Yararsız avtomobillərlə sərnişin daşıma fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı tədbirlər görülüb
- 10-03-2023, 19:09
- Maraqlı
- 0
- 215
Son zamanlar sərnişin daşıma fəaliyyəti ilə məşğul olan avtobus və mikroavtobus sürücülərinin törətdiyi yol nəqliyyat hadisələrinin sayının çoxluğu və bu hadisələr nəticəsində çoxsaylı sərnişinlərin ölməsi və ya xəsarət alması səbəbindən ötən gün Masallı rayonunda sərnişin daşınması fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı nəzarət-profilaktik tədbirlər həyata keçirilib.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyevin verdiyi məlumata görə, tədbirin əsas məqsədi sərnişinlərin rahat və təhlükəsiz daşınmasının yoxlanılması olub. Tədbir zamanı marşrut xətti üzrə hərəkətdə olan bir çox nəqliyyat vasitəsinin yararsız halda olması və sərnişin təhlükəsizliyi üçün lazımi avadanlıqlarının olmaması müəyyən edilib. Həmin sürücülər barəsində qanunamüvafiq tədbirlər görülüb.
Respublika üzrə qeyd olunan tədbirlərin keçirilməsi davam etdiriləcək.
Azərtac
"Yeni həyat" qəzeti,
www.yeniheyet.az