özlərini əsl qəhrəman kimi aparmış, igidliklə vuruşmuş, düşmən qarşısında əyilməmişlər. Bəli ,onlar şücaətləri ilə xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışlar.
               
    1992-ci il fevralın 25-dən 26-na keçən gecə vəhşi erməni dəstələri Rusiya ordusunun Xankəndində yerləşən 366-cı motaatıcı alayının yardımı və iştirakı ilə silahsız və köməksiz Xocalı şəhərinə hücüm etmişlər. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən əhatə olunmuş , sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açmışlar. Az vaxt ərzində şəhərdə yanğın baş vermiş şəhər tamamilə alova bürünmüşdür. Təpədən- dırnağadək ən müasir silahlarla silahlanmış erməni quldurları bütün gecəni Xocalıya divan tutdular. Bir gecənin içərisində qədim Xocalını yerlə-yeksan etdilər.Bütün bunlarla bərabər şəhərin qəhrəman müdafiəçiləri düşmənə inadla müqavimət göstərirdilər.Düşmənlər şəhərə daxil olduqdan sonra da hər küçə,məhəllə,ev uğrunda döyüşlər davam edirdi.Xocalılar hər qarış Vətən torpağını qəhrəmanlıqla qoruyurdular.
                 
    O gecə erməni quldurları heç kimə - qocalara,qadınlara,uşaqlara,hətta südəmər körpələrə belə rəhm etmədilər.Qarlı ,şaxtalı fevral gecəsində nə qədər qız-gəlin əsir düşdü, neçə- neçə insan girov götürüldü,yüzlərlə vətəndaşımız isə azğın erməni qəsbkarlarından qurtulmaq üçün ,heç olmasa əsir düşməmək üçün əliyalın,ac-susuz meşələrə,dağlara səpələnmiş,şaxtadan məhv olmuşlar.
                   
    Bu soyqırımı bir xalqa ,bir xalqın dininə ,milliyyətinə ,bütövlükdə  bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş cinayətdir.Bütün dünyanın , bütün cinayət qanunlarının irqindən, dinindən asılı olmayaraq heç bir bəşər övladının qəbul edə bilmədiyi soyqırmdır.
                     
    Biz hər zaman bir şüarla yaşamışıq: "Erməni quldurlarının xalqımıza qarşı törətdiyi Xocalı dəhşətini heç zaman unutmayacağıq.Bu gün biz qalib gəlmiş, qisasını almış,tapdanmış qürurunu özünə qaytaran xalqıq. Bəli, 44 günlük Vətən müharibəsində təkcə torpaqlarımız azad olunmadı,həm də Xocalı faciəsinin qurbanlarının intiqamı alındı!


    Aygül Həşimova,
    C.Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi


    “Yeni həyat” qəzeti,
    www.yeniheyet.az
     
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:57 Masallıda bəzi dövlət qulluqçularına treninq keçirilmişdir
    2. 11:34 Şəhid Nurlan Əbilovun 4-cü ili anıldı
    3. 20:41 Masallıda rayon rəhbərinin 18 aprel 2025-ci il tarixli vətəndaş qəbulu
    4. 20:39 Masallıda bələdiyyələrin fəaliyyəti barədə müşavirə
    5. 15:56 Zərərçəkmiş şəxs: Xocalı soyqırımının təşkilatçıları və soyqırımına rəhbərlik edənlər zaman-zaman Ermənistanın siyasi-hərbi rəhbərliyində təmsil olunublar 
    6. 15:42 Azərbaycan Gürcüstan münasibətləri-ikitərəfli əməkdaşlığımızın inkişafı
    7. 23:30 Gürcüstan Prezidentinin Azərbaycana rəsmi səfəri çox məhsuldar keçdi
    8. 09:32 Masallıda rayon rəhbəri evi yanan vətəndaşın yeni tikilən evinə baxış keçirmişdir
    9. 23:30 Masallıda çaydan XIX əsrə aid kitablar tapılıb
    10. 23:30 Gürcüstanın Prezidentinin səfəri ikitərəfli münasibətlər üçün önəm daşıyır
    11. 16:10 Masallının Ərkivan qəsəbəsində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    12. 16:00 Masallının Ərkivan qəsəbəsində rayon rəhbərinin 16 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    13. 13:13 İnsanlara nur bəxş edən böyük alim
    14. 23:30 Dövlətlərarası əlaqələrimizin zəngin tarixi vardır
    15. 18:52 “Müxtəlifliyə qucaq açaq” – Masallıda rəsm və foto sərgisi 
    16. 18:49 Masallı rayonu ərazisində sel və daşqın təhlükəsinə qarşı qabaqlayıcı tədbirlər görülməkdədir
    17. 11:02 Gələcək talehini tibb elminə həsr etməyi qarşısına məqsəd  qoyan Akakdemik
    18. 20:00 Akademik Zərifə Əliyevanın Oftalmologiyada rolu
    19. 21:00 Gözləri və qəlbləri nurlandıran böyük şəxsiyyət
    20. 23:30 Zərifə xanım Əliyevanın Azərbaycan Dövlət  Həkimləri Təkmilləşdirmə İnstitutundakı fəaliyyəti
    21. 17:06 Masallıda rayon rəhbərinin 11 aprel 2025-ci il tarixli vətəndaş qəbulu
    22. 16:33 Antiterror əməliyyatları Azərbaycanın suverenliyini bərpa etdi
    23. 13:36 Ziyalı işığında...
    24. 13:00 Bir həkim ömrünün unudulmaz səhifələri
    25. 23:30 Türkiyə və İsrailin Azərbaycana yaxın dost ölkələr olması
    26. 18:52 ADA Universitetində Dünya Nizamı Müzakirə Olundu: İlham Əliyev Beynəlxalq Forumda
    27. 13:56 Zərifə Əliyevanın kimsəsiz uşaqlara qayğısı
    28. 11:33 Nurlu insan
    29. 17:31 Masallıda aprel şəhidi Firdovsi Bağırzadənin anım günü - 2025
    30. 17:28 Masallının Təzə Alvadı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    31. 15:05 Masallının Təzə Alvadı kəndində rayon rəhbərinin 09 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    32. 18:04 Masallıda ağsaqqallar və əlillər üçün istirahət guşəsinin açılış mərasimi
    33. 17:12 Masallıda rayon rəhbəri şəhidin əkiz övladının doğum günündə
    34. 14:31 Enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılması
    35. 12:24 Cənub Qaz Dəhlizi hamımız üçün böyük uğur hekayətidir
    36. 23:30 Azərbaycan enerji təhlükəsizliyi baxımından tərəfdaşları üçün mühüm rol oynayır
    37. 22:19 Masallıda şəhid ailələrinə diqqət və qayğı ənənəsi
    38. 22:11 Masallıda aprel şəhidi Nurlan Əsgərlinin anım günü - 2025
    39. 21:12 Masallıda 18 mart - 06 aprel 2025-ci il tarixlərdə görülmüş işlər barədə məlumat
    40. 21:07 Masallının Təkdam kəndində rayon rəhbərinin 02 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    «    Aprel 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ