• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası

    Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası


    2020-ci il mart ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə keçirilmiş altıncı çağırış Milli Məclisin ilk iclası sonrakı dövrdə ölkəmizdə gedən ictimai-siyasi proseslərin istiqamətləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edən hadisə idi. Dövlətimizin başçısı parlamentdə hər zaman olduğu kimi, dərin məzmunlu və əhatəli çıxışında növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi yeni tərkibdə formalaşan parlamentin fəaliyyətini, islahatlar siyasətinin yeni tələblər baxımından davamını başlıca şərt kimi qarşıya qoyaraq siyasi sistemin təkmilləşdirilməsi işində deputatların mühüm rolunu qeyd etdi. Vurğulandı ki, ölkədə aparılan konseptual və sturuktur xarakteri daşıyan islahatlar Milli Məclisin qanunvericilik prinsipləri əsasında həyata keçirilməli, iqtisadi islahatların dərinləşməsinə tövhə verməli, qəbul olunan sənədlər milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası əsasında dahada təkmilləşməlidir.Əhalisinin mütləq əksəriyyətinin gənclərdən ibarət olduğu ölkəmizdə yeni nəslin milli, vətənpərvərlik ruhunda tərbiyyəsinə diqqət yetirilməlidir.
                 
    Məmum olduğu kimi, 2020-ci il ölkəmizin tarixinə ən əlamətdar, ən önəmli illərdən biri kimi həkk olundu. Təbii ki, bu ilin xalqımız üçün ən böyük əhəmiyyəti Azərbaycanın Vətən Müharibəsində əldə etdiyi tarixi qələbəsi və bu şanlı zəfər nəticəsində özünün ərazi bütövlüyünü təmin etməsi ilə bağlıdır. Prezident İlham Əliyevin heyrətamiz qabiliyyəti, ensiklopedik savadı və müdrikliyi 44 gündə nəinki döyüş meydanında, diplomatik savaşda, informasiya cəbhəsində də ölkəmizə qələbə qazandırdı.
                   
    Azərbaycanın ərazi bütövlüyünün toxnulmazlığı ilə bağlı BMT-nin qəbul etdiyi qətnamələrdə işğal faktı da, erməni silahlı birləşmələrinin zəbt etdikləri Azərbaycan ərazilərindən dərhal çıxarılması tələbləri də, qaçqınların öz əzəli torpaqlarına qayıtması da, bir sözlə, ədalətin bərpa olunması üçün nəzərdə tutulan bütün bəndlərin həlli üçün siyasi qətiyyət göstərən, diplomatiyada özünü təsdiqləmiş Prezident İlham Əliyevin qətiyyəti sayəsində bu sənədləri tarixin arxivinə göndərmək istəyən erməni təəssübkarlarının bütün cəhdləri iflasa uğradı.
                   
    Bu gün Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin getdikcə möhkəmlənməsi, nüfuzunun durmadan artması ilk növbədə prezident İlham Əliyevin uğurla həyata keçirdiyi düşünülmüş balanslı xarici siyasətin nəticəsidir. Məhz bu siyasətin nəticəsində bu gün Avropanın enerji təhlükəsizliyinin təminatı məsələsində ölkəmizin rolu və önəmi getdikcə artır. Məhz bu uğurlu siyasət Azərbaycanı artıq təkcə regionun deyil, bütün Avrasiya məkanının aparıcı dövlətlərindən birinə çevirib. Yeni formalaşmışMilli Məclis islahatlara yeni təkan verəcəkdir. Deputatlar qarşısında böyük vəzifələr durur- ilk növbədə qanunvericilik sahəsində. Çünki, parlamentin əsas işi qanunvericilikdir. Siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır. İqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməli, milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası dahada genişlədirilməlidir. Yeni tərkibdə formalaşan Milli Məclis mənəvi cəhətdə qüsursuz olmalıdır. Çünki, aparılan islahatların mahiyyəti də budur.
                 
    Biz inanırıq ki, altıncı çağırış Milli Məclis ölkəmizin  inkişafına öz müsbət töhvəsini verəcək və dövrün tələbləri ilə ayaqlaşaraq milli maraqlarımızın qorunmasında müstəsna rol oynayacaqdır.



    Nizaməddin  Bağırov,
    Ərkivan 1 saylı tam orta məktəbin müəllimi 
     



    “Yeni həyat” qəzeti,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:31 Masallıda Qurban bayramı - 2025
    2. 17:17 Masallıda 5 iyun – Su Təsərrüfatı və Meliorasiya işçilərinin peşə bayramı qeyd edildi
    3. 17:14 Masallıda ət kəsim məntəqələrində dezinfeksiya işləri aparılır
    4. 14:07 Masallıda rayon rəhbəri 1 yaşlı şəhid qardaşının doğum günündə
    5. 14:05 Masallıda rayon rəhbərinin 05 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    6. 15:12 “Sağlam Məktəbli” layihəsi uğurla davam etdirilir
    7. 14:15 Masallının Hişkədərə ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    8. 14:11 Masallının Hişkədərə kəndində 04 iyun 2025-ci il tarixdə səyyar qəbul
    9. 13:55 Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir
    10. 12:55 Azərbaycanda yaşıl enerjinin həyata keçməsi istiqamətində mühüm işlər həyata keçrilməkdədir
    11. 23:00 Ölkəmizin təbii sərvətlərinin dünya iqtisadiyyatındakı yeri və rolu  
    12. 22:09 Masallıda rayon rəhbəri qalib futbolçuları qəbul edib
    13. 19:43 Masallıda “3 İyun-Ümumdünya Velosiped Günü” münasibəti ilə veloyürüş
    14. 19:39 Rayon rəhbəri Kolatan ərazisindəki əkin sahələrində
    15. 23:00 Azərbaycanın müasir enerji strategiyası-Xəzər Neft və Qaz Sərgisi
    16. 16:30 Masallıda şəhid övladlarına bayram hədiyyəsi
    17. 08:40 Prezident İlham Əliyevin 28 May 2025-ci ildə Laçında çıxış etmişdir
    18. 23:30 Azərbaycan, Türkiyə və Pakistanın sarsılmaz birliyi
    19. 23:30 Qarabağ və Şərqi Zəngəzurun iqtisadi dirçəlişini nümayiş etdirdi
    20. 18:24 Masallıda abadlıq və xeyriyyə işləri 20-30 may 2025
    21. 18:23 Masallının yollarında təmir işləri davam etdirilir 20-30 may 2025
    22. 18:21 Masallıda şəhid ailələri və məzarlarını ziyarət  20-30 may 2025-ci il
    23. 21:59 Masallıda “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” təntənəsi
    24. 21:54 Rayon rəhbəri uşaqlar günündə uşaqların yanında
    25. 16:31 Sığıncaq kənd tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    26. 16:29 Masallıda rayon rəhbərinin 29 may 2025-ci il tarixli vətəndaş qəbulu
    27. 15:31 Masallıda 2025-cü ilin iyun ayına olan səyyar-görüş qəbulları barədə
    28. 14:46 Cənab Prezident İlham Əliyev müasir dövlət idarəçiliyini keçmişə sadiqlik və gələcəyə yönəlik strateji baxışla birləşdirir 
    29. 23:30 Ulu Öndər Heydər Əliyev -  Azərbaycan dövlətçiliyinin xilaskarıdır
    30. 23:30 Müstəqilliyimiz daimi və əbədidir
    31. 18:20 Xırmandalı kəndində artezian quyusu istifadəyə verildi
    32. 18:11 Masallıda 28 May Müstəqillik Günü tədbiri
    33. 07:45 Bir ağacda beş cür meyvə...
    34. 23:30 Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan ərazisində yaranması – tarixi hadisə idi  
    35. 20:14 “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
    36. 19:43 Masallıda kitab təqdimatı keçirilib
    37. 15:03 Azərbaycan və Türk dünyası: Birliyin mərkəzində bir dövlət
    38. 10:47 28 MAY – QÜRUR GÜNÜMÜZ
    39. 10:30 Azərbaycan dünya miqyasında öz mövqeyini daha da möhkəmləndirir
    40. 23:30 Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki rolu və tranzit potensialı artmaqdadır
    «    İyun 2025    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ